?

Log in

No account? Create an account
vsegda_tvoj
Что происходит на Земле за один день? Интересные факты в фотографиях. Итак, когда начинается день…

Что происходит на Земле за один день

Из 7 миллиардов человек, живущих на 5-ти континентах, в 193 странах на планете Земля, одни еще спят, другие просыпаются. И только 6 жителей проснутся не на Земле, а в космосе, а точнее на расстоянии 415 километров от нее. Это члены Международной Космической станции.

Read more...Collapse )


Oruc

Oruc

Doğum günün qutlu olsun, Türkiyə!

Posted by Oruc Rzayev on 29 Oct 2018, 06:14

from Facebook
«Мы отрицаем идеологию глобализации»: речь Дональда Трампа в ООН, полный текст

Госпожа председатель, господин генеральный секретарь, международные лидеры, послы. Уважаемые делегаты! Год назад я впервые выступал перед вами в этом зале. Я говор....

Posted by Oruc Rzayev on 26 Sep 2018, 12:10

from Facebook

Ilqar Altay

Ilqar Altay

TÜRKÜN ƏRƏBLƏŞMƏ DEQRADASİYASI
https://www.facebook.com/www.elgaraltay/

Hər dəfə, hər addımda eşidirsən: tūrk xalqları niyə belə bədbəxtdir, biz niyə belə zəifik, fağırıq, bölūnmüş-parçalanmışıq, imperiyalar, təsirlər altındayıq, inkişafsız gūndəyik, niyə ayıla, toparlana, irəli çıxa bilmirik və s. və i... Deyim niyə?

Kökü-soyuna, saglam milli mental xūsusiyyətinə, qoçaqlıq bacarıgına görə tūrklər çin, koreya, yapon millətləri ilə bir qrupdur. Onlar kimi də tam inkişaflı olmalı idi bu gūn. Tūrk toplumunu bu gūnkū parçalanmış və inkişafsız gūnə salan onun islam vasitəsilə tamamilə yaraşmayan yad, özgə bir milli mental xūsusiyyəti-ərəb əxlaq və davranışını qəbul edib, qarışması oldu. Ona görə də bu gūnə dūşdūk. Millət, adət, ənənə, vətən, xalq, dövlət anlayışını qəbul etməyən bu din tūrkūn tūrklūyūnū məhv etdi və edir. Sibirin 60 dərəcə təmiz şaxtasında bərkimiş millət, səhranın 60 dərəcə natəmiz istisində porsumuş millətlə qarışanda nə hasil olmalı idi? Deqradasiya!

Davam edim? Lazım bilinsəydi, ərəblərə 5 köynək daha çox yaxın və oxşar qonşu koptlar, yəhudilər, ermənilər bu dini qəbul edib qarışardılar də. Gərək elə uzaq gündoğandan günbatana yürüş ediləydi, cəfəng nağıllarla bəzəkli yad mental "tapıntı" üçün? Nə verdi islam, ərəb türkə bu 1500 ildə? Ağılmı, zəka, intellektmi? Türkün bu günkü intellekti, gəlin inciməyək, yaponla ərəb arasındakı intellekt, şüur inkişafı fərqi qədər geri düşüb və irəlidə ola bilərdi. Bəlkə güc, qüvvət, mərdlik verib islam, ərəb bu türkə? İslamdan öncə, türk Atillanın ordusu, tarixdə heç kimin fəth edə bilmədiyi Avropanı, Romanı fəth edib və diz çökdürüb...

Bu gün 2 milyonluq erməni, əhatəsində olduğu 200 milyon türkü girinc edib. Bu nədir? Deqradasiya!

""""""""

Bu ciddi və ağrılı söhbəti yuxarıdakı kiçik yazı-ilə bitirmək idi fikrim. Və razı olmayıb məndən yazdıqlarımı əsaslandırma xeyli tələb edənlər var.. Davam edim, amma, inciklik olmasın...

Uzağa, getməyib, məntiqi əsas götürək... Allahın varlığı, təkliyi və hamının olduğu, onun da yeri-göyü yaratdığı mübahisəsizdir. Dinlərin və müqəddəs kitablarının isə allah, yoxsa, insanlar tərəfindən yaradıldığını, endirilmişmi, uydurulmuşmu olduğunu dindarlara hörmət olaraq qəti mübahisələndirmək istəmirəm.

Ancaq, məntiq göstərir ki, islam dini əsasən bədəvi ərəblər üçün nəzərdə tutulub. Onların o, çöl-qumsallıqda buraxma, başıpozuq, gerizəka və parçalanmış son məhv halından vahid din, mənəviyyət və dövlət halına gətirilməsinə xidmət edib. Bu din və onun kitabı o ərəbin tərbiyəsi və dövlət konstitusiyası funksiyasını yerinə yetirib. Çox da bir düzgün xilas yolu olub həmin millət üçün, başqa millətlərin artıq çoxdan, əsrlər-minilliklərlə dövlət və sivil yaşayışa malik olduğunu nəzərə alsaq.

Yoxsa, niyə, allah quranı məhz ərəb dilində nazil edirdi, türk, fars yaxud da, özünün hamı üçün ümumi bir dil yaratmaq gücündə olduğu dildə yox? Öz rəsulunu niyə ərəbdən seçirdi türkdən, farsdan, indoneziyalıdan və s. yox? Niyə bu din türkün Altay Dağlarından yox, ərəbin qumsallığından başlanıb? Niyə, bütün dini qaydalar, hətta, ölünün qızmar ərəb istisində tez çürüməsi nəzərə alınaraq dərhal basdırılması və s ərəb şəraiti və mentaliteti üzərində qurulub? Niyə Məkkəyə, allahın evinə ziyarət ərəbin milli geyimini geyməklə həyata keçirilir, allahın təyin edə biləcəyi başqa ümumi örtülü libasda yox?

Niyə orucluq ərəbin gecə-gündüzünə hesablanıb, dünyanın Skandinaviya tərəfində günün cəmisi 2 saat batdığı və bəzən də heç batmadığı nəzərə alınmayıb? Bəs oradakı müsəlmanlar günün 22 saatını necə ac keçirtsin? Niyə islamda günəşin yer ətrafında fırlandığı gstərilir, yerin günəşin ətrafında yox, niyə günəşin palçıqda batdığı, yerin düz şəklində olması və palçıqda qurtarması göstərilir? Yeri-göyü, dūnyanı, onun hər yerini yaradan Allah niyə ki, bilməsin, nəzərə almasın bu fərqi?

Niyə ərəb milli-mental manyak-şorgözlük xisləti əsasında islamda insanlar məhrəm-naməhrəmə bölünsün? Qadının yaxın-doğması olmayan hər kişi niyə onun potensial intim "canavarı" sayılsın? Və qadın da ömrū boyu örtūlūb gizlənsin. Niyə kişi xeylağı dünyadakı bütün qadınları öz şəhvət "şikarı" kimi görüb nəfsini sağa-sola paylasın? Nədir bu, xəstəlikdir ya manyaklıq? Yoxsa toyuq-xoruz fermasıdır? Harada var bu? Türk, gürcü, yapon s. millətlərdə qadına bir dəfə, bacımsan! deyib ömürlük qardaş olanlar azdır? Qafqaz millətlərində yeri gələndə bir yataqda qadınla araya xəncər qoyub yatan mərd kişilər barədə azmı deyim və yazılar var?

Niyə kişi və qadının hər zaman, hər yerdə fasiləsiz intim nəfsi yaransın və yeri gələndə də onu içində boğub cilovlama gücü, tərbiyəsi iradəsi olmasın? Belə bir qadın-kişi gizlən-paç, qaçdı-tutdu oyun-absurd cəmiyyəti harda var? Əxlaq nə ilə, qanun, quran, allah qorxusu ilə tənzimlənir, yoxsa içdən gələn vicdanla? Görūnūr ki, məhrəm-naməhrəm qadağası islamdan da qabaqkı vəhşi buraxma bədəvi cəmiyyətində būtūn qadınlara qarşı pozğun əxlaqsız zorakı mūnasibətin qarşısını almaq ūçūn lazım olub. Belə çıxır ki, dogūlan qız körpələrin diri-diri basdırıldığı bir cinyətkar pozgun cəmiyyətdə kimin qabğına kimim qadını çıxdı, tutub qamarlayıb aparırmış. Yoxsa islam bu dərəcədə qadın gizlətmə, örtūlmə qaydası tətbiq etməzdi. Və bu qaydanı da istila etdikləri başqa milli məkanlarda da tətbiq etməzdilər.

Suallar çoxdur. Bu məsələni çox da qurdalayıb dərinə getməmək üçün vacib bir-iki sualla yekunlaşdıraq. Niyə, islam dini ərəb milli xislətinə uygun, 9-12 yaşlı körpə qızın 50-80 yaşlı kişiyə ərə verilib, gərdəyinə salınıb belə bir kötü bəşəri əxalq pozuntusuna imkan verir? Türk bu biabırçı-pedofiliya pozuntunu qəbul etməz və bu gün də etmir axı.. Ərəblərdə, "ay mübarəkdir, atamız, babamız 12 yaşlı təzə qız alıb", deyə dəstək verib qürur keçirirlərsə, bizdə belə yaşlıdan qohum-elliklə üz döndərər və hətta kötəkləyib kənddən qovarlar. Ərəbdə yaşlı və ziyalılı, böyüklü-kiçikli öturub maraqla və həvəslə çılpaq-göbək rəqsinə baxdıqları halda, türk yaşlı və ziyalısı ayıb bilib, dərhal oranı tərk edər. Milli-mental yer-göy arası fərq budur...

Və sən yüz dəfə də desən ki, ora-bura çəksən də ki, ərəb ayrıdır islam ayrı, xeyri yöxdur, ərəb elə islamın əsl nüvəsi və islama da ən çox haqqı olandır. İslamda olan digər millətlər isə istər-istəməz islam məkanında (yalnız islam!) ərəbin rudimentinə çevrilmiş olurlar.. 2001-də Londonda doktorant tələbələr arası İslam mübahisəsinin şəxsən şahidi oldum. Səudiyyə ərəbi pakistanlıya qayıt ki, mənim babalarım islam qurub da yayanda səninkilər bəs hardaydı? Susdurdu dindar pakistanlını... Nə desin?

Bu cür dərin fərqlə də bu din məkanında, dini qaydalar, ibadət, ayinlər və s. sferasında qeyri-ərəb millətlər qarşılaşmada istər-istəməz ərəblərə uduzur. Çünki sən nə qədər ərəbcə ayə oxusan, ərəbdən üstün oxuya bilməzsən. Nə qədər hicablanıb Ərəbistana getsən, onların niqab geyinəni qarşısında açıq-sacıq görsənirsən. Nə qədər ərəbin uzun ağ əbasını geyinsən, özünü onda ərəb qədər rahat hiss edə bilməzsən. Və nə qədər, Məkkəni allah evi kimi ümumi bilib, özünü də onun bəndəsi və oranın sakini hesab etsən də, ərəb səni qonaq, özünü ev sahibi sayır və s...

Bu belə də olmalıdır. Çünki sən nə qədər çalışsan belə, Roma papasından çox katolik, yəni ərəbdən çox (ərəb qədər də) müsəlman ola bilməszsən. Bu halda isə, sən uduzursan. Velosiped də belə yarada bilməmiş, tənbəl ərəbə! Çünki bu dinə bağlılıq bir sıra (tam demirəm) ərəb mental xüsusiyyətlərinə yiyələnməkdən keçir, keçməlidir. Sən ona oxşamaq istəyirsən, o sənə yox. Səndən də asılı olmayaraq aylar illərlə, əsrlərlə milli, mədəni, regional və s. mənsubiyyətini tədrici itirirsən, ərəbin xeyrinə. Ərəb isə: "İslam dini bəşəri dindir, millət, ölkə, dövlət anlayışı zad tanımır, onlardan yuxarıdadır!" deyib əslində, öz milli xüsusiyyətlərini də, dövlətini də, var-dövlətini də gücləndirir.

Həyatda hər şey zaman, nəticə ilə ölçülür... Nə qədər türklər artıb güclənsə də, Osmanlı ərəbistanı müstəmləkəsində saxlasa da, axırda öz islam dinləri ərəbi yenə vəziyyətdən çıxartdı. O 600 ildə ərəb türkləşmədi, türk ərəbləşdi. Bu gün, ərəb öz sabit dövlətini qurub, varın dövlətin içində, öz alverindədir. Üstəlik ABŞ xristianla da dostur, Qərbin də ən bahalı otellərində kef edir və digər müsəlman millətlərini qabağında işlədir. Bu azmış kimi, türk və digər müsəlman millətləri hər il Kəbə, Ümrə kimi ziyarətlərdə ərəblərin cibini külli miyardlarla doldurmaqda davam edirlər. Bizim Azərbaycandan hər il həmin səfərlər üçün azı 50 milyon dollar, yəni 80 milyon manat daşınır.

Türklər isə parçalanmış, qeyri-stabil yoxsul durumda, Rusiya, Çin, İranın əsarətində yaşayır və milli dəyər, ənənələrini və kimliyini itirmək üzrədir. Üstəlik, dünya türkləri istinad yeri-Atatürk Türkiyəsi yenidən ərəbləşməyə başlayıb. Böyük Atatürkə, türkün istiqlal marşı və bayrağına açıq həqarət olunur. Özünə türk oğlu deyən böyük türk dövlətinin başçısı ABŞ-a boksçu Məhəmməd Əlinin yasına türk milli simvolunu əks etdirən parça yox, ərəbin kəbə örtüyünü aparır və orada qəbul etmirlər. Çünki Səudiyyə buna etiraz edib. Türk ərəbin Fələstini, Qüdsü, imam Hüseyni üçün qırğın edir, baş yarır və ərəb hansı türk toplumu, ərazisi ya tarixi şəxsiyyətinə görə narahat olub?

Amma, ərəb muhitindən kənar dūnya tūrkūnūn mahiyyət və durumu bu gūn tam fərqli yūksək ola bilərdi. Sūbut? Baxın ki, Almaniyada yaşayan və islam inancını saxlasa belə, ərəb-islam məkanından aralanıb illər boyu Avropada sərbəstləşən, xurafatdan uzaqlaşan, öz normal dinləri ilə öz real həyatlarını sūrən tūrklərin durumuna. Nə qədər saglam dūşūncəli, mədəni, rahat, qeyri-aqressiv, būtūn millət və konfessiyalara açıq, vicdanlı, işgūzar, çalışqan və zəhmətkeş olmaqla nəhəng bir toplumdur. Almaniya kimi inkişaflı, azad və o qədər də tələbkar və yūksək standartlı dövlətdə almandan sonra milli toplum olaraq ikinci mövqeyə yūksəliblər. Yaşayış imkanı, yūksək maddi durumları, mūlk-maşınları da öz yerində.

Oradakı ərəblər ya kūrdlər qalsın, çinlili, yunanları və hətta polyak, çex kimi Şərqi Avropa, rus-ukrainalı slavyan millətlərini ūstələyiblər. Nə ilə? Sərbəst, real, saglam mūhitə dūşūb öz saglam da ruhlarını, sadə, xeyirxah, işūzar, qoçaq və bacarıqlı genetik tūrk xūsusiyyətlərini əldə etməkləri ilə. Ozlərinə, kəndilərinə qayıtmaları ilə. Rus isə həmin alkaş, ərəb isə həmin pozgun və buraxmadır Avropada. Demək, ərəbin islam xūrafatı buxovu və eynilə rusun şovinist yararsız əsarəti olmasaydı, dūnya tūrk toplumu bu saat Koreya, Çin, Yaponiya kimi öndə gedən durumda idi. Demək, tarix boyu ərəbin də rusun da yaşayış-inkişafı tūrkūn çiynində gedib. Və o demək ki, tūrkə ərəbdən və rusdan qurtulma lazımmış...

Nəticənin isə yekunu və ən təhlükəlisi odur ki, artıq bu gün türk məkanında ənənəvi islam yox, başıpozuq islam qaraguruhu dominantlıq edir. Çünki, bu məkan sanki bir dini boşluqdadır və başqa yad millətin də dinini heç cür tam mənimsəyə bilmir. Bundan yararlanan qaraguruh türk dindar məkanını, əsil islam adı altında aqressiv ekstremizm və fanatizm ideya və radikal tövrü ilə nəzarətə götürüb. Bu qaraguruhun özündə də hegemonlugu şeyx, ayətolla, müftilər kimi allah, islam adı ilə siyasi hakimiyyət ambisiyalı elita və onların missionerləri, kriminal, idmançıların nəzarətində olan xürafat, aşağı təbəqə təşkil edir.

Bu islam qaraguruhu təbii ki, sakit oturmur, dövlət və cəmiyyətlərin müxtəlif sferalarına qarışır. Ağalarının tapşırığı üzrə gizli hakimiyyət iddiası tıbliğatı aparır, cəmçiyyəti, insanları mənəvi-psixoloji terror edir, öz aqressiv radikal müdaxilələri ilə artıq bezikdirici həddə çatdırır. Türk toplumları, dövlətlərini var gücü ilə geriliyə, cəhalətə dartır, inkişaflı sivil cəmiyyətlərə qara yaxma təbliğatı aparır, sivil dünyəvi inkişafına mane olur. Bu hal türk məkanının hər yerində Qafqaz, Orta Asiyada, Türkiyədə, İranda və s. mövcuddur.

Budur reallıq, həqiqət... Budur, islamın ərəbə və türkə verdiyi fəqli nəticələr...

Mənim islam dininə, bu dinə sidq ürəklə, təmiz təmənnasız vicdanla qulluq edən insanlarımıza hörmətim var, tam yerindədir. Amma, bu dinin ərəb milli mentaliteti üzərində biçildiyini gördüyümdən, bu dinə bağlılıqda ifrata varıb, özünü itirib öz millət, vətən, xalq və dövlətindən keçməyi özünüməhv, tūrk milli mənliyini yox etmə qədər zərərli sayıram. Rus, ingilis, alman, yunan və hətta gūrcū oz milli və dövlət mənliyini xristian dininə qurban etmir. Çünki, din qəbul edilir və imtina edilə bilir, millət isə Yaradan tərəfdən vergidir və millət danıla bilmir. Yəni, din sırf insan ūçūn, insanın dinə gəlişindən sonra və insandan sonra yaranıb.

İnsan-fərd, xalq-millət olmasa, dinlər nəyə və kimə lazımdır? Gözūmūzlə baxıb görūrūk, Allah da sūbut edir ki, bu gūn milyardlarla dinsiz insan var ki, yaşayır və inkişaf edir. Amma ki insansız, xalqsız-millətsiz dūnyada bir dənə din yoxdur. Çūnki dininki yalnız yardımçı, təlim-tərbiyə məktəbi olaraq ruhi tövsiyyə-məsləhət işidir. İnsanların həyatına, ruhuna hakim kəsilmədən bir bələdçi-yönəldici, həvəsləndirici funksiyasıdır. Və bütün ali müqəddəsləri, məbədləri, ruhani xadimləri, alimləri ilə birlikdə insanlara Allah və Bəndəsi yolundakı xeyirxah xidmət üçündür.

Və nəticə...

Gəlin, nəyi, kimi nə qədər sevsək, nəyə, kimə nə qədər uysaq da öz təbii həddimizi bilək, aşılanıb milli-mənəvi deqradasiya olunmayaq. Özümüzə yazığımız, heyfimiz gəlsin. Bədbəxtçiliyin, milli səryəndəliyin də bir sonu olmalıdır.... Gəlin, yuxudan ayılaq, özümüzə qayıdaq, birləşək və dünyəvi inkişaf axınına qoşulaq. Nə qədər ki, gec deyil.

BU YAZIMI BŪTŪN TŪRK DŪNYASINA, MILLƏTIMIZƏ, XALQLARIMIZA, QARDAŞ, BACILARIMIZA ITFAH ETDIM. SADƏCƏ DŪŞŪNƏK, AYILAQ!

İLQAR ALTAY
24.05.2017

Posted by Oruc Rzayev on 3 Sep 2018, 06:16

from Facebook

ReAl partiyasının sədri azadlıqdadır

ilgarmammadov həmişə azadlıqda!

Bu gündən İlqar Məmmədov azadlıqda!!!

Tags:

Yaşa Azərbaycan!

Doğum günün qutlu olsun, Azərbaycan!

İsrail-70

Bizim yerlimiz və FB dostum Mark öz FB statusunda yubiley təbriki paylaşıb.

[Поздравляю мою маленькую молодую и гордую страну с Днём Независимости...................Израилю есть чем гордиться..................... - некоторые достижения, повышающие нашу национальную гордость :]

:

🔴 Израиль входит в число восьми стран мира, способных создавать и запускать собственные спутники.

🔵 Израиль, Россия, США и Китай являются единственными четырьмя странами мира, которые владеют шпионским спутником.

Израиль является одной из единственных стран с ядерным оружием (по данным зарубежных изданий) вместе с США, Россией, Англией, Францией, Китаем, Индией и Пакистаном.

🔵 Израильский Меркава Марк 4 считается одним из лучших танков в мире.

🔴 Самый защищенный боевой бульдозер в мире - это D9 боевого инженерного корпуса ИДФ (и даже содержит мировой рекорд Гиннеса).

🔵 Израиль является членом Всемирного космического клуба, в котором всего девять членов.

🔴 Израильские военно-воздушные силы считаются одними из лучших в мире и имеют ряд мировых рекордов в области воздушной войны.

🔵 Военно-морское командование Израиля (Шайтеет 13) занимает одно из десяти лучших подразделений в мире.

🔴 Израиль является мировым лидером в области беспилотных летательных аппаратов (БПЛА), а в 2013 году он был удостоен звания крупнейшего в мире экспортера беспилотных летательных аппаратов, и Израиль занимает ведущее положение в мире по экспорту вооружений по своим размерам.

🔵 Израиль является крупнейшим экспортером бриллиантов в мире. Израильская алмазная биржа - крупнейший в мире и самый важный центр торговли алмазными алмазами, с более чем 60 процентами оборота в мире.

🔴 Израиль является одним из крупнейших экспортёров осетровой икры и цитрусовых в мире.

🔵 В Израиле 12 лауреатов Нобелевской премии, что является удивительной фигурой по отношению к населению страны, получившей Нобелевские премии по отношению к численности населения.

🔴 Аэропорт Бен-Гурион считается одним из самых безопасных аэропортов в мире, где каждый год международные компании узнают об инновационных методах безопасности.

🔵 Израиль считается одним из ведущих высокотехнологичных центров в мире.

🔴 Израиль является одной из самых передовых стран в мире по опреснению воды.

🔵 У израильтян мировой рекорд урожайности хлопка на дунам (245 кг !!!). Средний показатель в мире составляет всего 70 килограммов.

🔴 Добыча молока для коров в Израиле - самая высокая в мире!
Израильская корова считается мировым лидером в производстве молока, среднее производство молока каждой израильской коровы составляет 11 653 литра по сравнению с 8 000 литров на корову в Европе)

🔵 Число научных статей на душу населения, написанных израильтянами, является одним из самых высоких в мире, а Израиль занимает третье место в мире (вместе со Швейцарией) по отношению к зарегистрированным патентам на душу населения.

🔴 Средняя продолжительность жизни в Израиле занимает шестое место в мире. (Мужчины - 80,6 года, женщины - 84,3 года)

🔵 Младенческая смертность в Израиле является одной из самых низких в мире.

🔴 Израиль занимает 19-е место из 195 стран, перечисленных в индексе развития человеческого потенциала.

Рейтинг восьмой в мире страны в Глобальном индексе силы.

В четвертом рейтинге образованных стран мира.

Десятый в мире индекса здоровья (из 163 стран)

В рейтинге самых инновационных стран мира занял третье место (из 144 стран).

Первое место в мире по ежегодной посадке новых деревьев.

.

Altay Göyüşov 

Bir Hafiz Əsəd adında diktator var idi. Hər seçkidə özünə 90 faiz yazdırır, demokratik dünyəvi müxalifəti tutur, türmələrə basır, öldürürdü. Mediya və toplaşmaq azadlığını məhv edirdi. Bəzən ayrı-ayrı şəhərlərdə camaat dinc etiraza qalxanda, həmin şəhəri qanına qəltan edir, camaatı tutur, işgəncə verir, guya ki, hakimiyyətini möhkəmləndirirdi.Bu cəllad adi demokratik siyasi mübarizənin qarşısını aldıqca, dünyəvi demokratik müxalifəti məhv etdikcə radikal dini müxalifət gizlində formalaşır və güclənirdi.Sonra Hafiz öldü, hakimiyyəti gədəsi Bəşərə ötürdü. O da atası kimi cəlladlıq etməklə şad-xürrəm həyat sürürdü.Bir gün uzaq Tunisdə oxşar əziyyətdən boğaza yığılmış camaat tamamilə təbii olaraq, spontan şəkildə ayağa qalxdı və öz diktatorlarını qovdu. Bu dalğa xeyli diktaturadan əziyyət çəkən ərəb ölkələrinə yayıldı.Həmçinin Suriyada da camaat Əsəd rejiminə qarşı dinc etirazlara, küçə nümayişlərinə başladı. Amma Tunis diktatorundan fərqli olaraq cəllad Bəşər camaatı vurmaq əmri verdi. “Dövlətçilik, vətən, bizi istəməyən qüvvələr” adında həyasızlığa başladı. Dinc nümayişçilər tutuldu, söyüldü, döyüldü, öldürüldü. Camaat evlərinə çəkildi. Amma meydan boş qalmadı. Radikallar əldə silah Əsədə qarşı vuruşa girişdi, vətəndaş müharibəsi yarandı.Nəticə nədir? Yüzminlərlə insan həlak oldu. Milyonlarla suriyalı vətəndən didərgin düşdü.Ərazilərin istisnasız hamısı başqa-başqa dövlətlərin nəzarətinə keçdi. Məsələn, Türkiyə heç vaxt Afrini Əsədə qaytarmayacaq. Yaxşı da edəcək. Əsəd özü nəyə isə nəzarət edirmi, prezidentdirmi? Təbii ki, yox. Suriyanın o hissəsi Rusiyanın de-fakto əyalətidir, Əsəd özü isə Putinin girovu, əlinin altındakı gədəsi.Yəni, bir ailənin bütöv bir ölkəni öz mülkünə çevirmək niyyəti o ölkənin tamamilə məhvi ilə nəticələndi. Əsəd gil elə belə də düşünürdülər. Əgər Suriya mənim olmayacaqsa, heç olmasın, cəhənnəmə məhv olsun, getsin. Elə də oldu. Suriya adında dövlət yoxdur. Əsəd adında dövlət başçısı da yoxdur. Dövlət, ölkə dağılmış. Əsəd və ailəsi isə girova çevrilmişdir.Halbuki vaxtilə ata-bala diktator olan Əsədlər, cəmi bircə demokratik seçki keçirsə idilər, nə olardı?Suriya dövləti yerində idi, Əsəd ailəsi isə lap hakimiyyətlərini itirsə idilər də, bütün dünyanın rəğbətini qazanar, tarixə məhz demokratik islahatçı kimi düşər, hal-hazırda normal həyat sürər, cəmi aləmi rahat və hörmətlə gəzər, qarşılanar, uşaqlarının normal gələcəyini təmin edər, bütün bu psixoloji travmalardan, stresslərdən qoruyardılar, tay indiki kimi nəsillikcə Rusiyanın Suriyadakı bazasında qapanıb qalmazdılar.Diktatura və radikalın qarşıdurması arasında bütün cəmiyyəti bəlalardan qurtaracaq bir yol var, demokratiyaya keçid. Hələ ki, nəzarət edirsən, bircə demokratik seçki həm mübarizənin radikallaşmasının, qanlı inqilabların qarşısını alır, mübarizəni küçədən parlament divarları arasına daşıyır, onu küçə səviyyəsindən mədəni rəqabət səviyyəsinə qaldırır.Dövlətin gücünü legitimləşdirir, ona xalq dəstəyini təmin etməklə yenilməz hala gətirir. Adekvat rəqabət millətin ağıllı, savadlı, bacarıqlı, vicdanlı adamlarının yüksəlişinə şərait yaradır və beləliklə bütün cəmiyyətin inkişafı, tərəqqisi labüd məntiqi yola çevrilir. Belələrini məhv edib, didərgin salıb, cəmiyyətin tör-tökülüntülərini yuxarılara qaldırmaq isə labüdən tənəzzülə və oradan da məhvə aparır.Nəyə nail oldu Əsəd? Cavabı hamınız görürsünüz. İt də getdi, ip də...
Read more...Collapse )
Доброта - это заразно. И выгодно!

Не внешность, не богатство, а доброта и понимание. Нет вируса заразнее, наркотика опаснее и оружия мощнее, чем доброта!

Posted by Oruc Rzayev on 11 мар 2018, 05:05

from Facebook

Erkin Qədirli öz FB səhifəsində [Azərbaycanlıların yaşadığı coğrafiyadan yazır]

Azərbaycan xalqı böyük, amma bölünmüş xalqdır - Quzey Azərbaycan, Güney Azərbaycan, Borçalı, Dərbənd, Zəngəzur və s. 90-cı illərin sonunda belə bir lətifəsayağı hekayə vardı. ABŞ'ın yüksəkrütbəli rəsmisi gəlir Bakı'ya, burada Heydər Əliyev'lə görüşür. Görüşün rəsmi hissəsindən sonra Heydər Əliyev ABŞ rəsmisinə deyir: "İran'da 25 milyon Azərbaycanlının yaşadığını bilirsinizmi?" ABŞ rəsmisi də cavab verir: "Doğrudan? Onlar oraya necə gedib çıxıblar?" O zamanlar, bu lətifənin məqsədi - Qərb siyasətçilərinin bölgəmizi yaxşı anlamadığını, bu bölgədə xalqımızın çəkisini tam dəyərləndirə bilmədiyini göstərmək olub. İndi ölkəmizi və bölgəmizi daha yaxşı tanısalar da, dəyərləndirmədə hələ də xeyli yanlışlara yol verilir.

Təxminən 10 il bundan öncə, BBC, Amerikanın Səsi və Azadlıq radiolarının, müvafiq olaraq London'dan və Vaşinqton'dan gəlmiş rəhbərlərilə görüşüm olmuşdur (görüşdə başqa adamlar da vardı). Qonaqlar, öz radiolarının Azərbaycan dilində yayımını azaltmaq haqqında fikirlərimizi almağa gəlmişdilər. Əslində, qərarlarını vermişdilər, sadəcə könlümüzü almaq istəyirdilər. Yayımı azaltmaqla bağlı qərarlarının yanlış olduğunu onlara bildirdim. Dedim ki, Azərbaycan dilinin coğrafiyası, Azərbaycan Respublikasının sərhədlərini aşır, çevrəsi daha böyükdür. Bu dildə yayımın azaldılması, bu dildə danışan və Azərbaycan Respublikasının kənarında yaşayan milyonlarla insanların məlumatlanmasına əngəl ola biləcək. Nə isə, dediyim kimi, qərarlarını vermişdilər, yayımı azaltdılar. Demək istədiyim odur ki, dilimizin dünyanı-anlama və dünyaya-açılma imkanları (coğrafi çevrəsi) çox genişdir. Biz Uyğurları, Kırım Tatarlarını, Suriya və İraq Türklərini, Qaqauzları rahat anlaya bilirik. Türkiyə'ni demirəm heç. Orta Asiya'ya da bu dil vasitəsilə açılmaq imkanları az deyil.

Xalqımız hər zaman özünü daha böyük bir düyanın parçası sayıb, özünə qapanmayıb. Bir tərəfdən Türk Dünysaı, o biri tərəfdən İslam Dünyası. İkisi də xalqımıza doğmadır, kimliyimizin önəmli hissəsidir. Bunun üzərinə sonradan (Çar Rusiyası dönəmində) Avropa dəyərləri də gəldi. Odur ki, insanlarımızın bu üç (Türk, İslam və Avropa) dünyada olan gedişata böyük maraq göstərməsi təəccüblü və təsadüfi deyil. Xalqımız dünyaya açıqdır, yenilikləri kimliyinə təhlükə saymır, dəyişmək üçün nədənsə imtina etmək seçimi qarşısında qalmır.

Xalqımızın Quzey Azərbaycan'da, indiki Azərbaycan Respublikasının sərhədləri içində yaşayan bir parçası, özəlliklə Sovet dönəmində, Türk və İslam dünyalarından ayrı düşdü (uzaqlaşdırıldı). Kiçik bir ərazidə özümüzü yenidən anlamalı olduq. Təəssüf ki, Sovet quruluşunun qapalılığı ortamında xalqımız yenidən bölündü - bu dəfə daha çox öz içində. Toplumda "Rus sektoru" və "Azərbaycan bölməsi" bölgüsü çox süni olsa da, təəssüf ki, təsirli və qalıcı oldu. Yerlibazlıq və qohumbazlıq da bir ayrı problemə çevrildi, təsisatlandı. Qapalılığın mənfi yan təsirləridir. Sovetin qapalılığı, Gürcülərdən və Ermənilərdən fərqli olaraq, xalqımızın kimliyinə bir sıra təhlükə yaratdı. Gürcülər və Ermənilər Sovetin qapalılığından xeyli yararlana bildilər. Onlar onsuz da bu coğrafiyada özlərinə yad saydıqları Türk və İslam dünyasından uzaq durmağa çalışırdılar. Sovet quruluşu onlar üçün milli kimliklərinə təhlükə yaratmadan əlavə inkişaf imkanlarını açdı. Bizim xalq isə, bəlli bir inkişaf yolu keçsə də, əvvəllər özünə doğma saydığı bu iki dünyadan ayrı düşdü, bununla da dərin kimlik böhranının içinə girdi (həmin böhranın təsirlərini bugün də görə bilirik). Onu da deyim ki, kimlik böhranının biliklə heç bir əlaqəsi yoxdur. Xalqımız indi daha çox bilikli, amma daha az kimliklidir.

Kimliyin güclənməsi üçün birliyə gərək vardır. Həmrəylik - birliyin yalnız bir parçasıdır. Özəl və özül dəyərlərlə bağlı həmrəyliyə ehtiyacımız böyükdür. Dünya Azərbaycanlıların Hərməylik Günü, heç şübhəsiz, siyasi bayramdır. Onun yaradıcısı və daşıyıcısı dövlətdir. Dövlətin güclənməsində belə bayramların öz yeri və önəmi olur. Hamımızın bu Bayramı qutlu olsun!



Altay müəllim [tarixi nümunədən yazıb]

İkinci Dünya Müharibəsindən sonra İran iqtisadiyyatı sürətlə inkişaf edib. Misal üçün, ÜDM artımı 1964-1978-ci illərdə 13.2 faiz olub. Üstəgəl, İran bölgənin ən nüfuzlu dövlətləri sırasında yer alıb. Şah hökuməti topa-topa gəncləri təhsil üçün xaricə göndərib. Başqa sözlə İranda camaatın şah rejimindən narazılığının səbəbi iqtisadi-sosial səbəblərdən çox, mütləq monarxiya, despotizm, korrupsiya, ölkə varidatının şah ailəsi və əlaltıları tərəfindən xaricə daşınması idi. Yəni camaat azadlıq, ləyaqət, düzgünlük istəyirdi, narazılığı bütün bunların olmamasından idi.

Bu mütləq monarxiya israrlı şəkildə ölkədəki sekulyar millətçi, solçu və sair müxalifəti əzirdi və demokratik açılıma imkan vermirdi. Örnəyi Mosaddeqin başına gətirilənlər idi ki, bu işdə Britaniya ilə ABŞ da İran despotuna maddi və geosiyasi maraqlarına görə dəstək verirdi. Çünki müttəfiq idilər.

Lakin sekulyar müxalifət zəiflədildikcə yerini ümidi Allaha qalmış camaatın rəğbətini qazanan dini müxalifət tuturdu. Sonda labüd olaraq despotizm sıradan çıxdı və hakimiyyətə dini müxalifət gəldi.

İndi görürsən bizdə sırf kimlik siyasətindən çıxış edən şiə icmamızın siyasiləşmiş nümayəndələri Suriyadan danışanda deyirlər ki, ora Əsəd dövründə normal ölkə idi, filan. Hələ hansısa rəqəmlər filanla da bunu sübut etmək istəyirlər. Halbuki yuxarıda dediyim kimi həmin o rəqəm filan arqumentindən çıxış etsək, şah İranı istər Əsəd Suriyasından, istər Qəzzafi Liviyasından, istər Mübarək Misirindən qat-qat normal ölkə idi.

Fəqət dediyim kimi insanları narazı salan məhz despotizm, mütləqiyyət, korrupsiya, ləyaqətsizlik, nə bilim məmur, oliqarx, hakim ailə üzvlərinin özbaşınalığı qarşısında acizlik, ölkənin varidatının Əsədlər, Qəzzafilər, Mübarəklər filan tərəfindən ora-bura səpələnməsi idi.

Hamısı da İran şahı kimi ölkədəki dünyəvi, filan müxalifəti əzirdi. Amma əzdikcə də yerini siyasi İslam tuturdu. Bir gün despotizm təbii olaraq çökdü (bir gün mütləq belə olur) və dini müxalifət hakimiyyətə iddia etdi. Misirdə də, Suriyada da, Liviyada da eyni şey oldu.

Ona görə bizim həmin o siyasiləşmiş şiələrin İran şahını söyüb, Əsədin tərəfini tutması bir-birinə sırf zülmə qarşı mübarizə, ləyaqət, elementar ədalət filan baxımından zidd məsələlərdir. Bu sırf maraqların danışmasıdır, ikili standartdır, ədalətsizlikdir.

Necə ki, Britaniya, ABŞ despotik İran şahını, Səudiyyə, Bəhreyn, Azərbaycan rejimini müdafiə edəndə ədalətsizlik edirdilər, eləcə də İran və bizim siyasiləşmiş şiələr despot Əsədi müdafiə edəndə eyni cür ədalətsizlik edirlər.

Yəni necə ki, ABŞ dövləti Səudiyyənin despotik olduğunu bilə-bilə maraqları naminə onu müdafiə edir, eləcə də İran dövləti və kimliyin doğurduğu loyallıqdan çıxış edən siyasiləşmiş şiələr Əsədin despotik olduğunu bilə-bilə maraqları naminə onu müdafiə edir.

Bizim kimi liberal-demokratlar isə həm ABŞ və İngiltərənin müttəfiqləri olan İran şahını, Səudiyyə rejimlərini müdafiə etməsini, həm də indiki İranın Əsədi müdafiə etməsini pisləyirik. Çıxış nöqtəmiz məhz prinsiplərdir. Despot elə despotdur. Ağına da lənət, qarasına da.

İndi o düzdür ki, biz ideoloji olaraq Qərb sisteminə daha yaxınıq, çünki bütün çatışmazlıqlarına baxmayaraq liberal-demokratiyanın daha inkişaf etmiş forması məhz orada var.

Bir örnək verim. ABŞ hökuməti Səudiyyəni maraqları naminə müdafiə etsə də, mediasından tutmuş, insan haqları təşkilatlarına, ali məktəblərinə qədər onun mənfi tərəflərini yazırlar, dilə gətirirlər, öz hökumətlərini belə rejimləri müfafiə etdiyi üçün sərt şəkildə tənqid edirlər. Şəxsən Səudiyyədən qaçan şiənin məhz o insan haqları təşkilatlarının köməyi ilə ABŞ-da sığınacaq almasına köməklik göstərildiyini görmüşəm. Amma mən İranı qoyuram kənara, bizim siyasiləşmiş şiələrin birindən də hələ Əsədin yüngülcə tənqidini belə eşitməmişəm. Sistem fərqidir.

Haşiyə çıxaraq əlavə edim ki, İran da Qərb sisteminin bir sıra xüsusiyyətlərini əxz edib və bu onu Səudiyyədən daha üstün mövqeyə qoyur. Tutaq ki, İrandakı seçkili prezident vəzifəsi, onun iki dəfədən çox dalbadal seçilə bilməməsi, parlament və sairə, sırf Qərbin liberal-demokratik sistemindən əxz olunmuş institutlar, prosedurlardır ki, İranı Səudiyyə ilə müqayisədə daha sanballı və güclü edir. Nə olsun ki, Səudiyyə daha pullu ölkədir.

Fəqət bu əxzolunmalara baxmayaraq, İran sisteminin vətəndaş azadlıqları və insan haqları baxımından çox ciddi, istənilən liberal-demokrat üçün qətiyyən qəbulolunmaz çatışmazlıqları da vardır və bunlar İranın özünü də geri salır, hətta bəzi sahələrdə Azərbaycandan da. Bu da sistemin dini-teokratik olması ilə əlaqədardır.

Başa düşmək lazımdır ki, Qərb sistemində azadlıqların dairəsi genişləndikcə, başqa sözlə tərəqqi davam etdikcə dünyada xeyli adam, hətta Qərb dövlətlərinin maraq üzərində qurulan siyasətindən çox narazı olsa belə, enində-sonunda məhz həmin azadlıqlara görə Qərb cəmiyyətlərinin pərəstişkarına çevrilir, zülmdən qaçanda da məhz ora gedir. Adicə niyə bu bölgədə kasıb Gürcüstanın varlı Azərbaycandan daha cəlbedici olduğunu yada salın. Yalnız və yalnız müqayisədə nisbətən azad ölkə olduğuna görə.

Bizim xalq da illyuziyaya qapılmasın, Azərbaycan hökuməti də azadlıqları boğduqca o biri müstəbidlərin yolunu gedir. Bir tərəfdən ölkəni dünyada gözdən salır, o biri tərəfdən labüd məşəqqətlərin yolunu açır. Həqiqi liberal-demokratiyasız davamlı sabitlik olmur.


Waymo's fully self-driving cars are here

Waymo's fully self-driving cars are here

Waymo, which started as the Google self-driving car project in 2009, is ready for the next phase. Starting now, Waymo’s fully self-driving vehicles — the mos...

Posted by Oruc Rzayev on 8 ноя 2017, 04:57

from Facebook

Bakı-Tiflis-Qars dəmiryolu


Erkin Qədirli[Bakı-Tiflis-Qars dəmiryolu haqqında]Bakı-Tiflis-Qars dəmiryolu haqqında yazmağı düşünmürdüm. Bununla bağlı suallara da "bu, mənim sahəm deyil" sayağı cavablar verirdim. Lakin tənqidi şərhlərin xeylisini oxuyandan sonra, yazmaq qənaətinə gəldim. Yazı böyük olduğundan, onu iki parçaya böldüm. Birini indi paylaşıram (giriş hissəsini), ikincisini də bu axşam paylaşacağam.

Mübahisə açmaq istəmirəm. İşin iqtisadi tərəfinə heç toxunmayacağam. Bir onu deyim ki, bu layihənin iqtisadi potensialının olduğundan daha böyük göstərildiyini söyləyənlərlə razıyam. Amma! Bu işdə önəmli olan iqtisadiyyat deyil. Daha doğrusu, ölkəmizin buradan yaxşı pul qazanacağı guman olunsa da, ən böyük guman başqadır.

Nəqliyyat, özəlliklə dəmir, dəniz və boru yolları - strateji məsələdir. O dərəcədə strateji ki, ölkələrin təhlükəsizliyinə, bölgələrdəki güc nisbətinə önəmli təsir göstərə bilir. Ölkəmizin dənizə birbaşa çıxışı yoxdur. Bu amilin bizə mənfi təsiri haqqında bir neçə dəfə yazmışam (səhifəmdə axtara bilərsiniz).

Dənizə birbaşa çıxışımızın olmaması bizim üçün strateji gerilikdir. Bu geriliyik obyektivdir, bizdən (siyasətimizdən) asılı deyil, coğrafi yerləşməmizdən qaynaqlanır. Buna görə də ölkəmizin, iqtidarda kimin olmasından asılı olmayaraq, xarici siyasət seçimləri çox deyil. Bizə, özümüzü təhlükəsiz hiss etmək və faydalı ticarət qurmaq üçün, mütləq dənizə çıxış gərəkdir. Bu çıxış da mütləq davamlı, güvənli və ucuz olmalıdır.

Rusiya'nın üzərindən Qara və Baltik dənizlərə çıxışımız var (kanallar vasitəsilə). Amma bu çıxışın davamlılığı şübhə altındadır, güvəni və ucuzluğu isə heç yoxdur. Üstəlik, Rusiya'nın üzərindən gedən su yolları ilin az qala yarısı buz altında qalır (donur). Ona görə də iqtisadi faydası böyük ola bilmir. İran üzərindən Hind Okeanına çıxışımız olsaydı, bu, ən ucuz və iqtisadi baxımdan faydalı yol ola bilərdi. Amma bunun nədən gerçəkləşməyəcəyini, guman edirəm, burada izah etməyə gərək yoxdur.

Odur ki, dənizə tək çıxışımız qalır - Gürcüstan üzərindən. Gürcüstan üzərindən çıxdığımız dənizin (Qara Dəniz) iki tarixi və geopolitik sahibi vardır - Rusiya və Türkiyə. Bu iki ölkə arasında münasibətlərin durumu bizə birbaşa təsir edir. Onların arasında savaşın bizə böyük ziyan vuracağı aydın olsa da, bunun tam tərsi də bizim faydamıza deyil. Yəni, Rusiya'yla Türkiyə'nin çox yaxınlaşmasından ölkəmiz heç nə qazanmayacaq, əksinə, xarici siyasət fürsətlərimiz daha da azalacaq. Bunu bir dəfə yazmışdım, təkrarlamağın faydası var - Rusiya, Türkiyə və İran arasında nə qədər çox ziddiyyət olarsa, bir o qədər də ölkəmizin xarici siyasət fürsətləri çoxalmış olur.

Bəxtimizdən (başqa söz tapa bilmədim), Türkiyə bizə həm qardaş ölkədir, həm də NATO üzvü kimi nə Rusiya'yla, nə də İran'la bəlli həddən artıq yaxınlıq edə bilir. İstəsə də edə bilməyəcək, çünki həm Rusiya'nın, həm də İran'ın, ayrı-ayrılıqda və birlikdə, Türkiyə'ylə bağlı tarixi və geopolitik qarşıdurması yox olası deyil. Odur ki, qardaşlığı qırağa qoymuş olsaq belə, yenə də Türkiyə'nin və Azərbaycan'ın bu bölgədə bir-birinə böyük ehtiyacları olacaq. Bəs, Gürcüstan?

Gürcüstan, Türkiyə və Azərbaycan arasında yerləşdiyinə görə, yuxarıda söz açdığım ehtiyacın gerçəkləşmə vasitəsinə çevrilir. Bu, Gürcüstan'ın özünün də faydasınadır. Bu ölkənin, bizdən fərqli olaraq, dənizə birbaşa çıxışı olsa da, dənizlə dünyaya çıxarası strateji resursları yoxdur. Üstəlik, Rusiya'dan qaynaqlanan aydın və davamlı təhlükə qarşısındadır. Rusiya'dan qaynaqlanan təhlükə - Gürcüstan'ı və Azərbaycan'ı yaxınlaşdıran ən təsirli amillərdən biridir. Bunun da üzərinə Gürcüstan'ın bizdən enerji, bizim də Gürcüstan'dan nəqliyyat asılılığımızı gəlsək, bu iki ölkə (+ Türkiyə) arasında getdikcə dərinləşən əməkdaşlığı daha yaxşı anlaya bilərik.

Azərbaycan, Gürcüstan və Türkiyə arasındakı münasibətləri "qarşılıqlı strateji asılılıq" adlandırmaq olar. Bu, hələ müttəfiqlik anlamına gəlmir, amma işlərin ona doğru getdiyini görməmək olmur. Birlikdə keçirilən ardıcıl hərbi təlimlər də bunu aydın göstərir. Hərbi təlimlər bekarçılıqdan deyil, ehtiyacdan keçirilir. Bu üç ölkənin hansı və haradan qaynaqlanan təhlükələrə qarşı birlikdə hərbi təlim keçirdikləri də məlumdur (bu haqda açıq danışılmasa da). Şübhəsiz ki, təlimlərin məqsədlərindən biri, daha öncə qurulmuş Bakı-Tiflis-Ceyhan və Bakı-Supsa boru kəmərləriylə yanaşı, Bakı-Tiflis-Qars dəmiryolunu qorumaqdır. Bu dəmiryolunun hərbi məqsədlər üçün də önəmi böyükdür.

Bakı-Tiflis-Qars dəmiryolunun strateji önəmi nədir (nədədir)? Qərb doğrudanmı, ya da Qərbdə hər kəsmi buna qarşı olub? Keçmişdə və bugündə buna oxşar örnəklər varmı?Collapse )
Bu layihəyə böyük güclərin, özəlliklə Qərbin və Rusiya'nın, yanaşması nə oldu? Bu haqda yazının sabah paylaşacağım üçüncü hissəsində oxuya bilərsiniz.Collapse )


Erkin Qədirli: Dilçilərimizin "proqnoz" sözünün dilimizə "öncəgörmə" kimi çevirmək təklifi çox müzakirə olundu. Xeyli irad bildirildi. Bu çevirməni mən də uğursuz sayıram, amma başqa anlamda. Öncə onu deyim ki, dilçilərimiz düzgün yöndə düşünüblər. Amma gəldikləri nəticə doğru deyil.

Davamını oxuCollapse )


Erkin Qədirli "Məmur övladlarının qudurğanlığı" haqqında

Davamını oxuCollapse )


Erkin Qədirli dilimizdən yazıb:

[Dilin imkanlarını anlamaq üçün, onun daşıyıcısı olan toplumun ünsiyyət tarixinə baxmaq gərəkdir. Həm iç, həm də bayır ünsiyyəti deyirəm. Dilimiz Türk dilidir]

Bugün, 1 avqust, Azərbaycan Əlifbası və Dili Günüdür. Bayram deyil. Kimlərə görəsə bu günün önəmi olmaya bilər. Anlaşılandır. Hər halda, təsadüfən seçilmiş və siyasi qərarla təyin olunmuş bir təqvim günüdür. Bununla belə, diqqətimiz gündə deyil, dildə olmalıdır.

Bütün dillər olduğu kimi, Azərbaycan dili də ünsiyyət vasitəsidir. Dilin imkanlarını anlamaq üçün, onun daşıyıcısı olan toplumun ünsiyyət tarixinə baxmaq gərəkdir. Həm iç, həm də bayır ünsiyyəti deyirəm. Dilimiz Türk dilidir. Türklərin ünsiyyət tarixi və coğrafiyası çox böyük olub, amma sonradan siyasi səbəblərdən təsirini itirib. İşin bu tərəfinə az sonra gələrəm.

Türkdilli toplumlarda əlifba yaranmadı. Runik yazılar olub (örnəyi, Orxon-Yenisey yazıları), amma əlifba olmayıb. Runik yazılarda hər işarənin öz anlamı vardı. Əlifbadakı işarələrin (hərflərin) heç bir sərbəst anlamı olmur, onlar ancaq səsləri bildirirlər. Runik yazılar Avropanın əksər toplumlarında olub (Xristianlığaqədərki dönəmdə). Avropa toplumları yazı dillərini Latın əlifbası üzərində qurmalı oldular, çünki Xristian Kilsəsi (Vatikan) bu əlifbadan istifadə edirdi. Türklərin runik yazılardan imtinası və Ərəb əlifbasına keçidi də İslam dininə bağlı olmuşdur. Yəni, runik yazılardan əlifba yazısına keçidin səbəbi dilin özündə deyil, siyasi proseslərdə oldu. Eyni şeyi Ərəb əlifbasından Latın əlifbasına keçidimizlə bağlı söyləmək olar.

Yuxarıda yazılanların üzərində moralist, ya da kulturalist arqumentlərin gətirilməsini doğru saymıram. Bunu edənlərin, ya da etməyə çalışanların demək istədikləri nədir? Örnəyi, Türk xalqlarında yazı dilinin gec inkişaf etdiyini, ya da Türklərin öz əlifbalarını yarada, runik yazılarını qoruya bilmədiklərini deyənlərin nəyə işarə etdikləri aydındır. Çeşidli aşağılayıcı yanaşmaları burada müzakirə etmək niyyətim yoxdur. Amma bir məqamı vurğulamaq istəyirəm. Hər şeyi kontekstin içində görmək gərəkdir. Heç bir tekstin kontekstdən ayrı anlamı yoxdur.

Türklərdə yazı dilinin gec inkişaf etdiyinin sadə izahı var. Türklərdə yazı dili ona görə gec inkişaf etdi ki, Türk toplumları tarixlərinin erkən və orta dönəmlərində eqalitar olublar. Eyni şeyi Avropanın bir çox toplumları haqqında demək olar. Bu toplumlarda eqalitarizm düşünülmüş və öncədən razılaşdırılmış quruluş olmayıb. Odur ki, biz də bunun üzərində moralizm yapmayaq. Eqalitarizmin öz sosial dayaqları olub - savaşçı toplum, heyvandarlığın üstünlüyü, coğrafi şərait və iqlim, və s. Eqalitar toplumlarda yazı dili gec yaranır və zəif inkişaf edir.

Yazı dilinin inkişafı toplumda maddi və sosial bərabərsizliyə bağlıdır (tarixdə belə olub). İlk yazıların məhz bu cür toplumlarda - Şumer'də, Babil'də, Misir'də, Hindistan'da və Çin'də - yaranması heç təəccüblü deyil. Bu sivilizasiyaların bəziləri bugün də var, bəziləri yox olub, digərləri başqa formaya keçiblər. Kitabı (yəni, yazısı) olan təntanrılı dinlərin də Orta Doğu'dan çıxmasına bu gözlə baxmaq olar. Hamısının səbəbi bu toplumlarda eqalitarizmin olmamasındadır.

Erkən dönəmlərdən yaranmış və getdikcə dərinləşən maddi bərabərsizliyin üzərinə sosial bərabərsizlik gəldi, onun da üzərində erkən dövlətlər quruldu. Yazı dilinin inkişafına bu kontekstdə baxmalıyıq. Təsadüfu deyil ki, bugünə bilinən ilk yazı örnəkləri dini, fəlsəfi, ya da bu qəbildən olan başqa yazılar deyil, Mesopotamiya mədəniyyətinə aid gil parçaları üzərində yazılmış borc öhdəlikləridir. Diqqət edin, borc öhdəlikləri! Əlaqəni gördünüzmü? Maddi bərabərsizlik - yazı dili.

Maddii bərabərsizlik toplumda insanların sayını, yığılan məlumatın həcmini artırır. Bunun nəticəsində çox şeyi şifahi yaddaşda saxlamaq mümkün olmur. Üstəlik, keçmişdə baş vermiş hər nəyisə sübut etmək ehtiyacı güclənir. Yazı dili bu və bununla bağlı başqa ehtiyacları ödəyə bilir. Öhdəliklər, anlaşmalar, qanunlar, adlar və s. yazılmağa başlayır. Yazı dili topluma daha bir bərabərsizlik gətirir. Bu bərabərsizlik maddi bərabərsizliklə bağlı olsa da, ondan asılı deyil və onu təkrarlamır. Yazı dili toplumu iki yerə bölür - yazmağı bacaran azlıq və yazmağı bacarmayan çoxluq. Toplumda bütün sosial üstünlüklərin birincilərin əlinə keçməsi heç də təəccüblü deyil. Bu bölgü (başqa formada - savadlılıq meyarı) bugün də önəmli və təsirlidir.

Türklərin və Avropa toplumlarının erkən dönəmlərində yazı dilinin inkişaf etməməsi, onların uzun zaman eqalitar qala bilməsilə bağlıdır. Bu toplumlarda maddi bərabərsizlik çox gec yarandığından, üstəlik, belə bərabərsizliyin siyasi üstünlük qazandırmadığından (siyasi üstünlük savaşda qazanıla bilirdi), özlərinə aid yazı dili inkişaf edə bilmədi. Avropada bu prosesi Xristian Kilsəsi yürütdü. Bu, ayrı mövzudur. Avropa toplumlarını qoyaq bir qırağa, özümüzə baxaq.

Türklər, savaş yoluyla tutduğu torpaqlarda (ən azından ilkin mərhələdə) demoqrafik üstünlüyə sahib olmayıblar. Türklərin avanqardı bir yeri tuturdu, orada möhkəmlənə bilirdirsə, ardınca böyük köç gəlirdi. Amma ona qədər, tutulmuş torpaqlarda yaşayan toplumu idarə etmək gərəyi yaranırdı. İdarə etmək üçün barış gərəkdir. Türklər, savaşda üstünlük qazana bildiklərinə görə, tutduqları torpaqlarda hərbi elitaya çevrilirdi. Bu elitanın içində münasibətlər eqalitar və meritokratik qalırdı. Elita öz içində Türk dilində danışırdı. Amma idarə olunan toplumlar sayca daha çox, yazı mədəniyyəti baxımından daha yaşlı olduqlarına görə, Türklər onlarla onların öz dilində danışmaq zərurəti qarşısında qaldı. İdari xərcləri (transaction cost) azaltmaq məqsədilə, Türklər başqa dilləri və o dillərin yazılarını asanlıqla qəbul edirdi.

Bugün yaşadığımız və dövlətimizə sahib olduğumuz coğrafiyada (Azərbaycan Resublikasının ərazisində) yuxarıda yazdığım proseslərin detallarını yazmaqla sizi yormaq, yazımı uzatmaq istəmirəm. Qısa onu deyim ki, biz, buralara sahib olmuş bütün imperiyaların ucqar vilayəti olmuşuq. Özümüzə aid mərkəzi hökumətimiz olmayıb ki, dilimizi inzibati yollarla yaysın. Əksinə, burada elitaların danışdığı dillər başqa olub (dönəminə uyğun) - Ərəb, Fars, Rus. Bununla belə, öz əlifbası olmaya-olmaya, bu dil ölmədi, yayıldı, inkişaf etdi. Nəyin hesabına? İlk növbədə ticarətin. Dili yayan iki böyük güc var - ordu və ticarət (örnəyi, bugünkü İngilis dilinə baxın). Türk dillərinin tarixində ikisi də önəmli yer tutur.

Bugün Azərbaycan dili kimi tanıdığımız dilin yeri özəldir. Bu dildə çox toplumları rahat anlaya bilirik - Çin'dəki Uyğurları, Kırım'dakı Tatarları, İraq'dakı və Suriya'dakı Türkmənləri, Anadolu, Quzey Qafqaz və Güney Azərbaycan Türklərini və s. Üstəlik, bu dildə Türk olmayan toplumlar da rahat danışır və bu dilin inkişafında önəmli rol oynayırlar. Ölkəmizin etnik qrupları arasında Türklərdən daha qədim olanları, buralara Türklərdən daha öncə gələnləri var. Onların arasında
(coğrafi səbəblərdən) daha öncədən sıx ünsiyyətin olmaması, başqa səbəblərlə yanaşı, bugünkü Azərbaycan dilinin ölkəmizdə bütün etnik qruplar arasında ortaq ünsiyyət vasitəsinə çevirdi.

Azərbaycan dili bu coğrafiyanın Lingua Franca'sı ola bilər (qarşımıza belə bir strateji hədəf qoysaq və bu hədəfi doğru gedə bilsək). Bunun üçün Azərbaycan'da hər baxımdan cəlbedici dövlət qurmalıyıq.

P.S. Mövzu böyükdür, bəzi önəmli parçaları sabaha saxladım. Ardı olacaq.




Professor R. Bədəlov:

[Bəzi insanlarımız “Reala” qoşulduğuma təəcüblə yanaşdılar]

Əziz dostlar!
Söz verdiyim kimi 80 zaman-məkandan açıqlamalarımı davam edirəm. Bu dəfəki mövzu, “Real” təşkilatı.
Necə oldu ki onlara qoşuldum.
Bu illər (neçə il?) haqqında nə deyə bilərəm.
“Realın” əsas uğurları (varsa?).
“Realla” bağlı hansı ümidlərim var.
Bəzi insanlarımız “Reala” qoşulduğuma təəcüblə yanaşdılar, halbuki bu addımımda heç bir siyasi məqsəd, siyasi gözlənti yox idi. Hətta ola bilsin ki “Realın” siyasi partiya olmaq məqsədini bilsəydim “Reala” qoşulmazdım. Bütün mənalarda özümü siyasətdən uzaq görürəm. Dostlarla, həmkarlarla münasibətdə “siyasəti” qəbul eləmirəm, ümimiyyətlə taktiki fəndlərə üstünlük verən insanlar məni yorur. Kişi-qadın münasibətlərdə “siyasi” tərəf məni maraqlandırmır, “ekzenstial” qat düşündürür. Bir sözlə “Reala” qoşulmağımda heç bir siyasi maraq yox idi. Daha kəskin etiraf eləyə bilərəm, əslində təşkilata qoşulmamışdım, insanlara, “realçılara” qoşulmuşdum, onlara rəğbət bəsləyirdim, imkanım daxilində onlara kömək etməyə hazır idim.
İndi, bir neçə il keçdikdə, deyə bilərəm ki “Reala” qoşulmağımı düzgün sayıram. Bu və ya digər “realçının”, bu və ya digər fikirləri ilə razılaşmasam belə, o insanlar məni heç zaman məyus etməyib. Ümid eləyirəm ki mən də onları məyus etməmişəm.
Onu da deyim ki “Realın” təşkilat daxılı müzakirələrində iştirak etməmişəm və iştirak etsəydim belə quman etmirəm ki ağıllı təkliflərim ola bilərdi. Ola bilsin ki mən nəinki siyasət adamı deyiləm, təşkilat adamı da deyiləm.
Təbii sual yaranır, bu belədirsə mənim “Realda” iştirakım nədən ibarət idi? “Dostlar klubu” ilə kifayətləndinmi?
Əslində bu “dostlar klubunda” qəbahət görmürəm, “dostları” ideyalar biləşdirirsə, birlikdə ictimai iş görmək istəyirlərsə. Bu cür, ciddi strukturu olmayan, qurumlarım məncə indiki mərhələdə böyük səmərəsi ola bilər.
Təşkilata gəldikdə bu illər ərzində “Realın” “cumhiriyyət məktəbində” bir neçə dəfə çıxış etmişəm, dəfələrlə iştirakçı kimi müzakirələrə qoşulmuşam. Bu işi davam etdirməyə hazıram.
Uğurlardan danışarkən, fikrimcə ilk növbədə “Real” ictimai həyatımıza yeni “siyasi ritorika” gətirib. Bizim mental düşüncəmizdə “əməl” “sözdən” üstün sayılır, “söz” ümumiyyətlə “əməl” sayılmır. Böyük yanlışlıqdı. Uzaqlara getmirəm, “başlanqıcda söz idi”, və s. Onu demək kifayətdir ki postindustrial dövrdə sözün yükü artır, modern həyatda (məncə bu yolu seçməyən ölkələr, geriləyir, həmişəlik “üçüncü dünyaya” məhkum olur) adekvat “söz” ən böyük resursa çevriləcək (artıq çevrilir). Və fikrimcə əməllərimiz ona görə alınmır ki adekvat söz deyilmir və bu deyimlər üçün müvafiq ictimai məkanımız yoxdu.
Görünür “söz və əməl” məsələsinə yenidən qayıtmaq lazımdır, indi isə Natiq Cəfərlinin sözlərindən bir sitat gətirim və bununla kifayətlənim
“REAL siyasətə atıldığı gündən özünəməxsus dili, üslubu və problemlərə baxışı ilə həmişə fərqlənib, bu da məncə, bizim ən böyük qazancımızdır. Siyasətin dilinə təsir edə bildik, müəyyən ifadələri, anlamları siyasətə qazandırdıq, bunlardan biri haqqında daha geniş yazacağam.
Vətəndaş millətçiliyi”. Və sonra N. Cəfərli “vətəndaş millətçiliyi haqqında geniş danışır. Vacib məsələdi, imkan olsa bu məsələyə də qayıdaram.
“Realla” bağlı ümidlərimdən danışarkən, bir məsələni qeyd edim – son illər məni düşündürən məsələ – qadınlar. Nəinki “Realın” hər bir ictimai qurumun indiki şəraitdə uğuru qadınların iştirakından keçir. “Siyasi ritorika” qadınları cəlb etmirsə, onlara qıcıq vermirsə, deməli bu “siyasi ritorika” cəmiyyətin ağrılı nöqtələrinə laqeyddi.
Nəhayət “Realın” gələcəyindən danışarkən bir məsələni xüsusi vurğulayım.
Tez-tez Kantın klassik üç sualından ikisini yada salıram (üçüncüsü də vacibdir, amma mətləbimizdən bir qədər uzaqdır). Kant üçün “nə etməliyəm?” sualı “nəyi bilirəm?” yaxud “nəyi bilə bilərəm?” sualı ilə bağlıdı (ilk iki sual). Yəni bizim (hər birimizin, hər bir qurumun) real gerçəklik haqqında biliyimiz (“söz”) adekvat deyilsə etmək istədiyimizdə (“əməl”) adekvat olmayacaq, “sözümüz” utopikdirsə “əməlimiz” də utopik olacaq.
İstəyərdim ki yanılım amma məncə indiki şəraitdə (“şərait” dedikdə mən həm hakim dairələrinin həm də əksər insanlarımızın düşüncə tərzinin nəzərdə tuturam) müxalif siyasi partiya yaratmaqla hakimiyyətin işini sadələşdiririk. Bu işdə hakim dairələrin artıq təcrübəsi var, daxildə də kənarda da lazımi siyasi manevrlər edə bilirlər. Ola bilsin ki bu manevrlər “beş günlük dünyayla” məhdudlaşır, amma “beş günlük dünyadan” sonra zərbə bircə onlara yox, hamımıza dəyəcək.
Fikrimcə hakim dairələr üçün daha təhlükəli geniş içtimai hərəkətdi. O hərəkət ki tələsik “kücə etirazlarından” imtina edib, cəmiyyətdə “sözün” gücünü artırmasına çalışır.
Yeni “siyasi ritorika” o zaman real qazanc ola bilər ki insanlarımız (heç olmasa seçilərimizin bir faizi) bu yeni “sözü” anlaya bilsin, ona alışsın.
Bu mənada “Realın” təşkil etdiyi “böhran dəyirmi masanı” böyük ümidlə qarşılamışdım, düşünürdüm ki belə “masa” ətrafında sərbəst danışa bilərik, söz birliyi (söhbət vahid fikirdən getmir) təşkilat birliyindən üstün görünəcək. Hətta növbəti toplantıya çıxış hazırlamışdım, təəsüf ki “birinci masa” sonuncu oldu.
İndi özüm özümə Kant sayağı sual verirəm: növbəti (ikinci) “dəyirmi masanı” keçirtmək ücün özümüz haqqında (siyasi və qeyri-siyasi mənalarda) nəyi bilməli idik?
Nəyi bilmədik?



Erkin Qədirli [sorğularda ad qazanmış Gallupın köməyi ilə belə görür. Azərbaycan, dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur)]

Sosioloji araşdırmalarda və sorğularda ad qazanmış Gallup İnternational dünya ölkələrində dindarlığın dərəcəsini aydınlaşdırmağa çalışıb. Burada ölkəmizin yerləşdiyi bölgənin xəritəsini ayrıca verirəm. Xəritədə rənglərin tündlüyü dindarlığın yüksək, açıqlığıysa dindarlığın aşağı dərəcədə olduğunu bildirir. Gördünüyünüz kimi, Azərbaycan ən açıq rənglə göstərilib.

Araşdırmanın nəticələrinə görə, Azərbaycan'da 34% özünü dindar adlandırıb. 54% dindar olmadığını, ya da ateist olduğunu deyib. 12% cavab verməyə çətinlik çəkdiyini söyləyib. Müqayisə üçün, qonşularımıza baxaq. Türkiyə'də 79%, İran'da 83%, Rusiya'da 70%, Gürcüstan'da və Ermənistan'da 93% özünü dindar adlandırıb. Xəzərin o biri tayındakı qonşularımızda durum belədir - Kazakistan'da özünü dindar sayanlar 64%, Türkmənistan'da 80%, Özbəkistan'da 51% olmuşdur. Xəritədən gördüyünüz kimi, ölkəmiz bu bölgədə bir dünyəvilik adasıdır sanki. Bunun bəzi səbəbləri haqqında daha öncə də yazmışdım, bundan sonra (sistem problemlərini izah etməyə keçəndə) yenə yazacağam (başqa baxış bucağından).

Ümumiyyətlə, dünya üzrə, Azərbaycan, dindarlığı ən az olan ölkələrin ilk 20-liyinə daxildir (12-ci yeri tutur). Müqayisə üçün, bu göstəriciyə görə hətta Fransa kimi ölkədən üstünük. İlk 20-likdə diqqəti çəkən daha bir məqam var. Ölkəmiz orada yeganə müsəlman ölkəsidir, yeganə Türk ölkəsidir və yeganə post-sovet ölkəsidir. Sözümü nəyə gətirirəm?

İqtidar Qərbi ölkəmizdəki "İslam təhlükəsi"lə qorxutmağa çalışır və bununla özünə dəstək ala bilir (Qərb siyasi çevrələrin stereotiplərində oynayır). Problem ondadır ki, bizim liberalların və solçuların xeylisi bu havaya girib, özlərini və başqa ölkələrdən olan tanışlarını bu hekayəylə qorxudur. Özlərini iqtidara qarşı qoymağa çalışsalar da, bu məsələdə eynən iqtidar kimi düşünürlər. Sistem problemidir. Dəfələrlə demişəm, sözümün üstündə də dayanıram - Azərbaycan'da siyasi İslam təhlükəsi yoxdur. Radikal dindar qruplar ola bilər, onlar ciddi problem yarada bilər, amma hakimiyyətə gələ biləcək gücdə olası deyillər. Odur ki, hər kəsə məsləhətim - siyasi düşüncələrinizdə bu qorxuları başınızdan atın.

Burada yazdıqlarım ölkəmizdə dünyəvilik üçün təhlükələrin olmadığı anlamına gəlmir. Təhlükələr, əlbəttə, var. Amma bu təhlükələr ölkəmizin içindən deyil, bayırından qaynaqlanır. Qonşularımızda olan proseslərə önəmli təsir göstərə bilmədiyimizdən, öz ölkəmizdə dünyəvi dayaqları daim gücləndirməliyik. Yerləşdirdiyim xəritə çox anlamları göstərə bilir.


Dilimiz naqisdi?


Erkin Qədirli: [Dilimiz naqis deyil. Düşüncəmiz kasaddır.]

Azərbaycan dilinin "naqis"liyilə bağlı gumanlara və iddialara hər zaman qarşı olmuşam. Yurdsevər, ya da siyasətçi olduğuma görə deyil. Sözlərimə populist yön verməyə gərək yoxdur. "Rus sektoru"nun məhsulu olan birisi kimi, dilimizi (məişət dilini saymıram) az qala xarici dil kimi öyrənməli olmuşam. Öyrənərək onu bildiyim başqa dillərlə uzlaşdırmağa çalışmışam. Bugün də bunu edirəm. Faydası çoxdur. Sözümü nəyə gətirirəm?

Dilimiz naqis deyil. Düşüncəmiz kasaddır. Teksti oxuyuruq, amma konteksti görmürük. Yazıda da beləyik, danışıqda da. Facebook'da bunu lap aydın görmək olur. Düşüncə təmkin tələb edir. Təmkinsizliyimizin siyasi səbəbləri var, onları indi burada yazmayacağam - uzatmaq istəmirəm. Bunun üzərinə təhsil problemlərini də gəlsək, görüntü tamamlanmış olacaq. Bu problemləri toplumun üzərinə atmağın, xalqı savadsızlığa görə qınamağın yeri yoxdur. Sistem problemidir, sistemi dəyişmək gərəkdir. Burası öz yerində.

"Rus sektoru"nun savadlılıq göstəricisi olmadığıyla bağlı çox yazmışam. Ayrı-ayrı mövzularda "Rus sektoru"nun Azərbaycan bölməsindən hələ də üstün göründüyünə dair guman və iddialar, hərdən doğru sayıla bilsələr də, meyar kimi götürülə bilməz. "Daha yaxşı" hələ "yaxşı" demək deyil.

"Rus sektoru"nun problemini, Məmməd Araz'ın dililə desək, "özündən gəlməyən özündən qaçır" adlandırmaq olar. Azərbaycan dilinə yuxarıdan-aşağıya baxmağın kökü də buradadır. Bu da sistem problemidir. "Rus sektoru"nda oxumayanların, Rus dilində danışa bilməyənlərin də davranışında bunu görmək olur ("Rus sektoru"nun yan təsiri). Aralarında çox savadlı olanlar da var, heç savadı olmayanlar da. Çox anlamsız hallarla qarşılaşmalı olursan hərdən. 90-cı illərdə "misal" sözünün yerinə "örnək" sözündən istifadə etməyə başlamışdım. O zamanlar bu sözü çox az adam işlədirdi. Hər halda, mənim çevrəmdə belələri olmayıb. "Örnək" sözünə aldığım cavabların arasında beləsi də vardı: "Örnək nədi, ala? Yox bir, ördək". Nə demək olar buna? Heç nə! Gülməyin yeri deyil, əsəbləşməyin faydası yoxdur, incimək anlamsızdır. Təmkinlə düşünmək və düşündüyünü söyləmək gərəkdir. Sözlər yerini tapacaq, qavramlar oturuşacaq. Elə də oldu, olmağa da davam edir.

Ciddi söhbətlərdə, siyasi, hətta akademik çevrələrdə də problemimiz budur - teksti oxuyuruq, amma konteksti görmürük. Kontekst - "birlikdə toxunmuş" deməkdir, hərfi anlamı budur (Latın dilində "con-" (birlikdə) və "texere" (toxumaq)).

Toxumaqla bağlı xatırlatmanı elə-belə yazmadım. O gün bir tanışımla söhbətim oldu (sosiologiyadan elmi iş yazır). Özəl ortamda siyasətdən danışırdıq, mənim və ReAl'ın yanlışlarından danışırdı (maraqlı tənqidləri vardı). Tez-tez "pattern" sözünü işlədirdi. Sosiologiyada önəmli qavramlardan biridir. Niyə bu sözdən istifadə etdiyini soruşdum və öz dilimizdə bu sözün tam qarşılığı olduğunu söylədim. Tanışım təəccübləndi, çünki hətta Ruslar bu sözü çevirməsiz (İngilis dilində olduğu kimi) işlədirlər ("паттерн"). Mənə dedi: "Bu sözün yerinə hansı sözü işlədə bilərik ki? Dilimizin ifadə imkanları çox məhduddur axı". Tanışımdan "pattern" sözünün haradan götürüldüyünü soruşdum. Sözün qaynağını (etimologiyasını) soruşduğumu sanmışdı. Mənsə sözün işlənmə tarixini deyirdim. Elə bu söhbətin örnəyində də davam etmək istəyirəm.

İngilis dilində "pattern" sözü bir zamanlar (tarixi dönəmin texnologiyasına uyğun) paltar tikilişində istifadə olunurdu. Tikiləcək paltarın öncə kağız üzərində cizgiləri çəkilirdi, sonra həmin kağız qoyulurdu parçanın üstünə və parça cizgilərinə uyğun kəsilirdi. Kağız üzərində çəkilmiş həmin cizgilərə "pattern" deyilirdi. Çağdaş texnilogilarda buna çoxdan gərək yoxdur. Ona görə "pattern" sözünün konteksti dəyişib, akademik və siyasi dilə köçüb, amma sözün özü (teksti) qalıb. İngilis dilində bu sözün işlənmə tarixini bilmədiyimizdən, ya da gözümüzdən qaçırdığımızdan, öz dilimizdə onun qarşılığının olmadığını sanırıq. Paltar tikilişi zamanı parçanın üzərinə qoyulan cizgili biçimə bizdə "ülgü" deyirlər. Bu sözü uşaq yaşlarımda nənəmdən eşitmişdim, amma heç zaman onu başqa anlamlarda işlətməmişdim. Bu haqda heç düşünmürdüm də. "Pattern" sözüylə ilk (ilini xatırlamıram) tanışlığımdan (Talcott Parsons'un sosioloji təlimini oxuyandan sonra) düşünməyə başladım. Konteksti ("birlikdə toxunmuş"ları) görəndən sonra, nənəmdən eşitdiyim "ülgü" sözü yerinə oturdu. "Pattern of behavior" dilimizə "davranış ülgüsü" kimi rahat çevrilə bilir. Həm ahəng qanununa uyğundur, həm öz sözümüzdür, həm də İngilis dilindəki qarşılığının işlənmə tarixinə tam uyğun gəlir.

Bunu örnək üçün, dilimizi naqis saymağın yersiz və yararsız olduğunu göstərmək üçün yazdım. Dilimizin imkanları genişdir. Gileylənməkdənsə, düşüncəmizin imkanlarını genişləndirməliyik.

Bundan öncəki paylaşımda dilin inkişafı üçün hərdən milli hirsə gərək olduğunu yazmışdım. İndi də təmkinli düşüncənin, usanmadan axtarışın önəmindən yazdım. Uzun, ya da yorucu oldusa, üzrlü sayın.


"Rus sektoru"


Erkin Qədirli ["Rus sektoru" mövzusunu müzakirə edir]

"Rus sektoru" mövzusu mənsiz davam edir, görürəm. Özümə söz vermişdim - bir daha bu mövzuya girməyəcəyəm. Nə gərəkdirsə, yazmışdım (dəfələrlə). Məni anlayanlar da oldu, qınayanlar da. Hamısı sağ olsun. Bu dəfə (mənsiz) mübahisə yenidən qızışdı. Söhbət bir tək hamınızın yaxşı tanıdığı yaxın dostumuzun paylaşımı çərçivəsində qalsaydı (məni oraya qoşmaq istəyənlər də olmuşdu), mən bu mövzuya yenidən girməzdim. Amma mən, (özüm "Rus sektoru" məhsulu olduğuma görə), Facebook'un həm də Rusdilli bölümündə yazıları izləməyə çalışıram. Hamısını yox, təbii ki. Maraqlarıma uyğun yazıları deyirəm. Həmin yazıları yazanların arasında yaxşı tanıdığım, çox savadlı, yurdsevər, hətta nədəsə millətçi insanlar da var. Onların şəxsi keyfiyyətlərinə güvənirəm, amma yanaşmalarını bölüşmürəm (hətta məlum mənada ziyanlı sayıram). Rusdilli istifadəçilər arasında bir açıq yazışmanı oxuyandan sonra, bu problemlə bağlı yenidən yazmaq istədim. Bu dəfə başqa bucaqdan yanaşacağam. Amma öncə, təməl şərtlərimi təkrarlayım:

1. "Rus sektoru" qapadılmalıdır. Aydındır ki, bu, dərhal baş verəsi deyil. Proses azı 10 il sürəcək. Odur ki, müəllimlərin işsiz, şagirdlərin təhsilsiz qalacağına dair qorxu və şübhələr yersizdir. Bu məsələdə xüsusi təəssüf doğuran bir məqam var. Rusdilli istifadəçilərin xeylisi Rus dilində "закрыть"-lə закрывать"-ın fərqini bilmirmiş, ya da diqqətsiz oxuyurmuş. ReAl'ın, hakimiyyətə gələn kimi, "Rus sektoru"nu qapadacağıyla bağlı izahı mümkün olmayan qorxular buradan qaynaqlanır.

2. Kimsə, özəlliklə də mən, Rus dilinə qarşı deyil. Bunun əksini deyənlər ya cığallıq edir, ya da qərəzli yanaşırlar. Rus, ya da başqa dilə qarşı olmağın anlamı nədir? Dili qadağan edəcəyimizi düşünənlər gerçəkdən varmı? Buna inanmağım gəlmir. Onda bu "irad" nəyə gərəkdir? Rus ədəbiyyatının böyüklüyünü və onun tərbiyyəvi önəmini danan da yoxdur. Bunun əksini bizə, özəlliklə mənə, heç kim yapışdıra bilməz. Rus ədəbiyyatının siyasətdə mənfi yan təsirlərilə bağlı yazılarım olub, amma o, başqa mövzudur (bədii deyil).

3. "Rus sektoru"nun qapadılmasının milli kimlik və milli təhlükəsizlik önəmlərini vurğulamağa çalışmışdım (yazılarımda dəfələrlə oxumusunuz). Tənqidlərə hörmətlə yanaşıram, amma öz düşüncəmdə qalıram. Rus dili xarici dil kimi öyrədilməlidir.

4. Dövlət büdcəsindən maliyyələşən təhsil dövlətin rəsmi dilində olmalıdır. Başqa dillərdə təhsil ola bilərmi? Ola bilər, amma özəl təşəbbüslər və özəl maliyyə hesabına. Rusiya'nı ölkəmizdəki Rus dili qayğılandırırsa (söhbətə baxın hələ), zəhmət çəksin, Britaniya, Fransa, ABŞ kimi, özünün rəsmi dili olan Rus dilində burada məktəb, kurs, proqram açsın. Buna qarşı olan yoxdur. Biz öz büdcəmizin hesabına övladlarımızı düşmənimizin müttəfiqi olan, bununla bağlı olmayan təhlükələri də bizim üçün əlavə olaraq yaradan dövlətin dilində təhsil verməməliyik.

5. Övladlarımız təbiəti və dünyanı ana dili vasitəsilə anlamağı öyrənməlidirlər. "Rus sektoru" bunu təsirli dərəcədə əngəlləyir. Buna qarşı olan mövqeyə elmi-texniki və başqa ədəbiyyatın çatışmazlığıyla haqq qazandırmağın yeri yoxdur. Kitab dükanlarında dövlətimizin rəsmi dilində olan ədəbiyyatın sayı, çeşidi, yönü və keyfiyyəti heç zaman indiki qədər yüksək olmamışdır. Proses gedir, ardı gələcək. Yaxşı olacaq. Strateji düşünmək gərəkdir.

6. "Rus sektoru" ölkəmizi bir-birilə uyuşmayan dünyagörüşü və görüşdüzümü düşərgələrinə bölür. Özümün də daxil olduğum çox azsaylı istisnaları qırağa qoysaq, "Rus sektoru" ölkəmizdə olan problemlərin mövzulaşdırılmasına (həm də prioritetləşdirilməsinə) ya mane olur (həmin problemləri görünməz edir), ya da onların yanlış yöndə qavranılmasına yol açır. "Ağıl xəritəsi" (mental map) adlanan nəsnə var. Ağıl (düşüncə) dilin içində olur, ondan qırağa çıxa bilmir. Çox dil bilməyin faydası buradadır - həmin dillərdə olan ağıl xəritələrini, TV kanalları, ya da radio dalğaları kimi çevirmək olur. Ancaq bunun da bir təməli olmalıdır - siyasi kontekstdə götürsək, dövlətin rəsmi dili. Söhbət, başqa şeylərlə yanaşı, xarici dillərin hansı təməl dilin üzərində öyrənilməsindən gedir. Yuxarıda yazdığım kimi, özümün də daxil olduğum çox azsaylı istisnaları qırağa qoysaq, "Rus sektoru" bu sarıdan (ağıl xəritəsi baxımından) ölkəmiz üçün ciddi (strateji) problemlər yaradır.

7. Özümü örnək verdim, elə məni tənqid edənlər də mənim örnəyimə istinad etməyi xoşlayırlar. Deyirlər, bəs, özü "Rus sektoru"nu bitirib, onun imkanlarından faydalanıb, ana dilimizi də bilir və s., amma indi "Rus sektoru"nu bəyənmir, onun qapadılmasına çağırır. "Qınından çıxdı, qınını bəyənmədi" örnəyi. Əzizlərim, elə deyil. Konteksti unutmayın, məni də kontekstdən ayırmayın. Mən Sovet dönəmində oxumuşam. O zaman seçim, demək olar ki, olmayıb. Üstəlik, o zaman təhsilin keyfiyyəti indikindən xeyli yüksək olub. Bugünkü "Rus sektoru"nun səviyyəsi çox aşağıdır. Mən 12 il BDU-da dərs demişəm - Azərbaycan bölməsində. Müqayisə etmək imkanım olub. "Rus sektoru"nun səviyyəsi hər il düşürdü, Azərbaycan bölməsinin səviyyəsi isə qalxırdı. Sonradan Azərbaycan bölməsi "Rus sektoru"nu ötüb keçmişdi. Amma mənim və həmyaşıdlarımın sosiallaşmasına (ana dilimizin çevrəsinə qayıtmasına) həm də ölkədəki siyasi proseslər önəmli təsir göstərmişdi - Milli Azadlıq Hərəkatı, siyasi azadlıqlar və s. Həmin proseslər bizi oyada bilmişdi. Bəxtimiz gətirdi, deyə bilərəm. Yoxsa, ruslaşıb gedirdik. İndiki "Rus sektoru"nu oyada biləsi bir gedişat yoxdur ölkədə. Təhlükə həm də buradan qaynaqlanır - həlledici məqamda "Rus sektoru"nun uşaqları təməl mövzuları anlaya bilməyəcəklər (Sovetin dağıldığı illərdə yaşlı nəslin anlamadığı kimi).

Nə isə... Girişdə yazmışdım ki, mövzuya bu dəfə başqa bucaqdan yanaşacağam. Xatırlatmalara bu qədər yer ayırdığıma görə üzr istəyirəm. Gələk, indi, dediyim yanaşmaya. Bunun üçün Rus bədii dilinin atası sayılan A. Puşkin'ə müraciət edəcəyəm.

Puşkin sadəcə bədii deyil, həm də siyasi yazırdı. Əsərlərində çox aydın siyasət yürüdürdü. Puşkin Rus dilinin durumuyla bağlı ciddi narahatlıq keçirirdi, Rus elitasının yabancı dillərdə danışmağa üstünlük verdiklərini, hətta Rus dilində pis danışdıqlarını, ya da heç danışmadıqlarını kəskin tənqid edirdi. Örnəklər verəcəyəm. "Yevgeniy Oneqin" əsərinə baxaq.

В последнем вкусе туалетом
Заняв ваш любопытный взгляд,
Я мог бы пред ученым светом
Здесь описать его наряд;
Конечно б это было смело,
Описывать мое же дело:
Но панталоны, фрак, жилет,
Всех этих слов на русском нет;
А вижу я, винюсь пред вами,
Что уж и так мой бедный слог
Пестреть гораздо б меньше мог
Иноплеменными словами,
Хоть и заглядывал я встарь
В Академический словарь.

Burada Puşkin, Oneqin'in geyimini təsvir etməyə çalışarkən, Rus dilində bir çox sözlərin olmadığından gileylənir. Hətta akademik lüğətdə həmin mənaları Rus dilində tapmadığını etiraf edir. Problemin həllini nədə görür? Sözləri xarici dillərdən (özəlliklə Fransız dilindən) götürməkdə, onları ruslaşdırmaqda. Normal prosesdir. Azərbaycan dilinin "naqisliyi"ndən gileylənənlər də bunu edə bilər(di). Görünür, onları gileylənmək daha çox qane edir. Puşkin yazır:

Неправильный, небрежный лепет,
Неточный выговор речей
По-прежнему сердечный трепет
Произведут в груди моей;
Раскаяться во мне нет силы,
Мне галлицизмы будут милы...

(burada "галлицизмы"- Fransız dilindən götürülmüş sözlər anlamına gəlir).

Gənc Rus kişilərin öz ana dilini bilməməsini, bu dili aşağıladığını tənqid etməklə yanaşı, Puşkin maraqlı çıxış yolu təklif edir. Deyir, Rus qızları sevgi məktublarını Fransızca deyil, Rusca yazmalıdır ki, bəlkə onda Rus oğlanlarının Rus dilinə həvəsi oyansın.

Не дай мне бог сойтись на бале
Иль при разъезде на крыльце
С семинаристом в желтой шале
Иль с академиком в чепце!
Как уст румяных без улыбки,
Без грамматической ошибки
Я русской речи не люблю.
Быть может, на беду мою,
Красавиц новых поколенье,
Журналов вняв молящий глас,
К грамматике приучит нас;
Стихи введут в употребленье;
Но я... какое дело мне?
Я верен буду старине.

Diqqət edin, əsərin əsas qəhrəmanları paytaxtda, ya da böyük şəhərdə deyil, kənddə yaşayırlar. Amma kənddə belə, zadəgan Ruslar xarici dillərdə danışmağa üstünlük verirdilər. Örnəyi, Tatyana Larina.

Еще предвижу затрудненья:
Родной земли спасая честь,
Я должен буду, без сомненья,
Письмо Татьяны перевесть.
Она по-русски плохо знала,
Журналов наших не читала
И выражалася с трудом
На языке своем родном,
Итак, писала по-французски...
Что делать! повторяю вновь:
Доныне дамская любовь
Не изьяснялася по-русски,
Доныне гордый наш язык
К почтовой прозе не привык.
Я знаю: дам хотят заставить
Читать по-русски. Право, страх!
Могу ли их себе представить
С «Благонамеренным» в руках!
Я шлюсь на вас, мои поэты;
Не правда ль: милые предметы,
Которым, за свои грехи,
Писали втайне вы стихи,
Которым сердце посвящали,
Не все ли, русским языком
Владея слабо и с трудом,
Его так мило искажали,
И в их устах язык чужой
Не обратился ли в родной?

Davam edə bilərəm, çox böyük mövzudur. Puşkin'ə müraciətim əbəs yerə deyil. Puşkin kimi böyük istedad, Rus bəddi dilinin atası, oxucularını öz dillərini bilməməkdə, bu dildə pis danışmaqda, ona yuxarıdan-aşağı baxmaqda utandırmağa çalışırdı. Bunun özü bir siyasətdir. Puşkin bu üsluba çarəsizlikdən əl atmışdı. Rus dilinə həvəsi başqa cür oyatmağın mümkün olmadığına inanmışdı.

Sözümü nəyə gətirirəm? Buraxın bu giley-güzarı, bəhanə axtarmağı, "obyektiv səbəblərlə" barışmağı, guman olunan çətinliklərə istinad etməklə özünüzü həvəsdən salmağı. Ana dilinizi (dövlətimizin rəsmi dilini) öyrənin, bir-birinizlə, özəlliklə övladlarınızla bu dildə danışın. Yenə, "Rus sektoru"nun məhsulu olduğuma görə, özümü örnək verərək deyirəm - bu, mümkündür, heç də çətin deyil. Tələb olunan tək bir şey - milli təəssübkeşlikdir. Strateji düşünün. "Rus sektoru" da sistem problemidir. Sistemi dəyişmək gərəkdir.


Orta Doğuda nə baş verir 2


  • июн, 2017 в 12:40

Birinci yazı
Orta Doğuda baş verənlər haqqında Erkin Qədirlinin
izahının davamını yerləşdirirəm

[İkinci yazı]

Orta Doğunu anlamaq, oradakı savaşların nədən qaynaqlandığını və niyə tarixboyu davam etdiyini bilmək üçün, başqa nəsnələrlə yanaşı, oranın coğrafiyasını və demoqrafiyasını bilmək gərəkdir. Tarixdə hər şey əlaqəlidir. Yalnız səbəb-nəticə əlaqələrini deyil, bəzən onlardan daha önəmli ola bilən yan təsirləri dəyirəm. Gözlə görünənlərin daha tez və asan anlaşıldığı gumanıyla, burada bir neçə xəritə yerləşdirəcəyəm. Şərhlərimi da yazacağam, təbii ki. Başlayaq bu xəritədən (aşağıda yerləşdirmişəm).

Burada gördüyünüz yaşıl boyalanmış yer, orta məktəbdə öyrədilən tarixdən bildiyiniz Barlı Aypara adlanan yerdir. Bu yer, Erkən Çağlardan bu yana, Orta Doğuda əkinçilik üçün yararlı torpaqların olduğu yeganə bölgədir. Tarixdən bildiyimiz ilk şəhərlər və dövlətlər də burada yaranmışdılar. Bugün bildiyimiz gerçəkliyin gözüylə baxsaq, bu (yaşıl boyalanmış) bölgədə İraq, Suriya, İordaniya, İsrail və Fələstin yerləşiblər. Məsələ aydın olmağa başladımı?

Yuxarıda adı çəkilən dövlətlərdə uzunsürən savaşlar gedir. Bu savaşların dini kökləri olduğu söylənilir. Amma dərindən düşünsək, problem nə dinlərdədir, nə də dövlətlərdə. Din - bəhanədir. Dinin güclü yan təsiri var, orası elədir. Bununla belə, din, özəlliklə İslam, bu bölgədə gedən savaşların səbəbi sayıla bilməz. Bu bölgədə İslamdan öncə də savaşlar olub. Nəinki İslam, hətta Xristianlıqdan, Yəhudilikdən və s. dinlərdən öncə savaşlar olub burada. Niyə? Xəritəyə diqqətlə baxaq.

Burada su və barlı torpaqlar var (bölgənin başqa heç bir yerində bunlar yoxdur). Hansı dövlətlərin, hansı dinlərin hakim olmasından asılı olmayaraq, bu bölgədən həmişə savaş çıxıb. Orta Doğu heç zaman özünü dinc idarə edə, qonşularıyla dinc yola gedə bilməyib. Tarixin erkən çağlarından bu yana bu bölgədə dinc dönəm ancaq imperiyalar çərçivəsində ola bilib. Buradakı savaşların gerçək səbəbi - su və barlı torpaqlar üzərində nəzarəti ələ keçirmək, ya da onların üzərində nəzarətin başqaların əlinə keçməsini əngəlləmək iddiaları olub. Tarixboyu iddiaçılar dəfələrlə dəyişib, amma təməl şərtlər dəyişməyib. 20-ci yüzillikdə bunların üzərinə neft və qaz yataqları də gəlib. Din (bir tək İslamı demirəm) - boş söhbət deyil. Bununla belə, dinin bir bəhanə olduğunu, coşqulu, haradasa hətta hirsli, amma əsasən savadsız kütlələri bir-birilə vuruşdurmaq üçün istifadə olunan bir alət olduğunu bilməliyik.

(ardı olacaq)

Erkin  Gadirli adlı şəxsin şəkli.











































































Orta doğuda baş verənlərə Azər Qasımlı başqa bucaqdan baxıb


[Orta Şərq müsəlman ölkələri arasında ən yaxşı nəticəni bu gün ərəb qonşularının sanksiya və təzyiqlərilə üzləşən Qətərin iki universiteti göstərib. Biri 349-cu, digəri 411-ci yerdə qərarlaşıb. Bu hətta Türkiyə universitetlərindən daha yaxşı nəticədir (siyahıda ilk türk universiteti Bilkənd 421-430-cu yerdədir).]

Ölkələrin real vəziyyətini və inkişaf perspektivlərini görmək üçün Dünya Universitetlərinin Top 100-lüyü (QS World University Rankings® 2018) önəmli göstəricidir. Açıqlanan yeni siyahıda ilk 4-lükdə ABŞ universitetləri gəlir. Birinci sırada məşur MIT-dir (Massachusetts Institute of Technology). ABŞ universitetlərindən sonra Böyük Britaniya təhsil müəssisələri gəlir, 5-8-ci yerlər. Onlardan sonra yenə ABŞ universitetləri gəlir, sonra amerikanları yenə ingilislər əvəz edir. İlk 100-lük əsasən Qərb dünyasına və Qərbin əsas müttəfiq ölkələrinə aid universitetlərdən ibarətdir: ABŞ, Böyük Britaniya, İsveçrə, Sinqapur, Avstraliya, Yaponiya, Kanada, Cənubi Koreya, Fransa, Niderland, Almaniya, Belçika, Danimarka, Argentina, İsveç, Şimali İrlandiya. Bunun yanında Çin, Honq-Konq və Tayvan universitetləri də 100-lükdə yer alıblar. İlk dəfə olaraq artıq Lomonosov adına Moskva Dövlət Universiteti də bu siyahıda 95-ci yerdə qərarlaşıb.

100-lükdə bir dənə də olsun müsəlman ölkəsinin təhsil öcağının adı yoxdur. Müsəlman ölkələri arasında ən yaxşı nəticə Qərblə yaxından əməkdaşlıq edən və onun müttəfiqi sayılan Malayziya Universitetinə aiddir. 114-cü yer!

Orta Şərq müsəlman ölkələri arasında ən yaxşı nəticəni bu gün ərəb qonşularının sanksiya və təzyiqlərilə üzləşən Qətərin iki universiteti göstərib. Biri 349-cu, digəri 411-ci yerdə qərarlaşıb. Bu hətta Türkiyə universitetlərindən daha yaxşı nəticədir (siyahıda ilk türk universiteti Bilkənd 421-430-cu yerdədir).

Gözəl sözlər, dini tezislər, tarixdə ədalətin olmadığını deyə bilərik. Lakin bütün sözlər yuxarıdakı faktların içində itib batacaq. Müsəlman ölkələri Qərbin texnologiyaları vasitəsilə neft hasil edib dünənə qədər Qərbə, ilk növbədə ABŞ-a satırdılar. Dünən Qərbdən aldıqları pulları bu gün yenə Qərbə geri verib Qərbin istehsal etdiyi silahları alırlar. Çünki özləri heç nə yarada bilmirlər. Aldıqları silahları da yaşadıqları bölgədə yaxın qonşularına, elə müsəlman ölkələrinə qarşı istifadə edirlər. ABŞ silah satır, pul qazanır. Düz də edir. O satmasa başqası satacaq! Müsəlman ölkələri baxımdan dəyişən bir şey olmayacaq.

Müsəlmanın düşməni müsəlman özüdür, ABŞ və Qərb deyil. Orta Şərqin və onların yolu ilə gedən toplumların əsas problemi və birinci düşməni - özlərinin və ailələrinin hakimiyyətini əbədi etmək istəyən iqtidarlardı. Bu iqtidarların dünya görüşü "satmaq və almaq" təfəkküründən o tərəfə keçməyib. Bunun ticarətçi olmaqla heç bir əlaqəsi yoxdur. Ticarət tarixən azadlıqlara qapıları açıb və sonucda tərəqqiyə nail olmaq üçün azad mühit yaradıb. Tərəqqiyə isə yalnız xəyal gücü, yaradıcılıq bacarığı və yeniliklərlə gəlib çatmaq olar. Yeri gəlmişkən insanı yaratmaqla yaratmağın nə qədər önəmli və vacib olduğunu elə Tanrı özü bizə göstərir! Bu ölkələrdə isə müftəxorluq bəlası hər şeyə nəzarət etmək dərdini yaradıb. Hər şeyə nəzarət etmək istəyi rəqabəti yox edib və bununla da yaradıcılığı beşiyində boğub.

Azərbaycan iqtidarı da eyni yolla gedir. Həm siyasi, həm iqtisadi rəqabəti yox etməkdədir. Hamı deyir ki, neftimizi-pulumuzu talan ediblər. Təbii ki, Xalqın cibinə giriblər. Lakin mənə görə, onlar bizim xəyallarımızı oğurlayıb, yaradıcılıq hissimizi boğub, yaratmaq imkanlarımızı minimuma endiriblər. Bunlar puldan daha önəmlidir. Azərbaycan cəmiyyəti artıq neçə illərdir ki, enerjisini içində tükətən topluma çevrilib.

Çıxış yolu varmı? Var təbii ki! Sinqapur bizim bir şəhərimiz boydadır, amma 4 universiteti dünya top 100-lüyə daxil ola bilib! Biz də bunu edə bilərik, hətta daha da irəli gedərik. Bizim potensialımız sinqapurlulardan daha çoxdur. Buna nail olmaq üçün indiki mərhələdə sadəcə xəyallarınızdan əl çəkməyin, xəyal gücünücü inkişaf etdirin, bir sözlə SINMAYIN! İnanın, bir gün yaratmaq vaxtı gələcək. Biz də yaradacağıq!


Orta Doğuda nə baş verir

Orta Doğuda baş verənləri Erkin Qədirlinin
izahında burda yerləşdirirəm



[Birinci yazı]
Orta Doğuda baş verənlər, İran'da dünən törədilmiş terror (Allah ölənlərə rəhmət etsin) və s. məni çoxdan ağlımda tutduğum bir yazı silsiləsini gerçəkləşdirməyə sövq etdi. Bu problemə də sistem yanaşmasının gözüylə baxmalıyıq.

Birinci yazı (oxunması yorucu olmasın deyə, yazıları bacardığım qədər kiçik etməyə çalışacağam).

1. Anlayış.

İlk problem anlayışdan başlayır. Anlayışın ölçüləbilənliyi çox problematikdir. "Müsəlman ölkəsi" nə deməkdir? Meyarı, standartı varmı? Bir ölkə əhalisinin əksəriyyətinin müsəlman olması, həmin ölkəni müsəlman saymağımız üçün yetərlidirmi? Bunun Əfqanıstan'ı, Səudiyyə Ərəbistan'ı, İndoneziyas'ı, Türkiyə'si, İran'ı və s., nəhayət Azərbaycan'ı var. Bunları eyni anlayış altında necə birləşdirmək olar? Birilərində şəriət rejimi var, onların Sünnisi/Şiəsi var. Başqa biriləri dünyəvidir, onların da bəziləri sekulyardır, digəriləri laisist. Biriləri xeyli inkişaf edib, başqa biriləri xeyli geridə qalıb. Birilərində İslamaqədərki adət-ənənələr yox olub, başqa birilərində nəinki yox olmayıb, hətta İslamın qavranılmasında və tətbiqində önəmli yer alır, İslamı həmin ölkələrin mədəni kimliyinə bağlayır. Və s., və i. Hələ etnik özəllikləri demirəm.

Bir sözlə, "müsəlman ölkəsi" - Qərbin Oriyentalist təsəvvürlərindən doğmuş stereotipik qavramdır (klişedir), siyasi alətdir. "Müsəlman ölkəsi" ifadəsi Qərbin maraqlarına daha çox xidmət edir, əhalisinin əksəriyyəti müsəlman olan ölkələrin arasındakı çox önəmli fərqləri görməzdən gəlir, belə ölkələrin hamısını, necə deyərlər, bir torbaya yığır. Qərbə belə rahatdır, burası aydındır. Problem özünü bu klişenin altında görən ölkələrin yanaşmasındadır. Belə ölkələrdə var olan qeyri-demokratik rejimlər, ölkələrinin milli maraqlarına uyğun olmayan bu Qərb stereotipini özlərinin hakimiyyət maraqları üçün istifadə edirlər. Örnəyi, seçkilərin saxtalaşdırıldığına, insan haqlarının kobud pozulduğuna görə üzv olduqları beynəlxalq təşkilatlar tərəfindən tənqid olunanda, belə ölkələrin hökumətləri, ölçüləbilən hüquqi meyarları qırağa ataraq, "müsəlman" olduqlarına görə tənqid ünvanına çevrildiklərini iddia edirlər. Bununla onlar (həmin hökumətlər), mahiyyət etibarilə (bir müsəlmanla Allah arasında vasitəçiliyə qarşı olduğuna görə) fərdiyyətçi olan İslam dinini siyasi maraqlara, siyasi təbliğat məqsədlərinə tabe etdirməyə çalışırlar.

2. Hakimiyyət.

İslamda təşkilat yoxdur. Əslində, Xristianlıqda da olmamalıydı. Hər halda İsa Peyğəmbər buna qarşı çıxırdı. Amma, nə isə, iş elə gətirdi ki, Xristianlıqda kilsə yarandı və tarixin uzun dönəmində dövləti özünə tabe etdirə bildi. Sonra dövlət kilsəni siyasi səhnədən sıxışdırdı, kilsəyə dünyəvi işlərə qarışmağı qadağan etdi. Bəzi ölkələrdə kilsə çox nüfuzludur, digərilərində nüfuzu çox azdır. Burası dəyişə bilir. Fakt odur ki, Qərb, konkret olaraq Avropa, sonuncu dəfə 1713-cü ildə (Utrext Anlaşmasında) özünü rəsmən Xristian Dünyası adlandırıb. Ondan sonra "Xristian Dünyası", ya da "xristian ölkəsi" ifadələri Qərbin rəsmi hüquq sənədlərində işlədilməyib. Burası belə, qaıydaq İslama.

İslamda kilsəsayağı, ya da başqa oxşar təşkilat olmadığına görə, hakimiyyətin təsisatlanması problematik olub hər zaman. Öz təşkilatı olmayan İslam (bir təlim/ideologiya olaraq), dövlətə sahiblənməyə çalışıb. Problem ondadır ki, dövlət - lokal təşkilatdır. İslam - qlobal dünyagörüşüdür. Qlobal dünyagörüşünü lokal təşkilatın içinə yerləşdirmək olurmu? Tarix və məntiq deyirlər ki, olmur. Ona görə də İslamın ən parlaq və dinc dönəmləri imperiyalar çərçivəsində ola bilib (Xilafətlər, Osmanlı, Səfəvi, Moğol və s.) İslam milli dövlətlərin sərhədlərinə sığmır. Problem İslamda deyil, onu siyasətə gətirməyə çalışanlardadır. İslamı ki siyasətə gətirdin, başqa "müsəlman ölkələrin" iç işlərinə qarışmağa, onları "düzgün müsəlman" olmadıqlarına görə suçlamağa, "düz yola" gətirməyə çalışacaqsan. Buna imkanın çatsa da edəcəksən, çatmasa da. Çünki bu, ontoloji öhdəlik (ontological commitment) məsələsidir. "Əsl İslam" söhbəti də buradan qaynaqlanır.

(ardı olacaq)



İkinci yazı

Ziyalılıq mətbuat aynasında

Tarixi şəxsləri necə öyrənməli

Tags:


Altay müəllim[BBC üçün yazıb: "1917-cildə Finlandiya Rusiyadan ayrıldı. Yalnız ərazi itkisi ilə canını qurtardı. Nəticədə Moskvanın diktəsindən kənarda qala bildiyi üçün inkişaf edərək rifah səviyyəsinə görə nəinki Rusiyanı qat-qat geridə qoydu və hətta dünyanın ən nümunəvi ölkələrindən birinə çevrildi."]

Bu il Rusiyada Romanovlar sülaləsinin devrilməsinin və həmçinin bolşevik, sovet idarəçiliyinin qurulmasının 100 illiyidir.

Mən indi, Rusiyada monarxiyanın devrilməsinin və sonra 20-ci əsr boyu baş verən hadisələrin imperiyanın idarəçilyi altında olmuş bəzi xalqların taleyinə necə təsir etdiyini yada salmaq istəyirəm.

Çox səthi şəkildə, başlıca nəticəni xatırlatmaqla bəsit bir müqayisə aparacağam.

Beləliklə, 1917-ci ilin sonunda Finlandiya müstəqilliyinin bərpasını elan edərək, Rusiyadan ayrıldığını bildirir. Birinci Dünya Müharibəsinin qurtarmasından dərhal sonra isə Polşa da respublika elanı ilə müstəqilliyini rəsmən bərpa etmiş olur.

Həmçinin eyni dövrdə Baltikyanı və Cənubi Qafqaz xalqları da Rusiyadan qoparaq müstəqil respublikalar yaradırlar.

Təbii ki, 1917-ci ilin oktyabrından sonra hakimiyyətə gəlmiş bolşeviklər bu ərazi itkilərilə razılaşmırdılar.

İmperiyanı "xalqlar həbsxanası" adlandırıb lənətləsələr də, fərqli şüarlarla itirilmiş imperiya ərazilərini qaytarmağa cəhd edirdilər və müstəqillik yolunu tutanlara qarşı hərbi müdaxiləyə əl atırdılar.

Lakin imperiya boyunduruğundan qurtulmaq istəyənlərə qarşı aparılan bu müharibələrin, müdaxilələrin müxfəlif nəticələri olmuşdur.

1920-ci illərin əvvəllərində Finlandiya, Polşa, Baltik respublikaları Rusiya ilə müharibələrdə müstəqilliklərini qoruya bilmiş, Cənubi Qafqaz isə yenidən, bu dəfə bolşevik Rusiyası tərəfindən ələ keçirilmişdi.

Burada haşiyədən çıxaraq qeyd etmək lazımdır ki, xeyli tarixçilərin fikrinə görə Cənubi Qafqaz xalqları suverenliklərini əvvəl de-fakto, sonra de-yure itirsələr də, onların sovetləşməyə qədərki müstəqillyi SSRİ adlanan ittifaqın yaranmasının əsas səbəblərindın biri idi.

Yəni, əgər bu respublikaların müstəqilliyi olmasa idi, SSRİ də yaradılmayacaqdı.

Bolşeviklərin geri qaytarmağa müvəffəq olduğu bütün sabiq imperiya əraziləri Rusiya Federasiyasının tərkibinə qatılacaqdı. Hərçənd faktiki olaraq SSRİ özü də Rusiya dövlətinin sadəcə yeni adı idi.

Polşa, Baltik respublikaları və Finlandiya

Əsas mövzumuzu davam edərək, yada salaq ki, İkinci Dünya Müharibəsi dövründə Rusiya, Baltik respublikalarını da öz birbaşa rəsmi idarəçiliyi altına qaytarmağa nail oldu.

Polşa isə bu müharibədən sonra formal müstəqilliyini itirməsə də, faktiki olaraq tamamilə Rusiyanın nəzarəti altına düşdü, onun diktəsi altında oxşar idarəçilik sistemində yaşamaq məcburriyyətində qaldı.

Amma Finlandiya bu dəfə də yalnız ərazi itkisi ilə canını qurtardı və Rusiya onun nə formal müstəqilliyinə son qoya bildi, nə də faktiki birbaşa təsiri altına salmağı müvəffəq oldu.

Nəticədə Finlandiya Moskvanın diktəsindən kənarda qala bildiyi üçün inkişaf edərək rifah səviyyəsinə görə nəinki Rusiyanı qat-qat geridə qoydu və hətta dünyanın ən nümunəvi ölkələrindən birinə çevrildi.

Polşa və Baltik respublikaları bir də yalnız 40 ildən sonra, SSRİ-nin zəifləyib çöküşü dönəmində, Rusiyanın birbaşa diktəsindən və təsirindən tamamilə üzülüşərək, öz həyatlarını öz arzuladıqları kimi qurmaq şansı qazandılar.

Ən əsası, bu üzülüşmə sadəcə formal xarater daşımadı, onlar xeyli ölçüdə Rusiyanın təsirindən ayrılmağı bacardılar. NATO və Avropa İttifaqına inteqrasiya etdilər.

Nəticədə, doğrudan da o vaxtdan keçən üç onilliyə yaxın dövr ərzində bunlar da normal inkişaf yolu ilə rifah və azadlıqlara görə keçmiş metropoliyanı, yəni Rusiyanı geridə qoyub, daha yaşamalı yerə çevrilməyi bacardılar.

Bu müqayisəni digər misallarla da davam etdirmək mümkündür. Misal üçün, İkinci Dünya Müharibəsindən sonra Rusiyanın sistem təsirinə düşmüş Koreyanın şimalında qorxunc bir rejim qurulsa da, bu təsirdən tamamən kənarda qala bilmiş Cənubi Koreya iqtisadi cəhətdən dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevrildi.

Yaxud, eyni dövrdə Almaniyanın Rusiyanın təsiri altlna düşmüş şərq hissəsi sanki bu ölkənin klassik ənənələrini də unudaraq "Trabant" adında rişxənd obyektinə çevrilmiş bir avtomibil istehsal edirdisə, Qərbi Almaniya tarix üçün çox qısa müddətdə yenidən Avropa və dünyanın iqtisadi cəhətdən ən güclü, ən rifahlı ölkələrindən biri oldu.

Cənubi Qafqaz bu gün

Rusiyanın təsirindən, ambisiyalarından yaxa qurtarmaq asan iş deyil. Təəssüf ki, Cənubi Qafqaz bir sıra mürəkkəb səbəblərin təsiri ilə buna nail olmaqda indi də çətinlik çəkir. Yuxarıda haqqında danışılan ölkələr kimi adekvat inkişaf yolu tuta bilmir.

Amma bu istiqamətdə irəliləyə bilmiş istənilən ölkə dərhal bəhrəsini də görür. Qonşumuz Gürcüstanın bu sahədəki qibtəolunası nailiyyətləri də əyanı misaldır.

Avropa İttifaqına vizasız gediş hüququnun əldə edilməsi, bu nailiyyətlərin ibarəli desək, tanınmasından, göstəricilərindın biridir. Təəssüf ki, bu yol təhlükəli yoldur və Gürcüstana da asan başa gəlmədi.

Elə vaxtilə Finlandiya da boyunduruğu atmaq istədiyi üçün qonşunun təcavüzü ilə üzləşmiş və ağrılı itkiləri olmuşdu. Fəqət yenidən boyunduruq altına düşməmiş, ondan yaxa qurtara bilmiş və beləliklə, tərəqqinin yolunu özü üçün aça bilmişdi.

Nəhayət, sonda əlavə edim ki, idarəçilik üsullarının mahiyyətindən doğan bu cür siyasəti ilə, qeyri-düzgün istiqamətə yönləndirilmiş ambisiyaları ilə Rusiya yalnız qonşularının deyil, elə özünün də adekvat inkişafına mane olur.

Böyüklüyün əhalinin rifahından kənar müstəvilərdə axtarılması, ona normal tərəqqi relslərinə çıxmağa imkan vermir.


Erkin Qədirli [Türkiyə'nin Xarici İşlər Nazirinin 'Türkiyə-Azərbaycan-Rusiya üçlü mekanizma'nın yaradılacağı haqqında dediklərini şərh edir]Türkiyə'nin Xarici İşlər Naziri 'Türkiyə-Azərbaycan-Rusiya üçlü mekanizma'nın yaradılacağını söylədi. Nə demək istədiyi anlaşılmır. Rəsmi şərhləri görmədim, deyəsən, heç olmayıb da. Gözləyək. Amma bu arada, öz düşüncələrimi paylaşmaq istəyirəm.

Daha öncə səhifəmdə yazdığım kimi (ReAl'ın mövqe sənədində də bunu yazmışdıq), tarixin çeşidli dönəmlərində ölkəmizə və bölgəmizə sahib olmuş üç böyük qonşumuzun (Türkiyə, İran və Rusiya) arasında nə qədər çox ziddiyyət olarsa, ölkəmizin xarici siyasət fürsətləri də bir o qədər çox olar. Bu üç dövlətin hamısının, ya üçündən ikisinin hansısa məsələdə anlaşması, həmin məsələdə seçimlərimizi azaldır, hətta yox edə bilir. Ona görə biz, ölkə olaraq, bu üç qonşumuzun öz aralarında münasibətlərini diqqətlə izləməli, onların yaxınlaşmasına şübhəylə (skeptik) yanaşmalıyıq.

'Türkiyə-Azərbaycan-Rusiya üçlü mekanizma' adlanan formatın Türkiyə və Rusiya üçün nəyə gərək ola biləcəyini anlamaq çətin deyil. Azərbaycan bu iki ölkə üçün strateji önəm daşıyır. Onların bir-birilə münasibətləri bizə və bizimlə olan münasibətlərindən asılı ola bilir (zaman-zaman olur da). Azərbaycan bu formatda, obyektiv olaraq, ən zəif tərəf olsa da, yerləşməsinə, mədəni və tarixi kimliyinə görə çox önəmlidir, və Türkiyə-Rusiya münasibətlərində fon gücləndiricisi (rezonator) rolunu oynayır.

Azərbaycan nə Rusiya'nın, nə də Türkiyə'nin xarici siyasətinə birbaşa təsir göstərə bilir. Amma, yuxarıda yazdığım rola görə (rezonator), ikisinin də bizə ehtiyacı var. Ölkəmizin yerləşməsi Türkiyə'ylə Rusiya'nın arasında deyil. Xəritədən də aydın görünür ki, biz, belə demək olarsa, qıraqdayıq. Amma bu qıraqlığın öz önəmi var. Biz qıraqda olsaq da, mədəni və tarixi özəlliyimizə görə, Türkiyə-Rusiya münasibətlərində aralıq rolunu oynayırıq. Mürəkkəb sistemləri və şəbəkələri öyrənən nəzəriyyələrdə buna "qıraq aralığı" (edge betweenness) deyilir (örnəyi, Gervin-Newman alqoritmi).

Odur ki, təkrar edirəm, 'Türkiyə-Azərbaycan-Rusiya üçlü mekanizma' adlanan formatın bu iki qonuşumuzun nəyinə gərək olduğunu anlamaq çətin deyil. Bəs bizim nəyimizə gərəkdir belə format? Rusiya'yla yaxşı münasibətlərdə olmaq üçün bizə Türkiyə lazım deyil. Əksinə, Türkiyə burada bəzi problemlər yarada bilər. Türkiyə'ylə yaxşı münasibətlərdə olmaq üçün Rusiya bizə heç gərək deyil. Əksinə, Rusiya burada daha böyük problemlər yarada bilər. İkisinin də örnəklərini görmüşük. 'Qıraq aralığı'nın bir riskli özəlliyi var - səndən asılı olmadan sənə aid olmayan problemin ortasına düşə bilirsən.

Bundan əlavə, Türkiyə NATO'nun üzvüdür, Rusiya isə NATO'ya qarşıdır və özünə ayrıca hərbi blok yaradıb - ODKB. Azərbaycan bu blokların heç birisində üzv deyil, olmaq perspektivi də yoxdur. Qarabağ münaqişəsində Türkiyə bizimlə, Rusya isə Ermənistan'la yaxınlıq edir. Bu iki dövlətin Orta Doğu'ya baxışlarında da köklü və kəskin ziddiyyətlər var.

Ziddiyyətlərin siyahısını davam edə bilərəm, amma bu yazını uzatmaq istəmirəm. Demək istədiyim odur ki, təklif olunan 'Türkiyə-Azərbaycan-Rusiya üçlü mekanizma'da struktur balansı olmayacaq. Ümumiyyətlə, üçlü formatların belə obyektiv problemi olur - struktur balansın olmaması. Üçlü formatlar - istənilən münasibətlərin ən zəif formasıdır. Kənar təsirlər olmasa, uzun sürə bilmir.

[reposted post] Готовимся к Наврузу: Пахлава

stalic
Сеанс-без-названия4331-2

А если кто пахлаву не любит, то это не со зла, поверьте мне. Охотно верю, что кому-то просто не повезло - не в том месте в первый раз попробовали!
Read more...Collapse )

REAL İH-nin üzvü Erkin Qədirli: [SSRİ-nin bərpa olunacağı təqdirdə nələrin olacağından yazıb]

Jirinovskiy yenə SSRİ-nin bərpa olunacağından danışıb. Ölkəmizin müstəqilliyinin əlindan alınmasını, onun yerinə "Bakı Quberniyasının" yaradılmasını nəzərdə tutan bu iddiaya cavab verməmək də olardı. Mənim üçün bu, boş söhbətdir. Amma bu söhbətdə məna axtaranların, hətta onu necəsə tapanların suallarına aydınlıq gətirmək istəyirəm.

Aramızda hərbi savaş olarsa, Rusiya'nın Azərbyacan'ı işğal edə biləcəyi şübhə doğurmur. Söhbət bundan getmir. Problem Rusiya siyasətçilərinin, Jirinovskiy tək deyil, işğalı legitimləşdirə biləcəklərinə və sonradan işğal etdikləri əraziləri idarə edə biləcəklərinə inamındadır.

"Zəmanə deyişib, beynəlxlaq ictimaiyyət və böyük dövlətlər buna imkan verməz" sayağı cavabları qoyaq bir qırağa (onlar çox da inandırıcı deyil). Mən belə təhlükələrə real baxıram. Qonşuluğumuz rahat deyil və bizə qarşı olanlar var. Məni daha çox öz sadəlöhvlərimiz qayğılandırır. Onların arasında Rusiya'yla birləşməni nəinki mümkün, hətta faydalı sayanlar var.

SSRİ-ni görməyib onu tərifləyənləri demirəm (onların problemi başqadır). Buradakı siyasi problemlərin ucbatından ölkəmizdən gedib Rusiaya'da pul qazananlarla da işim yoxdur. Məni narahat edən SSRİ-də yaşamış, onu xoş xatirələrlə anan və buna görə onun bərpasını arzulayanlardır. Söhbət yalnız pensiya yaşında olanlardan getmir. Həmyaşıdlarım arasında da bu cür yanlışlığa yol verənlər var.

Mən SSRİ-ni görmüşəm, orada təhsil almışam, çörək növbələrində dayanmışam, yağın, qəndin və ətin talonla verildiyini yaxşı xatırlayıram. Bununla belə, etiraf edirəm ki, SSRİ haqqında xatirələrim ümumən müsbətdir. Lakin, mən arqumentlərin xatirələr üzərində qurulmasına qarşıyam. Xatirələr subyektiv və situativdir. Onlar sağlam düşüncəyə mane ola bilir.

Rusiya'nın dərin tarixi kökləri olan sistem problemləri var. O problemlərin bəziləri bizə də SSRİ-dən miras qalıb. Jirinovskiy kimilərinin boş-boş danışmadığını guman etsək, sözlərinin arxasında sistem problemini aydın görə bilərik.

İşğal heç zaman yetərli siyasi amil olmayıb. İşğalın ardınca, ya da onunla bərabər üstün mədəni örnəklər gəlmirsə, işğal olunan əraziləri bir dövlət şəklinə salmaq olmur. Azərbaycan'ı ilk dəfə Çar Rusiyası işğal etmişdi. Buraları çeşidli ayrı-seçkiliklər təyin edən qanunlar və təcrübələr vasitəsilə idarə edirdi. Ədalətsizlik xeyli qədərdi. Bununla belə, Çar Rusiyasının buralara gətirdiyi üstün mədəni örnəkləri də çox olub. Həmin örnəklərin hesabına bizdə maarifçilik, dünyəvi düşüncə, çağdaş ədəbiyyat, qəzet və s. yaranıb ki, bunun da sonu 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti oldu.

Çar Rusiyasının ardınca Sovet Rusiyası gəldi. Yenə işğal olunduq. Sovet Rusiyası, ondan öncəki Rusiya'nın gətirdiyi mədəni örnəklərin və onların daşıyıcısı olanların əksəriyyətini qırdı, kökünü kəsdi. Yerinə yeni cəmiyyət qurdu. Ədalətsizlik şəklini dəyişdi, amma yenə də xeyli qədərdi. Bununla belə, Sovet Rusiyası burada dünyəviliyi dərinləşdirdi, qadınların cəmiyyətdə yerini genişləndirdi və gücləndirdi, sənaye qurdu, yollar çəkdi, pulsuz təhsil və səhiyyə verdi və s. Bir sözlə, Sovet Rusiyasının gördüyü yaxşı işləri danmaq olmaz. Yəni, burada da Rusiya'dan nəyisə öyrəndiyimizi deyə bilərik.

İndi gəlirik əsas məsələyə. İndiki Rusiya'dan nəyi öyrənmək olar? Rusiya'nın hansı mədəni təsiri var ki, onu başqa, Rusiya'nın özündən daha mədəni yerlərdən (örnəyi, Avropadan, Amerikadan) öyrənmək olmur? İşğal etməyə nə var, özünlə nələri gətirəcəksən? Nə qədər ki, Rusiya siyasətçiləri, ən azından özləri üçün, bu suala cavab tapa bilməyiblər, onların SSRİ-nin bərpası haqqında söhbətləri boş olaraq qalacaq.

Xatirələrə, daha doğrusu onların üzərində arqumentlərin qurulmasına qayıtsaq, "SSRİ-də çox şey indikindən yaxşı olub" söhbəti də boşdur. Doğru olmadığına görə yox. Əksinə, bu söhbətdə çox şey doğrudur. Doğrudan da SSRİ-də çox şey indikindən yaxşı olub. Problem bunda deyil. Baxın, Nasist Almaniyasında da yaxşı şeylər olub - yollar, sənaye, təhsil, səhiyyə, elm və s. Yanlış anlamayın, Nasizmlə Kommunizmi bir eləmirəm. Xatirələr üzərində arqumentlərin qurulmasının yanlış olduğunu göstərməyə çalışıram. Necə olur ki, Nasist Almaniyasının ləğvindən (faktiki olaraq, məhvindən) sonra oradakı yaxşılıqlar nəinki itmir, əksinə, daha da inkişaf etdirilir, amma SSRİ-nin dağılmasından sonra, onunla birlikdə ona aid bütün yaxşılıqlar yox olur? Söhbət bir tək bizdəki təhsilin, səhiyyənin, sənayenin və s. geriləməsindən getsəydi, bunu yazmazdım. Amma Rusiya'nın özündə də bu sahələr dərin tənəzzüldədir. Deməli, nə? Sistem problemidir. Nə qədər ki, biz sovetdən qalmış sistemdən qurtulmamışıq, Rusiya'dakı problemlər bizim üçün də təhlükə yaradacaq. Jirinovski'nin danışdıqları boş ola bilər, amma Rusiya'nın sistem problemləri bizim müstəqilliyimizə real təhlükədir. Buradakı sistemi dəyişməyimiz gərəkdir.



Adam haqqına deyir:
Əslində, söhbət Türkiyə prezidentindən getməsəydi, Qərbin şəxsən Ərdoğanı “diktator”  adlandırması məni də narahat etməzdi. Məni narahat edən Ərdoğanın deyil, türk xalqının seçdiyi Türkiyə prezidentinin “diktator” hesab edilməsidir. Bu amil Türkiyəni müasir, qabaqcıl dövlətlər sırasından kənarlaşdırır, türklərin bir  millət kimi yetkinlik səviyyəsinin demokratiya üçün kafi olmaması görüntüsünü yaradır.
Məndə bəzən elə təəssürat yaranır ki, Ərdoğan elitası bütün dünyaya türk xalqının hələ də cəhalət dövrünün düşüncə tərzindən xilas olmadığını sübut etməyə çalışır. Dövlət çevrilişinə cəhdin qarşısı alındıqdan sonra Ankara meri Məlik Göyçər və ədliyyə naziri Bəkir Bozdağ tam ciddiliyyi ilə bildirdilər ki, ABŞ-da  yaşayan Fətullah Gülən cadu-piti vasitəsilə adamları öz nəzarəti altında saxlayır, onları dövlət çevrilişində iştirak etməyə nəcbur edir. Vallah, yadıma dahi Mirzə Fətəlinin 1850-ci ildə, yəni düz 166 il bundan əvvəl yazdığı “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur”
komediyası düşdü. Cahil qadın qızının nişanlısı Şahbaz bəyin Parisə səyahətinin qarşısını almaq üşün cadugər Dərviş Məstəli Şahdan  xahiş edir ki,  Fransanın paytaxtını dağıtsın. Düşünürəm ki, oxucuların da həmin əsərdən balaca bir parçanı yada salması heç də fəna olmaz:
Bu məqalənin  sonuna çatanda birdən fikirləşdim: nə yaxşı ki, nə Axundov, nə Sabir, nə də Məmmədquluzadə müasirlərimizdirlər. Vallah, onları öz əcəlləri ilə ölməyə qoymazdıq…


REAL üzvü [Mahmud Mahmudov]Bunu yazmağı artıq özümə borc bildim. Əvvəlcədən deyim ki, mən də inanclıyam, möminəm.

“Kim hansı qövmə bənzəyirsə o, onlardandır”. Belə bir hədisin olmasına şübhəm çox azdır əslində. Bir neçə islam alimindən eşitmişəm. Amma diqqət çəkmək istədiyim bu deyil. Bu başqa mövzudur.

Bu kampaniyanı başladanların, xristian qərbi təhlükə görüb müsəlman şərqə yönəlmək istəyənlərin ya qəsdən, ya da bilməyərəkdən unutduqları bir məqam var. Qərb artıq “xristian qərb” deyil. Özü də təzəliklə deyil, 4-5 əsrdir bu yola başlayıblar. Kilsəni dövlət idarəçiliyindən çoxdan çıxarıblar. (Burada bir haşiyə çıxım: Kilsə xristianlıq deyil. Və eyniylə, nə QMİ, nə məscid axund və imamları, nə Diyanət işləri, nə də digərləri peyğəmbərin gətirdiyi islam deyil. Siyasiləşiblər. Maaşlarını hökumətdən alırlar.) Qərbin inkişafı kilsəni dövlət idarəçiliyindən uzaqlaşdırmaqla başladı. Kilsəni ha, dinsizləşmədilər. Yenə dinini yaşamaq istəyən sərbəst şəkildə yaşayır. İnsan haqlarını boğan, biznes obyektinə çevrilmiş və bunun üçün də allah adından istifadə edən kilsəni dövlət idarəçiliyindən uzaqlaşdırdılar.

Bəs bizdə və Türkiyədə nə baş verir? Fəxrlə “şərqdə ilk demokratik cümhuriyyət qurmuşuq” deyən cəmiyyətdə nə baş verir? 19-cu əsrdə Mirzə Cəlilin, Sabirin, Axundovun apardıqları mübarizə kimə və nəyə qarşı idi? Dinə qarşı idimi?

Xeyr! Dinə, islama qarşı deyildi. Dindən pul qazanan, biznesmen din xadimlərinə, cəhalətə qarşı idilər. İndi biz və Türkiyə cəmiyyəti bu cəhalətə sürüklənirik. Heç bir din xadiminin, məscid imamının aerodinamikanı, astrofizikanı, biokimyanı təbliğ etdiyini görmədim. “Elm öyrənmək lazımdır” deyirlər. Amma ardından “elm” kəliməsini “dini elm” kimi izah edirlər. Yəni, sadəcə din öyrənin, quran oxuyun. Başqa heç nə. Bir də mənim ağzıma baxın. Nə desəm odur. Siz kimsiniz? Özünüzü peyğəmbərmi hesab edirsiniz?

ReAl – Respublikaçı Alternativin təbliğ etdiyi dünyəvi dövlətdir. Dünyəvilik allahsızlıq, dinsizlik demək deyil. Dinin dövlət idarəçiliyindən ayrı olmasıdır. İstəyənin dinini azad şəkildə yaşaması deməkdir.

Yeni il bayramı ən sadə anlayışla kalendar ilinin dəyişməsinin qeyd edilməsidir. Lap xristianlıqla əlaqələndirilsə belə Hz. İsa bizim də peyğəmbərimizdir və onun mövlududur.

Gəlin cəhalətə batmayaq. Cahilləşməyək, danabaşlaşmayaq. Elm öyrənək. Həm dünyəvi elm, həm də islamı öyrənək.

Mirzə Cəlildən, Sabirdən və digər rəhmətliklərdən ayıbdır.

yazıb: Read more...Collapse )
Erkin Qədirli: Yaşasın Türkiyə!Collapse )

REAL İH-nin üzvü Rövşən Ağayev[Büdcə qanunvericiliyi üçün real təklif verib]

Bildiyimiz kimi, Azərbaycanın Milli Məclisi hazırda “Büdcə sistemi haqqında” qanuna dəyişikliyi müzakirə edir. Müzakirə olunan dəyişikliklər iki istiqamətdədir:

Birinci, büdcə şəffaflığının artırılması ilə bağlıdır. Burada yeni müddəalar dövlət büdcəsinin icrası barədə hesabata daxil edilən informasiyaların əhatə dairəsinin genişləndirilməsidir. Qanun layihəsi təsdiq edildikdən sonra, dövlət borcları, il ərzində götürülən borclar, buraxılmış dövlət qiymətli kağızları, və verilən dövlət zəmanətləri barədə məlumatları büdcə hesabatı vasitəsilə öyrənmək mümkün olacaq. Eyni zamanda, dövlət büdcəsinin Ehtiyat Fondu, Prezidentin Ehtiyat Fondu və məqsədli büdcə fondları çərçivəsində xərclənən vəsaitlər, büdcə icrasına dair hesabatda əks etdiriləcək. Yerli gəlirlərin tədiyyə növləri üzrə icrası haqqında məlumatlar da həmçinin.

İkinci, Hesablama Palatası üçün büdcə üzərində nəzarət imkanlarının genişlənməsidir. Təklif edilən yeni hüquqi mexanizmlər qüvvəyə mindikdən sonra növbəti büdcə ili üzrə dövlət büdcəsinin və icmal büdcənin layihəsi cari ilin sentyabr ayının 15-ə kimi Nazirlər Kabineti ilə yanaşı Hesablama Palatasına da təqdim olunacaq.

Bundan əlavə, gəlirlərin icracı ilə bağlı aylıq, rüblük və illik hesabatlar, büdcə təşkilatları və dövlət büdcəsindən maliyyə yardımları alan təşkilatların büdcə vəsaitlərindən istifadəyə dair hesabatları Hesablama Palatasına təqdim ediləcək. Bura dövlət büdcəsinin icrası prosesində büdcə gəlirlərinin və xərclərin funksional, iqtisadi, inzibati təsnifatı üzrə xərclərinin bölgüsündə dəyişikllər barədə məlumatlar da daxil ediləcək.

Büdcə şəffaflığın artırılması, həmçinin büdcə üzərində xarici auditin səlahiyyətlərinin genişləndirilməsi istənilən halda təqdir edilməlidir. Xüsusilə böyük resurs gəlirlərinin kəskin azaldığı, resursların məhdudluğu şəraitində. Belə məqamda büdcənin hər manatının səmərəli istifadəsi baxımından şəffaflıq və hesabatlılıq təşəbbüslərinin genişlənməsi son dərəcə mühümdür. Lakin indi təklif edilən dəyişikliklər büdcə sisteminin idartə edilməsində köklü dəyişikliklərə çətin ki, təkan versin. Büdcə prosessinin təşkili və tənzimlənməsi ilk növbədə büdcə xərcləmələrinin səmərəliliyinin təmin olunması ilə bağlı dayanıqlı mexanizmlərin yaradılmasını tələb edir. Hazırkı büdcə tərtibatı format və büdcə sənədlərinin hazırlanması baxımından xərcləmələrin səmərəliliyini qiymətləndirməyə imkan vermir.

İctimai vəsaitlərin xərclənməsi ilə bağlı “səmərəlilik” anlayışı vəsaitlərdən maksimum nəticənin əldə edilməsini ehtiva edir. Həmin nəticələrə görə dəqiq məsuliyyətin və öhdəliyin müəyyən edilməsi mümkün olur. Proqnozlaşdırılan xərclərə münasibətdə səmərəliliyi qiymətləndirmək üçün bir neçə mühüm mexanizm olmalıdır. Belə mexanizmlər kimi aşağıda qeyd edilən normalar hazırlana bilər:

- Hökumət və müxtəlif qurumlar üçün ortamüddətli strateji planları və ortamüddətli xərc çərçivələri;

- Büdcə xərclərinin yönəldiyi hər bir funksional istiqamət üzrə hökumətin dəqiq müəyyən edilmiş və əsaslandırılmış prioritetləri;

- Bütün sektorlar üzrə tam detallaşdırılmış siyasət (tədbirlər) istiqamətləri, hər bir istiqamət üzrə məqsədlər, buna çatmağı ölçə biləcək indikatorlar, indikatorların baza dövrü və büdcə sənədinin qüvvədə olacağı qarşıdakı illər üzrə hədəflənən kəmiyyət göstəriciləri;

- Büdcənin əhatə etdiyi orta müddətli dövr üzrə gözlənilən əsas islahat və dəyişikliklər daxildir.

Əgər bu mexanizmlər hüquqi norma kimi tətbiq edilmirsə və büdcə tərtibatı bu sənədlər əsasında aparılmırsa, büdcə xərclərinin səmərəliliyinin təmin olunması imkansızdır.

Büdcə şəffaflğının artırılması üçün isə qanunvericiliyə təklif olunan dəyişikliklərlə yanaşı daha təsirli mexanizmlər mövcuddur. Əvvəla, vətəndaş cəmiyyətinin və maraqlı tərəflərin iştirakçılığının təmin edilməsi mexanizmlərinin olmadığı şəraitdə şəffaflığın təmin edilməsi ilə bağlı təsirli mexanizmlərin özü belə effektiv çalışmaya bilər. İştirakçılıq üçün hökumət və parlamentin vətəndaş cəmiyyəti ilə büdcə mövzusunda arasıkəsilməz dialoquna, birgə büdcə dinləmlərinin keçirilməsinə, müstəqil ekspert cəmiyyətinin hazırladığı büdcə rəylərinin büdcə layihələrində nəzərə alınmasına, müxtəlif maraq qruplarının büdcə ehtiyaclarının öyrənilməsi üçün Maliyyə Nazirliyinin və müxtəlif sahə nazirliklərinin ekspertlərinin həmin qrupların təmsilçiləri ilə birgə müzakirlərinə, məsləhətləşmələrinə ehtiyac var. Hazırda Azərbaycanda bu qəbildən olan mexanizmlər ümumiyyətlə mövcud deyil.

Digər tərəfdən, büdcə xərcləmələrinə münasibətdə şəffaflıq bütün xərclərin həcmi, strukturu, son təyinatı və istiqamətləri ilə bağlı informasiyalarının ictimaiyyət üçün açıqlığını, təqdim edilən göstəricilərin tam analaşılan olmasını ehtiva edir. Şəffaflıq mexanizmləri kimi bir sıra mühüm addımların atılması mühümdür. Belə mexanizmlər kimi aşağıdakı addımlar atılması vacibdir:

- Rayon və şəhərlər üzrə yerli xərclərin funksional, təşkilati və iqtisadi təsnifatının büdcə zərfinə daxil edilməsi. Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inizbati əraziləri üzrə yerli vergi öhdəliklərinin səviyyəsini və yığımların icra vəziyyətini, yerli büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;

- Rayon və şəhərlərinə yönələn mərkəzləşdirilmiş xərclərin funksional istiqamətləri göstərilməklə ayrıca götürülmüş hər bir rayon və şəhər üzrə detallı açıqlanması. Bu məlumat ictimaiyyət tərəfindən ölkənin bütün inizbati mərkəzləşdirilmiş büdcə xərclərinin strukturunu və prioritetlərini dəqiq izləməyə imkan verəcək;

- Xarici kreditlər hesabına həyata keçiriləcək hər bir layihə üzrə bağlı məlumatların büdcə zərfinə daxil edilməsi. Bəzi layihələr tamamilə kredit vəsaitləri, bir qism layihələr isə büdcə vəsaitləri və kredit resurslarının ortaq dəstəyi ilə həyata keçirilir. Layihələrin siyahısı açıqlanmalı, hər bir layihə üzrə kredit resurslarının və büdcə vəsaitlərinin məbləği ayrıca göstərilməlidir.

- Hesabat ili ilə müqayisədə növbəti maliyyə ili üzrə xərclərin funksional və iqtisadi təsnifatında baş verən kəskin dəyişikliklərin səbəbləri ilə bağlı, büdcə zərfinə əsaslandırılmış və aydınlaşdırıcı izahatlarən təqdim edilməsi. Bəzən xərclərin strukturunda və məbləğində kəskin dəyişikliklər baş verir, amma büdcənin ictimai ekspertizası ilə məşğul olan vətəndaş cəmiyyəti, büdcəni müzakirə və təsdiq etməli olan Parlamentin üzvləri belə dəyişiklilərə dəqiq cavablar tapa bilmirlər;

- İnvestisiya xərclərinin planlanan layihələr üzrə açıqlanması. Bu layihələrlə bağlı büdcə zərfinə detallı məlumatlar daxil edilmir, halbuki şəffaflıq baxımından çox önəmlidir.

- Büdcə icrasına dair hesabat Parlamentə büdcə xərclərinin funksional, təşkilati, iqtisadi təsnifatına uyğun təqdim edilməlidir. Hazırda isə büdcə icrasına dair hesabatda xərclər yalnız funksional təsnifat üzrə açıqlanır.

Qeyd olunanlarla yanaşı büdcə informasiyalarının əlçatanlığını təmin etmək üçün hökumətin elektron formada bütün millət vəkillərinə təqdim etdiyi büdcə zərfi ilə ictimaiyyətin online tanış olmasına imkan yaradılmalıdır. Büdcə informasiyalarının açıqlığını təmin etmək üçün büdcə zərfilə bağlı bütün məlumatlar Maliyyə Nazirliyinin saytı vasitəsilə yayıla bilər.


Bu yazı da maraqlıdır:

Dəngəsi pozulan balans http://rovsanaghayev.blogspot.com/2016/12/9-ayn-odm-balans-yen-mnfi-saldo.html


REAL İH-nin üzvü Altay Göyüşovun təhlili:

["Ətrafdakılar düşmən, özümüzsə peyğəmbər balası"]

Altay Göyüşov

Tarixçi alim, Bakı
Britaniya qoşunları Bakıda


Image caption"Biri deyir, ingilislər 1918-də işğalçı qüvvə idi, o biri deyir yox, cümhuriyyətin möhkəmlənməsinə, parlamentin fəaliyyətinə şərait yaradıb", müəllif yazır.

Bizdə indi tez-tez tarixi hadisələr, tarixi şəxsiyyətlər ətrafında mübahisələr düşür. Bu mübahisələrin demək olar ki, hamısı siyasidir.

Müxtəlif dini, etnik, milli kimliklərin, siyasi, ideoloji baxışların mübahisəsidir. Yəni, bu adamlar keçmişdə baş verən hadisələri özlərinin bugünkü prioritet kimlikləri, dəyərləri və üstəgəl gələcəyə baxışları əsasında qururlar.

Tarixin interpretasiyası, izahı sadəcə öz baxışlarını təbliğ və qəbul etdirmək üçün vasitədir. Fərqi yoxdur bunu bilavasitə siyasi adamlar edir, yoxsa müvafiq elmi adları olanlar.

Biri üçün sünni kimliyi prioritetdir, buna əsasən Şah İsmayıla mənfi qiymət verir. Digəri üçün isə şiə kimliyi vacibdir, ona görə Şah İsmayıla pozitiv baxır.

Biri gələcəyə pantürkist kontekstdən yanaşır, onun üçün Şah İsmayıl birmənalı fiqur deyil. Başqası etnik kimliyini türk saysa da, gələcəyə Azərbaycan milli kimliyi prioritetindən baxır, ona görə mütləq şəkildə Şah İsmayılı türk-azərbaycanlı kimi interpretasiya etməyə çalışır və sairə.

Yaxud biri deyir, Rusiya imperiyası bizi işğal edib, digəri israr edir yox, bizə inkişaf gətirib. Biri deyir, Osmanlı bizi 1918-ci ildə işğal edib, o biri qəti etiraz edir ki, xilas edib.

Biri deyir, ingilislər 1918-də işğalçı qüvvə idi, o biri deyir yox, Cümhuriyyətin möhkəmlənməsinə, parlamentin fəaliyyətinə şərait yaradıb.

Mübahisələr

Məsələ kiminsə özünü düzgün, digərini səhv sayması deyil. Bu normaldır. Məsələ elmiliyin tamamən siyasi görüşlərə və kimliklərə qurban verilməsi səbəbilə qarşı tərəfə dözümsüz, irrasional münasibət bəsləyib, əks mövqeyin düşmənçilik kimi qəbul edilməsidir.

Halbuki elmi, rasional yanaşma, belə banal həqiqətləri məlum edə bilər ki, Rusiya buraları həm işğal edib, amma həm də inkişafa təkan verib; Osmanlı əsgəri bura öz maraqları üçün gəlmişdi, amma həm də biz azərbaycanlıları xilas da edib; Britaniya mandatı işğal demək idi, amma həm də cümhuriyyətə əvəzolunmaz dəstək verib.

Əslində tarixi hadisələrin müxtəlif interpretasiyalarının olması təkcə bizim cəmiyyətə xas olan məsələ deyil. Milli tarixin interpretasiyası ətrafında açıq mübahisələr aşağı-yuxarı bütün totalitar olmayan cəmiyyətlərdə var.

Çünki elmi metodologiyalar mövcud ictimai-fəlsəfi baxışlar kimi fərqlidir. Tarixi hadisələrin izahı isbat olunmuş teorem deyil.

Onun öyrənilməsi həm yeni faktların üzə çıxarılması, həm bəşəriyyətin ictimai inkişafı, həm də istedadlı alimlərin tədiqatları ilə yeni interpretasiyaların, yeni yanaşmaların təzahür etməsi nəticəsində davam edir.

Lakin tarix ətrafında mübahisələrin mövzu seçimi, tonu, xarakteri cəmiyyətin özünün inkişaf səviyyəsi ilə sıx surətdə bağlıdır.

İnkişaf etmiş ölkələrin akademik dairələrində, aparıcı mətbuat səhifələrində bu mübahisələr bizdəki kimi populist-siyasi xitablar olmur, məhz elmi-siyasi xarakter daşıyır.

Belə cəmiyyətlərdə ola bilər ki, hansısa müəllim tarixin solçu, sinfi mübarizə əsasında interpretasiyasına üstünlük verə bilər. Kimsə tarixi sivilizasiyalar münasibəti, mədəni fərqlər kimi tədris edə bilər. Kimsə orta təbəqənin, bir başqası istismar olunan siniflərin, digəri isə millətlərin, mədəniyyətlərin tarixdə roluna daha çox yer ayıra bilər və sairə.

Amma bu mülahizələrin mütləq elmi-metodoloji əsaslandırması olur və akademik azadlıq bütün bu oturuşmuş elmi nəzəriyyələrə tədris olunmaq imkanı verir. Yəni, həm Bernard Lewis-ə yer var, həm Edward Said-ə.

Universal dəyərlər

Bununla yanaşı, hələ 1950-ci illərdən etibarən inkişaf etmiş cəmiyyətlərdə tarixin tədrisi ilə bağlı aparıcı proses universal dəyərlər üzərində qurulmuş mövzuların tədricən milli tarixin tədrisi ilə paralel aparılması və fərqli olanları incitməyən (political correctness) tarixin öyrədilməsidir.

Bizdə isə universal dəyərlər üzərində qurulmuş tarixin milli tarixlə paralel, kombinasiya edilmiş şəkildə tədrisi hələ çox uzaqda olan perspektivdir.

Biz bu dəyərlərin xeylisini hələ süngü ilə qarşılayırıq. Ölkədə milli quruculuğun 19-cu əsr romantizm dövrü prinsipləri ilə həyata keçirildiyi bir məqamda bu anlaşılandır.

Hərçənd tarixi abidələrə qarşı yumşaq desək, qayğısız yanaşma, bir sıra hallarda onların dağıdılması yetkililərin milli tarixə səmimi bağlılığına ciddi şübhələr yaradır.

Amma məsələnin mahiyyəti odur ki, inkişaf etmiş ölkələrdə milli tarixin özünə də münasibət dəyişmişdir. Bu cəmiyyətlər artıq milli tarixin neqativlərini ört-basdır etmirlər.

İnkişaf etmiş ölkələrdə öz keçmişinə qucaqlayıcı (empathy) yanaşma akademik və rəsmi dairələrdə oturuşmuş prinsipdir.

Hətta məşhur tarixçi Niall Ferguson-un "Qərbin tarixdə yüksəlişi həm mənfi, həm müsbət çalarlarla zəngindir" kimi sözləri belə kəskin tənqidlərlə rastlaşır, imperializmə bəraət qazandırmaq cəhdi kimi təqdim edilir.

Yəni, tutaq ki, Britaniya, ABŞ tarixində utanmalı məqamların olduğu nəinki etiraf edilir, quldarlıq, yaxud imperiyanın sümürgəc siyasəti əksəriyyət tərəfindən milli tarixin neqativ, mənfi hissəsi kimi tədris olunur və buna xüsusi diqqət verilir.

Başqa sözlə, milli tarixin özünə baxışı belə universal dəyərlər nöqteyi-nəzərindən formalaşır.

"Milliyyətçi tarix"

Tarix tənqidi düşüncə üzərində qurulanda elm olur. Misal üçün, şəxsiyyətə mütləq pərəstişi qəbul edə bilmir.

Tarixi şəxsiyyətlərin, dövrlərin, hadisələrin neqativləri, poztivləri haqqında susmur, gizlətmir. Əyrini əyri, düzü düz deyir.

Amerikada hətta Washington-a, yaxud Jefferson-a pozitiv münasibət bəsləyən tarixçi də onların quldar olduqlarını inkar etmir.

Bizdə isə yuxarıda haqqında danışılan tarixə siyasi-populist yanaşma, elmilikdən imtina məhz rəsmi mövqedən qaynaqlanır. Bu bizdə sanki tədqiqatın və tədrisin metodologiyasına çevrilib.

Bizdəki rəsmi tarix yumşaq desək, sadəcə milli yox, sərt milliyyətçi tarixdir. Hökumətimiz tarixə aid özünün konkret şəxsiyyətə pərəstişlə kobud sürətdə qarışdırılmış sərt millətçi rəsmi konstruksiyasını qurur, bunu hamıya qəbul etdirmək niyyəti güdür, digər interpretasiyaları yaxına buraxmır.

Hətta bəzən universal dəyərlərə aid mövzular belə millətçi yanaşmanın xidmətinə gətirilir. Eyni rəsmi tarix tədris olunmalıdır, fərqli, elmi yanaşma faktiki yasaqdır. Bu həm BDU-da belədir, həm də ADA-da.

İnkişaf etmiş ölkələrdə tolerantlığn aşılanması tarixin tədrisində vacib prinsip hesab edilərkən, bizim rəsmi tariximizdəki diskursa əsasən ətrafdakıların hamısı pis niyyətli düşmən, özümüz hesab etdiyimiz isə peyğəmbər balasıdır. Biz hər şeyi düz etmişik, onlar hər şeyi səhv.

Tarixçilər elmlə məğul olmur, özlərinin ifadə etdiyi kimi "prezidentin əsgəri"dirlər, yəni funksionerdirlər. Hətta tədqiqat üçün sərbəst mövzu seçimi belə məhduddur.

Belə tarixin qucaqlayıcı olmaması bir yana, həm də professional etikası yoxdur, məqsədli saxtakar, manipulyativdir. Absurd hədlərə də çatır.

Şah Abbasın oğlanlarına münasibəti haqqında hətta interpretasiyasız, sadəcə faktları dilə gətirmək tarixi keçmişə hücum, şahı gözdən salmaq, mütləq pis niyyət, təhlükə kimi qəbul olunur.

Yəni, dözümsüzlük saxtakarlığa, həqiqətlərin gizlədilməsinə belə yol açır. Üstəgəl, nə qədər fantastik görünsə də, hökumət həyatda mövcud reallıqları belə bəzən qurmaq istədikləri tarix hekayəsinə uyğun olaraq dəyişdirməyə çalışır.

Nəticədə bu "sözdə tarix" həm daxilə, həm xaricə münasibətdə dözümsüzlük, etibarsızlıq yaradır. Reallıq budur, multikulturalizm haqqında səs-küyə baxmayın.

Bu ölkənin yüksək təhsil məmuru da, müəllimləri də sosial şəbəkədə açıq-tekstli ksenofobik paylaşmalar edə bilir.

Təəssüf ki, milli tarixi daxildə diskriminativ konsolidasiya və xaricə qarşı konfrontasiya vasitəsi kimi qurmaq yaşadığımız bölgədə tək bizə deyil, əksər qonşulara aid xüsusiyyətdir.

Məşhur tarixçi Eric Hobsbawm-un dediyi kimi bu pis tarix olmaqla yanaşı, həm də təhlükəli tarixdir. Belə tarix kiməsə, nəyəsə ölüm cəzasının kəsilməsi kimi bir şeydir.

Yaxşı milli tarix isə saxtakarlıqdan uzaq olmaqla yanaşı, nisbilik və məhz universal dəyərlər əsasında mənəvi qiymətin verilməsi üzərində qurulan tarixdir, barışa aparandır.


Natiq Cəfərli deyir:[Qazın-işığın qiymətlərinin artırılması haqqında qısa şərh: Əcəb eləyiblər, bizə bu da azdır.]

Tarif Şurasının qərarını, deyəsən, Artur müəllimlə Elman müəllim bir yerdə yazıblar, dili qəlizdir, anlaşılan deyil, hətta insanları çaşdıran açıqlamadır.

Qəradan sitat: Ölkəmizdə satılan təbii qazın müəyyən hissəsinin hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq əməliyyat şirkətlərindən ABŞ dolları ilə alınması və təbii qazın maya dəyərinin ölkədaxili tənzimlənən qiymətlərindən yüksək olması zərərin yaranmasına səbəb olur.

Cavabım: ABƏŞ (Bp) uzun illərdir ki, səmt qazını hökumətə PULSUZ verir, ildə təqribən, 2,5-3 mlrd. m3 havayı qaz alırlar. Bəs niyə bu qazı əhaliyə pulsuz vermirlər?! Əhalinin istehlakı, bu həcmdən bir az çoxdur, bu məntiqlə biz qazı pulsuz almalıyıq.

Qərardan sitat: Diferensial qiymət tədbiq ediləcək, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehlak həcminin 1500 kubmetrdən çox olan hissəsi üçün isə 20 qəpik müəyyənləşdirilmişdir.

Cavabım: Dolamısız camaatı? Smart kart sistemi deyil bizdə? Biz karta pul qoyub sayğaca yükləyirik, sayğaca yüklənmiş pul bitəndə qaz kəsilir. İndi hökumət nə biləcək ki, mən ilə nə qədər qaz istehlak edəcəm? Sayğac hansı qiymətdən il ərzində yüklədiyim pulu siləcək? Bunun mexanizmi necə olacaq?!

Qərardan sitat: Əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcminin 250 kilovat-saatdan çox olan hissəsi üçün isə 11 qəpik müəyyənləşdirilmişdir.

Cavabım: Deyirlər ki, 70% əhali 250 k/s-ta qədər istifadə edir, tutalım elədir, bəs 30% adam deyil? Bu 2,5 mln əhali, 500 minə yaxın abonent deməkdir. Bunlar necə ödəniş edəcək?

Kommersiya qurumları üçün qiymət artımı bütün istehlak mallarının və xidmətlərinin bahalaşmasına səbəb olacaq, manatın ölməsinə görə artan qiymətlərin üzərinə hələ 15-20%-ə yaxın əlavə "enerji xərci" gələcək. Bax belə, zay idarəçilik sisteminin fəsadları hələ çox olacaq...


Natiq Cəfərli: Çox saylı müraciətləri nəzərə alaraq:

Asan hesablama üsulu.

1) Əgər siz ayda qaz üçün ortalama 12,5 manatdan artıq pul ödəyirsinizsə, deməli yanvarın 1-dən sonra, bu məbləğl keçən qaz sərfinin ikiqatını ödəyəcəksiniz.

2) Əgər siz ayda 17,5 manatdan çox işıq pulu verirsinizsə, deməli yanvarın 1-dən sonra bu məbləğdən artıq sərfiyata 55% daha çox ödəniş edəcəksiniz.

Sadə hesablama qaydası belədir. Hə, onu deyim ki, hər sahədə 90-lara dönürük, indidə yenidən "şotçiki" geri fırlatma dövrü başlayacaq. Xalqmız kreativdir, çarəsini tapacaq....


REAL İH-nin üzvü Natiq Cəfərli müsahibəsində deyiib:[Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hər hansı valyutanın dollara və ya avroya qarşı yüksək rəqəmlərlə, yaxud kiçik rəqəmlərlə ölçülməsi onun güclü və ya zəif olmasına dəlalət eləmir]

Dünən verdiyim müsahibə, düşündüm ki, bir çoxlarınıza maraqlı ola bilər:

Natiq Cəfərli: “Valyutaların avroya və ya dollara qarşı nisbəti hər hansı ölkənin iqtisadiyyatının güclü və ya zəif olmasının göstəricisi deyil”

Azərbaycan manatının dollar və avro qarşısında gündən-günə zəifləməsi əhalini narahat edir. Bu prosesin ölkənin iqtisadi gücünü zəiflədəcəyi ilə bağlı düşüncələr gündəmin əsas müzakirə mövzusudur. Bir çox ekspertlər manatın hələ bundan sonra da zəifləməkdə davam edəcəyini proqnozlaşdırır. Artıq hər kəs 1 dolların və ya 1 avronun 2 manata bərabər olacağını düşünür. Azərbaycanla yanaşı, qardaş Türkiyənin milli valyutası da avro və dollar qarşısında dəyər itirir. Hazırda 1 dollar 3,35 türk lirəsinə, 1 avro isə 3,6 türk lirəsinə bərabərdir.

Bəs, dollar və avro qarşısında bundan daha zəif olan milli valyutalar hansılardır? Bu, həmin ölkələrin iqtisadiyyatlarına necə təsir edir?

Avropada yerləşən, lakin avrozonaya tam daxil olmayan ölkələrin milli valyutasına diqqət yetirdikdə məlum oldu ki, avroya qarşı manatdan daha ucuz olan valyutalar da az deyil. Məsələn, hazırda 1 avro 27 Çexiya kronuna, 308 macar forintinə, 9,8 İsveç kronuna, 4,4 Polşa zlotisinə bərabərdir.

Eyni valyutaların dollara olan məzənnələrinə nəzər salaq: 1 dollar 25 Çexiya kronuna, 289 macar forintinə, 9 İsveç kronuna, 4,1 Polşa zlotisinə bərabərdir.

Əgər milli valyutaların dollara qarşı məzənnəsini həmin ölkə iqtisadiyyatının inkişaf göstəricisi kimi qəbul etsək, o zaman bu ölkələrin iqtisadiyyatını olduqca zəif qiymətləndirməliyik ki, reallıqda bunun tam əksi müşahidə olunur.

Bu mənada manatın bundan sonra da dəyərdən düşməsi Azərbaycan iqtisadiyyatına necə təsir edə bilər? Devalvasiyanın ölkəmizdə daha ağır problemlərlə müşayiət olunmasının səbəbi nədir?

Musavat.com-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, hər hansı valyutanın dollara və ya avroya qarşı yüksək rəqəmlərlə, yaxud kiçik rəqəmlərlə ölçülməsi onun güclü və ya zəif olmasına dəlalət eləmir: “Dünyanın ən güclü iqtisadiyyata malik olan ölkələrindən biri Yaponiyadır. Bu gün 105-108 yapon yeni 1 dollara bərabərdir. O məntiqlə götürsək, gərək Yaponiya iqtisadiyyatının zəif olduğunu deyək. Əslində isə belə deyil. Məzənnənin arxasında həmin ölkənin iqtisadiyyatı və vətəndaşların real gəliri durmalıdır. Bu baxımdan valyutaların avroya və ya dollara qarşı nisbəti hər hansı ölkənin iqtisadiyyatının güclü və ya zəif olmasının göstəricisi deyil. Avropa Birliyinə daxil olub avrozonaya daxil olmayan ölkələrdə də bu, belədir. Hətta bu, onlara müəyyən qədər üstünlüklər də verir. Öz milli valyutasını bu günə qədər saxlayan Polşa, Çexiya kimi ölkələrdə iqtisadi artım tempi avrozonaya daxil olan digər ölkələrin artım tempindən daha yüksəkdir. Çünki özünün milli valyutası olduğundan məzənnədə müəyyən dəyişikliklər etməklə ixracı stimullaşdırır və bu yolla iqtisadi aktivliyə nail ola bilir. Bu baxımdan son dövrlərdə həm Çexiya kronu, həm Polşa zlotisi xeyli dərəcədə zəifləyib. Əslində məzənnənin bu cür zəifləməsinin faydası var. Çünki hər iki ölkə ixracatçıdır və turist qəbul edən ölkədir. Belə ölkələr üçün valyutanın zəif olması pis deyil, əksinə iqtisadi dividentlər gətirir. Polşa kənd təsərrüfatı məhsullarının ixracatında Avropa ölkələri arasında ilk beşliyə daxil olan ölkələrdən biridir. Bu ölkədə kənd təsərrüfatı ixracatçıları milli valyutanın dəyərdən düşməsindən qazanırlar. Çünki ixrac etdikləri məhsulun dəyərini avro ilə alırlar və avronun bahalaşması onların daha çox zloti əldə etməsinə imkan yaradır. Bu mənada milli valyutaların avroya qarşı dəyəri ikinci dərəcəli məsələdir”

İqtisadçı ekspert Azərbaycan iqtisadiyyatında vəziyyətin bir qədər fərqli olduğuna diqqət çəkdi: “Azərbaycan iqtisadiyyatına baxanda manat rəqəm olaraq dollar və avro qarşısında heç də zəif deyil. Bu gün milli valyutamız rəsmi məzənnədə dollara qarşı 1.71 manatdırsa, bu rəqəm kimi o qədər də pis göstərici deyil. Ancaq ölkənin milli gəliri olmadığından, valyuta gəlirlərinin kifayət qədər aşağı düşməsi səbəbindən Azərbaycanda bu cür problemlər yaşanır. Manatın devalvasiyası bütün vətəndaşlara pis təsir göstərir. Əgər ölkədə yüz minlərlə insan ixracat işi ilə məşğul olsaydı, manatın zəifləməsinə və dəyərdən düşməsinə bir o qədər insan sevinərdi. Bu mənada Azərbaycanın problemi tamam başqadır”.

Türkiyə lirəsinin dəyər itirməsinə münasibət bildirən N.Cəfərli bildirdi ki, bu valyutanın dollar qarşısında dəyərdən düşməsinin sürəti yüksəldiyi üçün təhlükəlidir: “Türkiyədə də ixracat çox ciddi inkişaf etmiş sektorlardan biridir. Türkiyə iqtisadiyyatının 128-130 milyard dollarlıq ixracat potensialı var. Turizmdə də öndə olan ölkələrdən biridir. Sadəcə Türkiyədə dünya ilə paralel olmayan hadisələr baş verdi və lirənin zəifləməsi daxili problemlərdən irəli gəlir. Terror aktları, çevrilişə cəhd, bundan sonra bir çox kommersiya qurumlarının varlığına məhkəmə qərarları ilə əl qoyulması investorları qorxutdu. Bu səbəbdən yatırımçılar Türkiyədən çıxmağa başladılar və vəsaitlərini dollara çevirib ölkədən çıxartmağa başladılar. Bu da dollara tələbatı artırdı və Türk lirəsi daha sürətlə dəyərdən düşdü. Bu mənada Türkiyədə təhlükəli vəziyyət yarandı. Çünki Türk lirəsi çox sürətlə dəyərdən düşür. Bir il öncə 2.60 lirə olan dollar artıq 3.35 lirəyə dəyişdirilir. Bir il öncə 1 avro 3 lirə idisə, indi bir avro 3,60 lirədir. Türkiyə üçün təhlükə sürətin yüksək olmasıdır. Lakin bu prosesdə qazanan milyonlarla ixracatçılar da var”.


Trump seçildi, gözləntilər?


REAL İH-nin Üzvü Natiq Cəfərli: [Trump seçildi, gözləntilər haqqında]

Trump seçildi, gözləntilər: 1) Dünən də yazmışdım, dünya birjaları bir neçə gün çalxalanacaq, amma sonra sakitləşəcək, hər şey öz qaydasına düşəcək, 2) ABŞ daha çox daxili siyasətə önəm verəcək, iqtisadi böyümə, əsasən, daxili istehlak və daxili investisiyalar hesabına təmin ediləcək, 3) ABŞ prezidentinin şəxsiyyəti ümumi siyasətə ancaq düzəliş verə, priroritetlərin yerini dəyişə bilər (özünü yox a, yerini, sıralamasını), amma ümumi trendə təsiri minimum olur, 4) Trumpun, nədənsə, Rusiya üçün daha məqbul sayırlar, tam tərsini düşünürəm, münasibətlər hətta gərginləşə də bilər, çünki, Trumpa media “Rusiya dostu” damğası vurulub deyə, o bu alqını dəyişmək üçün Rusiyaya qarşı daha sərt olacaq, Kremlə baş ağrısı gətirəcək. Çünki, ABŞ cəmiyyətinin böyük əksəriyyətində Rusiya alqısı pisdir, Rusiya onlar üçün rəqib və düşməndir, 5) Dostlar, ciddi olun, nə Ziya Məmmədov, nə Anar Məmmədov, nə ayı əti, Trumpa bu gün sual ver, heç Azərbaycanın yerini xəritədə göstərə bilməz, Anarı küçədə görsə, tanımaz. Trumpun qələbəsi Məmmədovlara heç bir təsiri olmayacaq, ola da bilməz, tam tərsi, Trumpu bəzi avtoritar rejimlərlə kommersiya əlaqələrində günahkar bilən mediada yazılar olub, indi bunun əksini sübut etmək üçün Trump bəzi addımlar ata bilər, 6) Demokratiya haqqında – Bilmirəm haradan, amma belə bir illyuzuya var idi ki, Hilari xanım prezident olsa, dünyaya vedrə-vedrə demokratiya dağıdacaq. Demokratiya son məqsəd deyil, demokratiya məqsədlərə çatmaq üçün vasitəsir və bunu xalqlar özləri istəməli, özləri buna çalışmalıdırlar. Həm də onu xatırladım ki, son 35 ildə Respublikaçılar ABŞ-da hakimiyyətdə olan illərdə SSRİ çökdü, Rusiyanın ən zəif dövrü oldu, Şərqi Avropaya azad oldu, Berlin divarı dağıldı, Varşava Bloku çökdü, yəni, bunu da nəzərə almaq lazımdır.

Trump sadə amerikalıların düşündüyü, mətbəxdə danışdığı, amma cəmiyyət içində “publik” deməyə utandığı məsələləri açıq-açıq söylədi, bunun da nəticəsi olaraq səs qazandı, prezident oldu. Yəni, dünyada gedən qlobal trendin davamını sübut etdi, “anti-elita” hərəkatlarının və “politkorrekt” olmayan üslubun uğurlu ola biləcəyi teoriyasını gücləndirdi. Qlobal və ən önəmli nəticə məhz budur...

Baramaçılıq yoxsa pambıqçılıq?


REAL İH-nin üzvü Rövçən Ağayev araşdırmalarını davam etdirir. [Dünya təcrübəsinin araşdırılması göstərir ki, iqtisadi baxımdan baramaçılıq pambıqçılıqdan daha gəlirli və daha az zəhmət tələb edən sektordur.]

Yaşıl tut yarpağı, bəyaz atlaz, göy dollar arzusunun simvolu - İpəkqurdu...

Hökumətin son aylar qəbul etdiyi qərarlarla subsidiya dəstəyi vermək istədiyi 3 sahədən biri baramaçılıqdı. Azərbaycanın tarixən bu sahədə təcrübəsi, istehsal infrastrukuru olan ölkədi. Sovetlər dönəmində 2 damazlıq ipəkçilik stansiyası, 7 barama zavodu hesabına ölkə keçmiş ittifaqın əsas xam ipək bazalarından biri olub.
Lakin müstəqillikdən sonra bu fabriklərin hamısı faktiki olaraq  dayandı. Şəki ipək müəssisəsinə arada əcnəbi inestorlar gəldi, yerlilərdən də kimlərinsə dəstək verməsi ilə bağlı məlumatlar dolaşdı. Amma nəticə dəyişmədi və baramaçılıq bir sektor kimi sıradan çıxdı.
Hökumət yenidən sahəni dirçəldəcəyini deyir və barama istehsalçılarını həvəsləndirmək üçün subsidiya ayrılması ilə bağlı qərar da artıq rəsmiləşib. Müzakirə edilməli əsas sual budur: hazırkı rəqabət mühitində baramaçılığıın ölkə iqtisadiyyatı üçün faydalı bir sahə çevrilməsi üçün imkanlar nə dərəcədə genişdir. Baramaçılıq üzrə mütəxəssislər sahənin spesifik məsələlərini şərhə edə bilər. Məsələn, baramanın bəslənməsi üçün ənənəvi yemləmə üsullarının alternativi varmı, saxlanacaq qurdların damazlıq toxum bazası nə dərəcədə keyfiyyətlidir və mövcud baza hədəflənən barama istehsalını təmin etmək üçün yetərlidirmi, məhsuldarlığı artırmaq üçün hansı texnolji üsullar mövcuddurmu, ipəkqurdu xəstəlikləri ilə effektiv mübarizə imkanları, kadr potensialı varmı? Bu tip sualların cavablarını peşəkar baramaçıların və sahənin mütəxəssislərinin öhdəsinə buraxaq.
Lakin sektorun iqtisadi problemlərinə diqqət çəkmək, xüsusən sahənin rəqabətqabiliyyətliliyini dəyərlədirmək də çox önəmlidir. Dünya təcrübəsinin araşdırılması göstərir ki, iqtisadi baxımdan baramaçılıq pambıqçılıqdan daha gəlirli və daha az zəhmət tələb edən sektordur. Müxtəlif ölkələrlə ilə bağlı faktlara baxanda bunu daha əyani görmək olur.
Hazırda dünyada 850 min tona yaxın yaş barama istehsal edilir. Bu həcmdə baramadan hər il orta hesabla 130-140 min tona yaxın xam ipək emal edilir. Dünyada yaş baramanın təxminən 80%-ə qədərini və ya 650 min tonunu Çin istehsal edir. İlk üçlüyü Çinin ardınca Hindistan və Özbəkistan qapayır. Hindistanda 130, Özbəkistanda isə 30 min tona yaxın yaş barama istehsal edilir. Hazırda dünyada ümumilikdə 30 yaxın ölkədə barama istehsal mövcuddur.
Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya üzrə 200 tona yaxın təxminən 1.7 milyon dəyərində barama ixrac edilmişdir ki, bu da baramanın hər kq-nın orta ixrac qiymətinin 8.5 dollara yaxın olduğunu göstərir. Lakin ixrac olunun baramanın yaş və quruluğuna görə ixrac qiymələtləri fərqlənir. Məsələn, ötən il Qazaxıstan 111 min ton yaş barama ixrac edib və orta ixrac qiyməti 3.3 dollar olub. Lakin Çin 13.5 min ton quru barama ixrac edib və orta ixrac qiyməti 18 dollara yaxın olub. Hazırda dünyada 1 kq xam ipəyin alnması üçün orta hesabla 6.5-7 kq yaş barama, 3 kq-a yaxın quru barama istifadə edilir. Lakin ipəkqurdunun toxumunun və baramanın özünün keyfiyyətindən asılı olaraq ayrı-ayrı ölkələrdə məhsuldarlıq fərqlidir. Hazırrda barama istehsalı üzrə ixtisaslaşmış ölkələrdə 1 qutu baramanın ən aşağı məhsuldarlığı 20 kq, ən yüksək məhsuldarlığı 40 kq yaş baramadır. Bu o deməkdir ki, 1 qutu baramanın xam ipək çıxımı 2.5-3 kiloqramdan 7 kq-a qədər dəyişir.
Rəsmi məlumata görə, Azərbaycanda yaş barama istehsalı hazırda 70 ton ətrafındadır. Amma rəsmi mənbələrdən nə qədər ailə təsərrüfatının baramaçılıqla məşğul olması, bir ailə təsərrüfatlarına düşən qutluların sayı, bir qutu ipəkqurdunun barama çıxarı barədə hər hansı məlumat əldə etmək mümkün deyil. Hökumətin təşviq siyasətinin hədəfi kimi seçilən digər sahələrə münasibətdə yeni eyni səhvlər buraxılır: baramaçılığın hədəfi nədir: xam ipək ixrac etməkmi? Əgər budursa, yaxın dövr üçün nə qədər xam ipək ixracı hədəfə alınıb? İxracda rəqabət qabiliyyətliliyimiz yetərincə qiymətləndirilibmi? Məsələn, Comtrade-in məlumatına görə, 2015-ci ildə dünya bazarında xam ipəyin orta ixrac qiyməti 45 min dollar ətrafında olub. Bizdə mövcud iqtisadi şərtlər, baramanın maya dəyəri, xam ipək emalının mövcud texnoloji kəpəsitəsi bu qiymətlə rəqabət aparacaq səviyyədə ixraca təminat verirmi?  Nümunə üçün deyim ki, 2015-ci ildə dünya üzrə xam ipəyin ümumi ixracı 15 min tona yaxın olub ki, onun yarısından bir qədər azı Çinin payına düşüb. Çindən xam ipəyin orta ixrac qiyməti 47 min dollar ətrafında olub.
Bəlkə hədəf xam ipək ixracı deyil, ipək parçalar, ipək iplik və ya ipək xalılar formasında hazır məhsul istehsalına nail olmaqdır? 2015-ci ildə düyada ipək ipliyin orta ixrac qiyməti 60 min dollar ətrafında olub. Bu məhsulun ixracı üzrə ən böyük dövriyyə Çinə (98.2 milyon dollar) və Rumıniyaya (66.3 milyon dollar) məxsus olub. İpək ipliyin orta ixrac qiyməti Çin üzrə 55 min, Rumıniya üzrə 63 min dollar ətrafında olub. İki ölkənin ipək iölik ixracı 3 min tona yaxın olub. Dünya üzrə ipək ipliyin ümumi ixracı 242.8 milyon dollar,  həcmi isə 5 min tona yaxın olub. 
Tərkibində 85% ipək olan parçaların dünya üzrə ixracı ötən il 1.271 milyard dollara yaxın olub. İpək parça ixracına 686 milyon dollarla Çin liderlik edir. İkinci yerdə 179 milyon dollarla İtaliya gəlir. Sonrakı yerlərdə Fransa 79, Hindistan 71, Cənubi Koreya 63, Yaponiya 53, Almaniya 27 milyon dollarla gəlir.
Əgər baramıçılığın hədəfi sadalanan hazır məhsulların istehsalı seçilibsə, bu ölkələrin məhsulları ilə müqayisədə keyfiyyətli və ucuz məhsullar istehsalı üçün hansı imkanlar, üstün tərəflər və risklər var? Sahəyə büdcə təşviqi yolu sərmayə qoymağa hazrlaşan hökumətin bu əsaslandırması ilə büdcəyə vergi ödəyən vətəndaş, alternativ rəy institutları hansı mənbədə tanış ola bilər?
Mövcud yem bazası nə qədər barama istehsalına təminat verir? Məsələn, türkiyəli mütəxəssislərin hökumət üçün hazırladığı hesabatda qeyd edilir ki, ipəkqurdunun normal məhsuldarlıqda və keyfiyyətdə son fazaya çatdırılması üçün 20 min ədəd yumurtanın qoyulduğu 1 qutu ipəkqurdu üçün orta hesabla 700 kq tut yarpağı tələb edilir. Bu qədər yarpaq kütləsi üçün isə 40 tut ağacı gərəkdir. Onların hesablamalarına görə, 1 hektar tut bağı və ya 1200 tut ağacı hesabına orta hesabla normal şərtlərlə böyüyən 35 qutu ipəkqurdu bəsləmək mümkündür. Dünya üzrə orta məhsuldarlıqdan çıxış etsək, bu potensial olaraq 1100 kq-a yaxın yaş barama, 170-180 kq xam ipəyə bərabərdir. Yenə də dünyada yaş baramanın orta ixrac qiymətindən çıxış etsək, 1 ha tut bağının məhsulu hesabına 3500-4000 dollar dəyərində barama, 8500-9000 dollar dəyərində xam ipək əldə etmək mümkündür. İndi əsas suallardan biri budur ki, bizdə tut bağlarının real sahəsi ilə bağlı qiymətləndirmə varmı və bu sahə yeni sahələr məhsul verənə qədər (ən azı 4-5 il) hansı həcmdə barama istehsalına təminat verir?
Daha ciddi problem: Azərbaycanda ipək emalı rəqabətli deyil – cəmi alıcı subyekt var. Çoxus ayda oyunçuların olmadığı şəraitdə xammal alışı üçün təyin edilən qiymətlər nə dərəcədə ədalətli olacaq?
Məlumat üçün deyim ki, ipək sənayesində dəyər zənciri çoxhəlqəlidir: barama istehsalı, xam ipək istehsalı, ipək iplik istehsalı, ipək parça istehsalı, ipək xalı istehsalı və ipək geyimlər istehsalı. Bu sahədə öncül olan ölkələrin təcrübəsinin araşdırılması göstərir ki, son məhsul hədəfə alındığı ölkələrdə, 1 dollarlıq barama son məhsul formasında təxminən 9-10 dollarlıq əlavə dəyər yarada bilir.

Bu qəbildən olan rəqəmlər, qoyulan suallar əsasında müzakirələr açmağa ehtiyac var. Xüsusilə də ictimai pullar hesabına təşviq edilən sahələrin gələcək inkişaf imkanları, seçilən təşviq alətlərinin effektivliyi dartışılmalıdır.

Bizim məşhur "bəsləsən atlaz olar tut yarpaığından" misalımız ticarətin qloballaşmadığı dövrdə meydana gəlib. İndiki sərt rəqabət şəraitində tut yarpağını atlaza çevrimək üçün 40 gün dayanmadan ipəkqurdu üçün tər tökmək çox azdı. Əksinə daha məhsuldar sektor yaratmaq üçün bilikli kadrlara, yüksək texnolji emal imkanlarına ehtiyac var.

Tags:

Valyuta bazarının durumu


REAL İH-nin üzvü Rövşən Ağayev [Valyuta bazarının durumunu araşdırıb]

Valyuta bazarının durumu: müstəqil proqnozlar nə qədər etibarlıdır?

Yola saldığımız həftə manatın yenidən dəyər itirməsi ilə yekunlaşdı. İlk kəskin devalvasiya qərarından ötən 1 il 9 ay ərzində manatın rəsmi məzənnəsi heç vaxt indiki həddə - 1.6596 manat=1 USD həddinə düşməmişdi.
Valyuta bazarında yaranan ajiotajın dəqiq səbəbləri ilə bağlı müstəqil ekspertlərdən kimsənin tam etibarlı rəy söyləyəcəyi real deyil. Məsələnin peşəkarlıqla əlaqəsi yoxdu, problem informasiya qıtlığı ilə bağlıdır. Valyutaya tələbi və təklifi formalaşdıran amillərin hər biri ilə bağlı müfəssəl məlumatlar olsa, proqnozların etibarlılıq səviyyəsi də yüksələr.
Doğrudur, Neft Fondu müntəzəm olaraq bazara çıxardığı valyutanın həcmi ilə bağlı operativ məlumat verir.
Lakin valyuta bazarında təklifi təkcə Neft Fondu formalaşdırmır. Xarici kredit müqavilələri əsasında gələn valyuta, pul baratları formasında daxil olan valyuta, xarici sərmayə formasında gələn valyuta, xidmət ixracı formasında gələn valyuta - bunların hər biri çox dəqiq informasiya tələb edir. Məsələn, biz bilmirik ki, il ərzində hansı xarici kredit müqavilələri imzalanıb və müqaviləyə uyğun olaraq vəsaitlər rüblər (aylar) üzrə hansı tranş ölçüləri və qrafiki ilə daxil olacaq. Yaxud xarici sərmayə qoyuluşu ilə bağlı təsərrüfat subyektləri arasında bağlanan müqavilə üzrə vəsaitlərin qoyulması hansı qrafiklə həyata keçiriləcək. Məsələn, kim deyə bilər ki, yaxın 1 ayda bağlanmış kredit və ya sərmayə müqavilələri üzrə iqtisadiyyata əlavə valyuta daxil olmayacaq?
Eyni vəziyyət xarici valyutaya tələbə də aiddir. Valyutaya tələbi təkcə əmtəə idxalı formalaşdırmır. Gömrük Komitəsinin aylıq statistikasına əsasən idxal üçün valyutaya tələbatı 5 aşağı 5 yuxarı proqnoz etmək olur. Amma hökumətin, bankların, SOCAR-ın hesabına yaxın 2 ayda ölkədən çıxacaq xarici valyutanın həcmi barədə məlumatlıyıqmı? Deyilik. Məsələn, Rusiya Mərkəzi bankı hökumətin və dövlət şirkətlərinin, bankların qarşıdakı rübdə qaytarılacaq həcmi ilə bağlı məlumatı ictimaiyyət üçün açıqlayır. Ona görə sadə vətəndaş belə valyuta bazarının yaxın aylardakı durumunu təsəvvür edə bilir. Bu praktika bizim Mərkəzi Banka aiddirmi? Deyil. Bir qurum deyə ki, xalis daxili və xarici aktivlərin strukturu dövlət sirridi, ondan gərəkli məlumat və şəffaflıq gözləməyin yeri yoxdu.
Amma elə məlumatlar var ki, onu müstəqil ekspertlər təhlil edə, həmin məlumatlar əsasında valyuta bazarının durumu ilə bağlı gözləntiləri əsaslandırmaq, trendeləri qeyd etmək mümkün olur. Məsələn, büdcə xərcləmələrinin dinamikası və miqyası belə göstəricilərdən biri kimi istifadə edilə bilər. Azərbaycan hökuməti 2016-cı ilin 9 ayında dövlət büdcəsi vasitəsilə 10.6 milyard manat xərcləyib. Bu, illik büdcə proqnozunun 57%-nə bərabərdir. Bu o deməkdir ki, hökumət büdcəni nəzərdə tutulan səviyyədə xərcləməli olsa, sonuncu rübdə az qala əvvəlki 3 rübdə xərclədiyi qədər vəsait xərləməli olacaq. Bu nə deməkdir? Arxada qalan 9 ayda hər rüb üzrə orta hesabla 3.5 milyard manat xərclənib, amma təkcə son rübdə 8 milyard manat xərcləmək lazım gələcək. Aydındır ki, bu qədər vəsaitin qısa müddətdə iqtisadiyyata yönəlməsi (fərqi yoxdu maaş kimi, mal və xidmətlərin haqqının ödənilməsi formasında) likvidliyi kəskin artırmaqla manata təzyiqi də gücləndirər.
Başqa bir göstərici xidmət ixracından valyuta daxilolmalarının həcmi ilə bağlı gözləntilər ola bilər. Belə ki, iqlimdən asılı olaraq Azərbaycanda turizm xidmətlərinin axınından daxilolmalar rüblər üzrə fərqlənir. Ötən illərin statistikasına baxsaq, rüblər üzrə bu göstəricinin məbləği arasında 100-150, bəzi hallarda 250-300 milyon dollar fərq yarandığını görmək mümkündür. Azərbaycana xarici turist axını yaz-yay aylarında daha genişmiqyaslı olduğunu nəzərə alsaq, ehtimal etmək olar ki, son 3 ayda turizmin gətirdiyi xarici valyuta azala bilər.
Müstəqli təhlillər əhəmiyyətlidir və vacibdir. Lakin Mərkəzi Bankın və Maliyyə Nazirliyinin daha şəffaf informasiya siyasəti yürütməsi bu təhlillərin sambalını daha da artıra bilər. Məsələn, Rusiyada, Estoniyada olduğu kimi Mərkəzi Bank tədiyyə balansının ən vacib göstəricilərini rüblük deyil, aylıq açıqlaya bilər. Mərkəzi Bank bank sektorunun vəziyyəti ilə bağlı məlumatları da operativ açıqlamır. Artıq noyabrın ilk 10 günlüyü bitir, amma ən son məlumatar avqusta aiddir. Halbuki cari ayın 10-dan gec olmayaraq əvvəlki ay üzrə pul-kredit göstəriciləri açıqlanmalıdır. Bizim Mərkəzi Bank isə cari ayda 2 ay öncəki ayın informasiyalarını icitmailəşdirir.
Yaxud Maliyyə Nazirliyi büdcə xərclərinin və gəlirlərinin icra vəziyyətini, proqnozlara əməl edilmə səviyyəsini aylıq açıqlaya bilər, rüblük yox.

Asif Ata


FB dostum Araz bəy Asif Ata haqqında öz xatirələrini yazıb: [I yazı,]ASİF ATA HAQQINDA XATİRƏLƏRİM

Öncə, Asif Atanın öz dilindən soykökü ilə bağlı eşitdiklərimi danışmaq istəyirəm. Qazax-Dərələyəz bölgəsindən, Qaraqoyunlulardan olduğunu deyirdi. Son bir neçə yüz ildə babaları çox tanınmış ruhanilər olmuşdu, Əfəndiyev soyadı da ulu babası Hacı Alı əfəndi ilə bağlı idi. Babası molla Məhəmmədi yanılmıramsa 1939-cu ildə həbs edib güllələmişdilər. Ən qəribəsi, babasının əmisioğlu Bala Əfəndiyev Azərbaycanda Sovet hakimiyyətinin qurulmasında önəmli rol oynamış, tanınmış bolşevik olmuşdu. Asif Ata onu həmişə nifrətlə yad eləyər, Azərbaycanın "başını tutanlardan" olduğunu deyərdi.

Atası və anası müəllim olmuşdular. Ermənistandan köçüb Ağsafa rayonunda məskunlaşmışdılar. Asif Ata orta məktəbi rusca oxumuşdu, sonra o vaxt SSRİ-də ən tanınmış təhsil ocaqlarından biri olan Qorki adına Ədəbiyyat institutunda oxumuşdu. Dediyinə görə Moskvada təhsilini başa vurandan sonra ana dilində yaxşı danışa bilmirdi, ancaq sonradan dili yetərincə öyrənmişdi və türkcə çox gözəl danışırdı. Moskvada oxuyanda atası general olan bir osetin qızı ilə evlənmişdi. Dediyinə görə qızın atası onlar üçün hər cür şərait yaradıbmış, ancaq qız çox tez-tez atasının adını vurğulayırmış və getdikcə çox meşşan təbiətli bir qadın olduğu üzə çıxıbmış; bir gün də atasının elədiklərini Asif Atanın üzünə vuranda münasibətləri bütünlüklə korlanmış, ayrılmışdılar. Sonradan Bakıda Axundov adına Xarici dillər institutunda dərs deyəndə öz tələbəsi ilə evlənmişdi. Fuad adında bir oğlu vardı. Asif Ata KQB tərəfindən təqib olunanda arvadını qorxudub ondan ayrılmağa məcbur eləmişdilər. Yanılmıramsa, 1983-cü ildə arvadının təşəbbüsü ilə boşanmışdılar.

Danışdığına görə Moskvada oxumağa başlayanda demək olar ki bütün gününü Lenin adına Mərkəzi kitabxanada keçirərmiş, dünya ədəbiyyatını, fəlsəfəsini, tarixini acgözlüklə oxuyarmış. Dərslərə çox az getdiyindən onu institutdan qovmaq istəmişdilər, sonradan imtahanlara buraxmış, bütün imtahanlardan beş qiymət aldığını görüb yaxasından əl çəkmişdilər. Uzun danışmaqdan çəkinib, dediklərini qısaca yazmaq istəyirəm. Dediyinə görə bir neçə il ərzində Moskvadakı kitabxanlarda dünyanın elmi-fəlsəfi-ədəbi irsini diqqətlə oxumuşdu, dünya tarixini çox diqqətlə öyrənmişdi, Platon və Hegellə çox maraqlanmış, onların bütün əsərlərini diqqətlə oxuyub araşdırmışdı və bütün bunların gedişində ona rahatlıq verməyən iki sualla qarşılaşmışdı: birincisi, nə üçün bu elmi-fəlsəfi-bədii kitablarda onun xalqının adına heç nə yoxdur? İkincisi, bunca böyük mütəfəkkirlərin olduğu dünya nə üçün belə bərbad və acınacaqlı gündədir? Obrazlı deyimini xatırlayıram: Platonu, Hegeli, başqa bütün filosofları dərindən oxuyub öyrəndim, İsa Məsih uzun müddət idealım oldu, ancaq bütün bunları öyrənib qurtaranda divara dirəndim, belə gözəl ideyalar doğurmuş insanlığın nə üçün yamanlıqlarla dolu bir dünya yaratdığı sualna cavab tapa bilmədim. Və bu anlarımda bir gün üzümü Şərqə tutdum, Moskva kitabxanalarında Şərqlə bağlı nə varsa hamısını oxudum və bəşər idrakının Şərqdə Qərbdən daha üstün ideyalar yaratdığı qənaətinə gəldim. Ancaq bunların da sonadək çıxış yolunu tapa bilmədiklərini qət edib insanlığı xilas edəcək bir fəlsəfə, bir inam yaratmağı qət etdim. Yaradacağım fəlsəfədə dünyada indiyədək yaranmış bütün idraki nailiyyətlərdən yararlanmaqla başlıca olaraq Şərq (Hİnd-Çin, Orta Şərqin sufiləri) ideologiyalarından yararlanmağa çalışacaqdım, bunlardan da önəmli dünyada ayrıca bir irq saydığım Türk ruhuna əsaslanacaqdım. Bakıya qayıdan gündən bu istiqamətdə çalışmağa başladım.


[II yazı,]

ASİF ATA HAQQINDA XATİRƏLƏRİM (ARDI)

Sovet dönəmində barmaqsayı qəzetlər çıxardı, düzdür hər rayonun yerli qəzetləri də vardı,ancaq mərkəzi qəzetlərin sayı az idi.Bu qəzetləri indikindən çox oxuyardılar, çünki, onlara məcburi abunəçilik sistemi vardı, həm də, kütlə arasında bu qəzet sözünün mötəbərliyinəyalançı bir inam formalaşmışdı. Mən orta məktəbdə oxuyanda evimizə dörd qəzet gələrdi: Azərbaycan Müəllimi (atammüəllim idi),AZərbaycan Gəncləri, Kommunist və rayon qəzeti. Orta məktəbin 6-cı sinifindən başlayaraq bu qəzetlərin hamısını başdan-ayağa kimi oxuyardım. Günlərin birində, -- deyəsən bu 1974-ci ildə olmuşdu -- Azərbaycan Gəncləri qəzetində bir müsahibə oxudum, çox təmtəraqlı bir şəkildə təqdim olunan Asif Əfəndiyevin ədəbiyyatımızın problemləri ilə bağlı verdiyi müsahibə idi. İndiki kimi xatırlayıram, başlıqda Asif Atanın şəkli verilmişdi: uzun bakenbardlı, dolu yanaqlı, qıvrım saçlı, emosional görkəmli. Sözün düzü,Asif Ata müsahibəsində mənim üçün anlaşılmaz olan o qədər terminlərdən yararlanmışdı ki, oxuduqlarımdan çox az şey anlayırdım. 1975-ci ildə orta məktəbi bitirib BDU-nun tətbiqi-riyaziyyat fakültəsinə daxil oldum. İkinci kursda oxuyanda məndən iki kurs yuxarıda oxuyan kənçim ilə bir otaqda qalası oldum, otaqda dörd nəfər idik və bunlardan biri Şəkidən ədəbiyyat həvəskarı olan birisi idi. Məndə ədəbiyyatla maraqlandığımdan şəkili otaq yoldaşımla söhbətimiz tuturdu. Bir gün o mənə Estetika müəllimi olan Asif Əfəndiyevdən, onun geniş savadından və qəribəliklərdən danışdı. Dediyinə görə bu insan Qərb və rus ədəbiyyatını çox yaşı bilirdi, mühazirələrini yazdırmırdı, otağa girən kimi salamlaşıb gözlərini yumaraq uca səslə, vəcdlə qeyri-adi bir tərzdə mühazirə oxuyurdu. Birdən səs eləyən olsa, bir anlıq dayanıb "qulağıma ayı səsi gəlir" deyər, sonra yenə də mühazirəyə davam edirmiş. Ara-sıra Azərbaycan ədəbiyyatından da söz salar, tanınmış sovet yazıçılarını kəskin tənqid eləyər, onların çoxunun istedadsız olduğunu, cəfəngiyyat yazdıqlarını deyərmiş. Səməd Vurğundan, Süleyman Rüstəmdən tutmuş, Süleyman Rəhimov, Bəxtiyar Vahabzadə, Anar, Elçin,Əkrəm kimi yazıların əsərlərini təhlil eləyib onlara beşballıq sistem üzrəqiymətlər verərmiş və onlardan çoxu iki qiymət alarmış, bir neçəsinə üç qiymət verirmiş. Bu o dövr üçün çox qeyri-adi bir hadisə idi. Sonra Bakıya gələndən sonra oxumağa başladığım Ədəbiyyat qəzetində professor Əkbər Ağayevlə, şair Əliağa Kürçaylının Asif Əfəndiyevə qarşı kəskin ittihamlarla dolu dialoqunu oxudum. Sonradan bəlli oldu ki, bu dialoqun ortaya çəxmasının səbəbi Asif Atanın AZərbaycan Yazıçılar İttifaqının plenumdakı bir çıxışı olubmuş. Bu çıxışında o bütün tanınmışyazıçıların əsərlərini kəskin tənqid etmiş, onların heç birinin ədəbiyyata dəxli olmadığını demiş, sonda isə belə bir söz demişdi: deyirlər Yazıçılar ittifaqının 200-əyaxın üzvü var, mən isə deyərdim ki, Yazıçılar ittifaqının 200-əyaxın qoyunu var. Sonra Asif Atanın televiziyada apardığı "Zirvələr" verilişinə baxdım. 1976-cı ildə onun "Müdriklik səlahiyyəti" adlı kitabı çıxdı onu alıb oxudum. Dövri mətbuatda biri-birinin ardınca çapolunan "Nizamiliyimiz", "Xəqaniliyimiz", "Koroğlular və Keçəl Həmzələr", habelə başqa yazılarını oxudum. O çağlar Asif Ata artıq Azərbaycanda ən tanınmış tənqidçi sayılır, bütün yüksək kürsülərdən səsi eşidilirdi (necə təəcüblü olsa da, Sülüyman Rüstəmin 70 illik yubileyində ona da çıxış üçün söz vermişdilər!). O illərdəMoskvada keçirilən ədəbiyyat tədbirlərində də iştirak edərdi və onun bu tədbirlərin birində "Tənqid və zaman"adlıçıxışı bütün SSRİmiqyasında səs-küy yaratmış, Türkiyəradiosundan səsləndiriləndən sonra, Asif Atanı KQB-yə çağırıb xəbərdarlıq eləmişdilər. Yekun olaraq demək olar ki, o çağlar Asif Atanın özünə karyera qurmaq, professor, akademik olub hansısa vəzifə tutaraq komfort içində yaşamaq üçün bütün şansları olsa da,o bütünlüklə başqa bir yol tutmuşdu. 1976-cıildən başlayaraq BDU-nun Akt zalında Asif Atanın təşkil etdiyi "Etik-estetik tərbiyə"klubu öz fəaliyyətinə başladı və olduqca böyük coşqunluqla qarşılandı. BDU-nun ikinci mərtəbədəki akt zalı təxminən min nəfərəyaxın adam tuturdu, ancaq bu tədbirlərdə bütün yerlər tutulur, oəncərələrin qarşısı iləadamlar ayaq üstə dayanır, giriş qapısının ağzında da ayaq üstə dayanmış izdiham olurdu. Bu ASif Atanın fəaliyyətində yeni bir mərhələnin başlanğıcı idi və bununla bağlı söhbətimi sonrakı hissəyə saxlayıram. (ARDI VAR)



[III yazı]

ASİF ATA HAQQINDA XATİRƏLƏRİM (ARDI)

Asif Atanın BDU-da yaratdığı "Etik-estetik tərbiyə klubu" çoxsaylı gəncliyin sevərək dinlədiyi bir yığıncağa çevrilmişdi. Bu yığıncaqlarda öncədən qoyulmuş mövzular ətrafında söhbətlər və diskussiyalar aparılırdı. İlk vaxtlar bu yığıncaqlara Ziya Bünyadovdan başlamış tanınmış alimlər vəyazıçılar qatılardı, sonradan klubun ətrafında vəziyyət gərginləşdikcə bu adamların çoxu yığıncaqlara gəlmədilər. Burada tələbələr qarşısında daimi çıxış eləyənlərin sırasında ən çox Xudu Məmmədov, Mirəli Seyidov, Lətif Kərimov, Əkrəm Cəfər, Elməddin Əlibəyzadəni xatırlayaıram. Bir dəfə o vaxt bütün mətbu orqanlarda yazılarının çapına yasaq qoyulmuş Firudin Şuşinskinin çox hay-küylü bir çıxışı olmuşdu. Saat beşdə başlayan bu yığıncaqlar gecə saat onbirə, bəzən biraz da sonraya kimi davam edərdi və həmişə də deyilən sözlərin və verilən sualların çoxluğundan yarımçıq qalardı, bəzən bir mövzunu sonrakı yığıncaqda davam edərdilər. Mövzular əasasən etik,estetik, insani, milli problemlər üzərində qurulardı. 1979-cu ildən başlayaraq universitet rəhbərliyi bu yığıncalqların keçirilməsinə maneələr yaratmağa başladı, yəqin ki, tapşırıq yuxarıdan gəlmişdi. Öncə, Tariyel Əhmədov adında bir professorun alternativ klubunu yaratdılar, bu da kömək eləməyəndə yığıncağın keçirilmə vaxtını məhdudlaşdırmağa başladılar, saat 9-dan sonra universitetin mühafizəçiləri gəlib yığıncağı qurtarmağı tələb eləyir, yaxud yığıncaq keçirilən günlərdə texniki problemlər yaradır, həmən vaxta zalda başqa tədbir saır, bir sözlə bacardıqları bütün üsullarla əngəl yaradırdılar. 1980-ci ildə isə rektor bu klubun keçirilməsini qadağan etmişdi. Eləhəmin 1980-ci ildə Asif Ata respublika Bilik cəmiyyətinin zalında yığıncaq keçirib klubun buraxıldığını, onun yerində "Ocaq" adlı mənəvi-ruhani dəyərləri təbliğ edəcək bir qurumun yarandığını elan etdi. Bu yığıncaqda Ocağın məramnaməsi oxundu, onun "məşəlçilər" adlanan fəal üzvləri elan olundu. Bilikcəmiyyətində Ocağın bir neçə yığıncağı keçiriləndən sonra, yanılmıramsa, 1981-ci ildə oarada da yığıncaqların keşirilməsinə yasaq qoydular (Mən artıq BDU-nu qurtarıb rayonda işləyirdim deyə, dostların vasitəsi ilə bu yığıncaqlardan xəbər tutub onlara qatılırdım). Daha sonra eşitdiyimə görə, Bakı və Bakıətrafının müxtəlif məktəblərində, müəsissələrində Asif Ata iləgörüşlər keçirilməyə başlanmışdı. 1982-ci ildən başlayaraq Asif Ata öz əsərlərinigizli şəkildə yaymağa başladı vəbu əsərlərdə onun yaratdığı yeni təlimin başlıca müddəaları əks olunmuşdu. Mənim üçün bir tələbə yoldaşım bu əlyazmaların üzünü köçürür və mən Bakıya gəlib onları götütürdüm.
1982-ci ildə Asif Ata iləilk dəfə görüşdüm. Qısa çəkən görüş BDU-da o vaxt Asif Atanın işlədiyi Etika və estetika kafedrasında oldu, kafedrada heçkim olmadığından dərs arası 10 dəqiqəlik tənəffüsdə Asif Ata mənə özünün görmək istədiyi işlərdən danışdı, danışıq uzun çəkmədi və Asif Ata açıq mətnlə danışmırdı, dediklərinin məğzi belə idi: yurdumuza bütün istiqamətlərdən çirkab axıdılır, milli varlığımızı məhv etməyə çalışırlar, ruhumuzu öldürürlər, özümüzə yadlaşdırırlar ki, sonra yoxa çıxarsınlar. Biz buna qarşıdayanmalıyıq, xalqabunu anlatmalıyıq. Sonra öz ideyalarını əsərlərinin əlyazmalarından öyrənməyi tövsiyə edib ayrıldı. 1983-cü ildə Asif Atanı universitetdəki işindən çıxardılar, BDU-nun partiya yığıncağında ittiham edib partiyadan çıxarmaq məsələsini qoydular, KQB-yəçağırıb sorğu suala çəkdilər, ailəsini dağıtdıqları üçün evini tərk edib təsadüfi yerlərdə gecələməyə başladı, heç bir yerdəiş verməyib çörəklə sınağa çəkdilər və bütün bu kimi represiyalarla üzləşməli oldu. Neçə dəfə Bakıda yaşayan qardaşına, başqa qohumlarını zəng vurub onun öldüyünü, morqda olduğunu deyir, özünü addımbaşı izləyirdilər. O günlərdəmən bir neçə dəfə Asif Atanın müvəqqəti yaşadığı mənzillərdə onunla görüşüb söhbət etmişdim. Heç bir qorxusu və sıxıntısı yox idi, bütün bu təzyiqlərəqarşıolduqca soyuqqanlı idi və ən başlıcası dayanmadan işləyir və yeni-yeni kitablarını yazırdı. Bundan sonra baş verən hadisələr daha çox özümün Ocaqdakı fəaliyyətimlə bağlıolduğu üçün onların sizin üçün maraqlı olmayacağını düşünüb bu qısa xatirələrimi burada bitirirəm. Məqsədim sizə Asif Ata haqqında qısa bir məlumat vermək idi, onun kimliyinə və görmək istədiyi işlərə işıq salmaq idi. Asif Atanın təlimini öyrənmək istəyənlər isə, elə bilirəm onun yolunun davamçısı olan Soylu Atalıiləəalqə saxlayıb istədikləri bilikləri öyrənə bilərlər.



Asif Ata haqqında burdan da oxuyaq: http://anl.az/el/a/aa_yb.pdf

REAL İH-nin üzvü Erkin Qədirli [Roma Papasının Qarabağ münaqişəsilə bağlı gümanını şərh edir]

Roma Papa'sı Bakı'ya səfərindən sonra Qarabağ münaqişəsilə bağlı beynəlxalq məhkəməyə müraciət gumanından danışıbmış. Necə olubsa, bu xəbər diqqətimdən yayınıb, dünən bilmişəm. Xəbərlərdə söhbətin hansı məhkəmədən getdiyi aydın yazılmayıb. Bir onu yazıblar ki, məhkəmə Haaqa'dadır. Haaqa'da iki beynəlxalq məhkəmə var - BMT'nin orqanı olan Beynəlxalq Ədalət Məhkəməsi və özü beynəlxalq təşkilat olan Beynəlxalq Cinayət Məhkəməsi.

Beynəlxalaq Cinayət Məhkəməsinə nə biz qoşulmuşuq, nə də Ermənistan. İndiki halda orada münaqişəmizlə bağlı işə baxıla bilməz. Üstəlik, Beynəlxalq Cinayət Məhkəməsi, adından göründüyü kimi, yalnız cinayət işlərinə baxır, münaqişələrin həlli, ərazilərin mənsubiyyəti kimi məsələlər onun səlahiyyətinə aid deyil.

BMT üzvü olduğumuza görə biz də, Ermənistan da Beynəlxalq Ədalət Məhkəməsinin üzvüyük. Amma heç birimiz onun yurisdiksiyasını tanımır. Odur ki, oraya bir-birimizə qarşı iddia verməyimiz mümkün deyil. Üstəlik, biz öz ərazimizi mübahisələndirə bilmərik. İddiamız nə zamansa mümkün olarsa, ərazinin mənsubiyyəti sorğulanmamalıdır. Amma bunun üçün yalnız biz deyil, Ermənistan da həmin məhkəmənin yurisdiksiyasını tanımalıdır. Odur ki, iş bir tək bizdən asılı deyil.

Bununla belə, hətta indiki halda, Qarabağ münaqişəsilə bağlı işin Beynəlxalq Ədalət Məhkəməsində baxılması üçün bir hüquqi imkan var. Gərək BMT'nin Baş Məclisi, ya da Təhlükəsizlik Şurası (ikincisi bunu edəsi deyil, burası aydındır) Beynəlxalq Ədalət Məhkəməsinə sorğuyla müraciət etsin - məşvərət rəyi (advisory opinion) almaq üçün.

Belə bir rəyin icbari hüquqi qüvvəsi olmayacaq, amma siyasi çəkisi və mənəvi nüfuzu böyük ola bilər. Akademik önəmindən danışmıram heç. Düşünün, Beynəlxalq Ədalət Məhkəməsi Qarabağ münaqişəsilə bağlı belə bir qərar vermiş olarsa (təbii ki, bizim xeyrimizə olduğu təqdirdə), o qərar beynəlxalq hüquqa aid kitablarda, məqalələrdə, dərsliklərdə və s. örnək kimi göstəriləcək (göstərilə bilmə ehtimalı yüksək olar). Haqq işimizin təbliği üçün bundan gözəl nə ola bilər?

Bunun üçün, təbii ki, işi, necə deyərlər, hələ "udmaq" gərəkdir. "Udmaq" sözünü dırnaq içində yazmağımın anlamı var - bu iş dövlətlərarası mübahisə olmayacaq, çünki, yuxarıda yazdığım kimi, nə biz Beynəlxalq Ədalət Məhkəməsinin yurisdiksiyasını tanıyırıq, nə də Ermənistan.

BMT'nin Baş Məclisi isə oraya müraciət edə bilər. Sadəcə Beynəlxalq Ədalət Məhkəməsinə göndəriləcək sualın aydın olmasına çalışmağımız (özü də çox çalışmağımız) gərəkəcək.

Sual belə qoyulmalıdır - "Dağlıq Qarabağ'ın və ətraf yeddi rayonun Ermənistan tərəfindən hələ də işğal altında saxlanması faktından üçüncü tərəflər (digər dövlətlər) üçün doğan hüquqi öhdəliklər nədir?"

Baş Məclisin belə bir sualla Beynəlxalq Ədalət Məhkəməsinə müraciətinə nail olmaq asan deyil. Roma Papa'sı bu işdə yardım etmək istəyirsə, buyursun. Hamılıqla ona 'çox sağ ol' deyərik. Amma bunun üçün hökumətin də xeyli çalışması gərəkdir. Papa'nın bu sözləri deməsindən dərhla sonra yuxarıda yazdığım sualla bağlı təklif verilməliydi, Papa'nın özünə və xarici dövlətlərə çağırış edilməliydi. Baş tuta biləcəyinə zəmanət yoxdur, burası aydındır, amma cəhd etməyə dəyər. Elə cəhdlər olur ki, nailiyyət ehtimalından üstün ola bilir. Fürsətləri qaçıra-qaçıra qalmışıq (geridə).

P.S. Papa'nı qoyaq bir qırağa, BMT'nin Baş Məclisində özümüz də bu sualın verilməsinə çalışmalıyıq. Bunu çoxdan etməliydik.



REAL İH-nin üzvü Altay Göyüşov [ən yeni tariximizi də araşdırıb]

Niyə korrupsioner diktatorlar, məmurlar korrupsiya vasitəsilə qazandıqlarını əsasən Qərbə daşıyır?

Bizim cəmiyyətdə bu məsələlərə konspiroloji cavablar verən, imperializmlə əlaqələndirən çox olur. Qərbin buna bilə-bilə, sonradan o pullara sahib çıxmaq üçün şərait yaratdığı deyilir. Faktiki birbaşa oğurlayanlar qalır, Qərb isə əsas hədəfə çevrilir. Əslində isə məsələnin mahiyyəti tamam başqa yerdədir. Bu cür bəsit yanaşma problemlərin çarəsini tapmağa mane olur. Tutaq ki, ən azı Putin və məmurlarını Rusiyanın başına Qərb qoymayıb. Korrupsiya ilə qazandıqlarını, rus alimi Şevtsovanın təbiri ilə desək, “Londonqrada” daşımaq da onların öz təşəbbüsüdür.
Əlbəttə, Qərbdə bu oğurluq pulların yatırım imkanı tapması amoral haldır və buna heç cür haqq qazandırmaq olmaz. Bu barədə bir az sonra. Hələliksə, əsas suala cavab vermək istəyirəm ki, niyə məhz Qərbə yatırırlar?
QANUNUN ALİLİYİ VƏ HƏQİQİ STABİLLİK
Məsələ çox bəsitdir. Tutaq ki, niyə başda İran prezidenti olmaqla, bu ölkənin məmurları məhz Qərbdə oxumağa can atırlar, oradan aldıqları ali təhsil diplomları ilə öyünürlər, hətta bəziləri Qərb institutlarından saxta diplomlar da düzəltməyə cəhd edirlər. Çünki Qərbdə təhsil daha yüksək və keyfiyyətlidir. Dili var, dilçəyi də var.
Axtardığımız sualın cavabını da məhz bu müstəvidə axtarmaq lazımdır.
...öz idarəçiliklərindən təcrübələri var, öz ölkələrində elə bir sistem qurublar ki, mülkiyyət təhlükəsiz deyil. İstənilən adamın bütün varidatını heç bir qanuna, mülkiyyət toxunulmazlığına məhəl qoymadan bir anın içində alıb, müflisləşdirmək mümkündür.
Korrupsionerlər birincisi əmindirlər ki, demokraik sistem həm də qanunun aliliyi deməkdir. Orada mülkiyyətin toxunulmzalığı az qala müqəddəs bir məfhumdur. Yəni öz idarəçiliklərindən təcrübələri var, öz ölkələrində elə bir sistem qurublar ki, mülkiyyət təhlükəsiz deyil. İstənilən adamın bütün varidatını heç bir qanuna, mülkiyyət toxunulmazlığına məhəl qoymadan bir anın içində alıb, müflisləşdirmək mümkündür. Avtoritarizmlərdə bundan heç kim sığrtlanmayıb. İslam Kərimov ölən kimi yeni hakimiyyət onun kiçik və sevimli qızı Lolanın mülkiyyətinə əl qoymağa başlayıb.
Demokratiyalarda isə hökumət istəsə də, kiminsə mülkiyyətini siyasi qərarla əlindən bir dəqiqənin içində ala bilməz. Bunun üçün hökumətdən müstəqil olan məhkəmələrdə hər şey sübut olunmalıdır. Hüquq sisteminin, vəkillik institutunun kifayət qədər inkişaf etdiyi, təqsirsizlik prezumpsiyasının sözdə deyil, əməldə mövcud olduğu demokratiyalarda bu elə da asanlıqla başa gələn iş deyil.
İkincisi, avtoritarlar çox gözəl bilirlər ki, öyündükləri stabillik boş şeydir. Qurduqları sistem xəfifdir, ürkəkdir, dayanıqlı deyil. Qturuşmuş demokratiyalar sistemin stabilliyi, dayanıqlığı baxımdan da daha etibarlı məkanlardır.
Məsələnin məğzini bu müstəvidə axtarmaq lazımdır ki, dərdin çarəsi də dərmanı da düzgün müəyyənləşdirilsin. Yoxsa, konspirologiyalar elə bir situasiyaya gətirib çıxarır ki, günahkar, avtoritarizmin əliəyri məmurlarından çox, birbaşa Qərb və demokratiyalar çıxarılır.
ÇARƏ
Beləliklə, bütün qüsurlara baxmayaraq Qərbdə işlək demokratiya, yəni xalqa cavabdeh hökumət var, qanunun aliliyi var və ona görə oralar daha etibarlıdır, ona görə ora daşıyırlar. İndi məsələnin məğzi budur ki, bu etibarlılıq da göydən zənbillə düşməyib, havadan qurulmayıb. Xalqların öz haqqını istəməsi, hökumətdən cavabdehlik təıəb etməsi, özündən asılı vəziyyətə salması nəticəsində baş verib....həmin şəraiti biz yarada bilməmişik. Yaradılmasını ya başa düşmədyimizdən, ya başqa səbəblərdən tələb edə bilməmişik.
Baxın, bir neçə gün bundan qabaq məlumat yayıldı ki, Gürcüstana ən çox yatırım qoyan Azərbaycandır. Çox bəsitdir məsələ. Gürcü xalqı öz hökumətindən rifah tələb edir. Hökumət sistemin nisbi demokratikliyi səbəbilə xalqdan, onun səsindən və etimadından asılıdır. Gürcünün həkimini, müəllimini pamblq yığmağa gəndərə bilməzsiniz. Əksinə xalq tələb edir və hökumət də rifahı təmin etmək məcburiyyətində olduğundan investisiyaya şərait yaradır. Nəticədə bizimkilər aparıb ora yatırım qoyur, amma özümüzə fərli investisiya cəlb edə bilmirik. Çünki həmin şəraiti biz yarada bilməmişik. Yaradılmasını ya başa düşmədyimizdən, ya başqa səbəblərdən tələb edə bilməmişik.
QƏRBİN PROBLEMİ
İndi burada yuxarıda söz verdiyim bir sualı da cavablandırmaq istəyirəm. Bəs, Qərb bilmirmi ki, avtoritarizmlərdən, diktaturalardan gələn pullar korrupsiya yolu ilə qazanılmış gəlirlərin nəticəsidir.
Bizim iqtidar nümayəndələrindən biri Qərb təmsilçiləri ilə söhbətində tənqidə etiraz olaraq demişdi ki, bəs, korrupsiya elə hər yerdə var. Həmin xarici də cavab vermişdi ki, bəli var, amma bəzi yerlərdə sistem onunla mübarizə aparır, bəzi yerlərdə o sistemin mahiyyətidir.
Belə deyək, əvvəla Qərbdə korrupsiyalaşmış, yaxud ondan qazanc götürmək istəyən, əlbir olan siyasətçilər, məmurlar, vəkillər, cürbəcür institutlar az deyil. Bu yaxınlarda elə həmin Qərbdə dərc edilmiş bir məqalədə bu baradə çox ətraflı məlumat var. Qlobalizasiyadan sonra bunun Qərbin özü üçün də təhlükəli səviyyələrə çatdığı, Qərb institutlarını içindən yediyi qeyd edilir. Bu yaxınlarda ABŞ Senatında da bununla bağlı iri dinləmələr keçirilib. Qərb sistemini ideallaşdırmaq da düzgün deyil. Qüsurlar, ofşorlar kimi kifayət qədər qara dəliklər də az deyil və özlərinin korrupsionerləri bu qara dəliklərdən məharətlə yararlanırlar. Bəzən, xüsusən geostrateji maraqlar və digər amillər də hər şeyə öz adını deməyə mane olur. Amma məsələnin məğzini ifadə etmək üçün belə bir hadisəni yada salım. Bizim iqtidar nümayəndələrindən biri Qərb təmsilçiləri ilə söhbətində tənqidə etiraz olaraq demişdi ki, bəs, korrupsiya elə hər yerdə var. Həmin xarici də cavab vermişdi ki, bəli var, amma bəzi yerlərdə sistem onunla mübarizə aparır, bəzi yerlərdə o sistemin mahiyyətidir.
Dediyim odur ki, bəzən efektiv, bəzən çətinliklə də olsa, demokratik sistemlərdə korrupsiya ilə mübarizə var, daha o sistemin mahiyyəti deyil. Tutaq ki, Panama sənədlərinin üzə çıxması, Britaniya hökumətinin axan çirkli pulların qarşısını almaq üçün tədbirlər paketini qəbul etməsi, lap elə Qəzzafinin oğluna görə London İqtisad məktəbinin rəhbərinin istefaya getməsi bu qəbildən olan hadisələrdir. O qədər ən xırda, ictimaiyyətə bəlli olub təsdiqlənmiş sui-istifadəyə görə demokratiyalarda məmurların istefaya getdiyini oxuyuruq ki. Ən əsası isə Qərb ölkələrində məmurlarım avtoritarizmlərdəki rəsmilər kimi qeyri-rəsmi milyardlara sahib ola bilməsi son dərəcə çətin məsələdir. İnanın ki, Obama nə Putin, nə Mərkəzi Asiya diktatorları kimi varlı deyil. Baxmayaraq ki, dünyanın ən varlı ölkəsinin prezidentidir.

Tags:

Azərbaycanın meyvə ixracatı potensialı


REAL İH-nin üzvü Rövşən Ağayev[Azərbyacanın ixrac həcmini araşdırıb]

Azərbaycanın meyvə ixracatı potensialı: imkanımız nəyə yetir?

Dünyada meyvəçilik çox nəhəng ixaracat potensialı olan sektordur.  Hazırda qlobal ticarətdə
meyvə ixracının ümumi həcmi 105 milyard dollara çatır.
Azərbaycanın təzə meyvə ixracından gəlirləri hətta 50 milyon dollara belə yetmir. Rəsmi statsitikaya görə, ölkəmizin əkinəyararlı torpaqlarının çox az hissəsi - təxminən 7.7%-i (143 min hektar) meyvə bağlarına məxsusdur. Müqayisə üçün deyim ki, dünya meyvə ixracatında mühüm paya malik olan Türkiyədə meyvə əkinlərinin kənd təsərrüfatı əkinlərində payı bizim göstəricidən təxminən 2 dəfə yüksəkdir – 14% (3.3 miıyon hektar).
Arxada buraxdığımız illərdə Azərbaycanın yüksək ixrac dəyərinə malik Qərb bazarları bir yana, hətta Rusiya kimi aşağı ixrac dəyərli bazardan pay alması mümkün olmayıb. Məsələn, hələ sovetlər dönəmindən kifayət qədər böyük ərazilərdə əkilən üzüm və alma ixracatı belə nəhəng bazarı olan qonşu ölkədə əhəmiyyətli yer tutmağa imkanlar açmayıb. 2015-ci ildə şimal qonşumuz 282 milyon dollarlıq 253.3 min ton təzə üzüm idxal edib. Bu həcmdə Azərbyacanın ixrac həcmi dəyər ifadəsində 1.7 milyon dollar (Rusiyanın bütün idxalının 0.6%-i) olub. Azərbaycandab bu ölkəyə üzüm idxalının natural ifadədə həcmi 2 min ton olub. Amma, məsələn, MDB-nin başqa ölkələri – Moldovadan Rusiyaya üzüm ixracı bizdən 13 dəfə, Özbəkistanın ixracı 6 dəfə çox olub.        
Yaxud 2015-ci ildə Rusiya 385 milyon dollar dəyərində 880 min ton həcmində alma idxal edib. Azərbaycandan bu ölkəyə alma idxalı 14.5 milyon dollar olub – qonşu ölkənin ümumi idxalının təxminən 3.5%-nə bərabərdir. Natural ifadədə Azərbaycandan Rusiyaya alma ixracı 36.5 min ton təşkil edib.
Məlumatların təhlili göstərir ki, Rusiyaya idxal olunan həm üzüm, həm də almanın qiymətinə görə Azərbaycan ən aşağı qiymət olan ölkələr sırasında olub. Belə ki, Azərbaycandan Rusiyaya üzümün hər kq-ı 0.85 dollar təşkil etdiyi halda, Çilidən ixrac 1.6 dollar, Çindən 1.3 dollar, Cənubi Afrika Resbublikasından 1.4 dollar, Türkiyədən 1.05 dollar təşkil edib. Moldovanın və Özbəkistanın qiyməti bizdən bir qədər ucuz olub – müvafiq olaraq 0.75 və 0.64 dollar. İxracını təxminən yarısı (121 min ton) Türkiyənin payına düşüb.   
Eyni durum alma ixracında da müşahidə edilir. Azərbaycandan Rusiyaya almanın hər kq-nın orta ixrac qiyməti 0.38 dollar təşkil edib. Bu rəqəm Gürcüstan üzrə 0.44 dollar, Çin üzrə 0.49 dollar, Türkiyə üzrə 0.5 dollar, Serbiya üzrə 0.66 dollar, Çili üzrə 0.78 dollar, Yeni Zelandiya üzrə 1.02 dollar təşkil edib. Rusiyanın alma idxalının təxminən yarısı 3 ölkənin – Serbiya, Çin və Cənubi Afrika Respublikasının payına düşüb.
Göründüyü kimi qiymət baxımından Azərbaycan uzaq coğrafiyaya getmədən hətta qonşu bazarlarda 2 məhsulun timsalında meyvə ticarətində rəqabət qabiliyyətli ölkə statusu qazanmaq imkanına malikdir. Lakin ixrac qabiliyyətliliyi yalnız qiymət faktoruna bağlı deyil. Göründüyü kimi, Latın Amerikası ölkələrinin üzüm və alma ixracı qiyməti bizdən 2 dəfə yüksək olsa da, bu ölkələr Rusiya bazarında həlledici paya malikdirlər. Bu baxımdan səlahiyyətli qurumlar və tədqiqat insititutları məhsulun keyfiyyəti, nəqli və qablaşdırılması, çeşidi, bu bazarda tələbat olan meyvə növləri, həmçinin standartalara əməl edilməsinin durumu ilə bağlı  kompleks qiymətləndirma apararaq Azərbaycanın yüksək ixtisaslaşma potensialı olan meyvə növləri üzrə rəqabət qabiliyyətliliyini dəyərləndirən hesabatlar hazırlamalıdırlar.
Amma ixrac imkanlarının genişlənməsi qiymət əlverişliliyinin və keyfiyyət standartlarının uyğunluğu ilə də yekunlaşmır. Çox önəmli məsələlərdən biri yüksək istehsal potensialının mövcudluğudur. Ölkə öz daxili tələbatından xeyli böyük həcmdə məhsul istehsalı imkanına malik olmalıdır ki, daxili istehlakdan artıq həcmdə məhsul üçün ixrac bazarları axtarsın. Rəsmi statistikaya görə, hazırda Azərbaycanda əhalinin hər nəfəri hesabı ilə 25 kq alma, 16 kq üzüm istehsal edilir. Halbuki Azərbaycanın ərzaq istehlakı ilə bağlı minimum normativlərinə görə orta hesabla ildə hər kəs 50 kq meyvə və giləmeyvə istehlak etməldir ki, bunun da 25 kq-nı alma istehlakı təşkil etməlidir. Yəni, alma istehsalının həcmi ilə bağlı rəsmi bəyan edilən göstərici yalnız ölkə əhalisinin minimum səviyyədə istehlakını ödəmək üçün yetərlidir. Hələ nəzərə alaq ki, bizdə alma şirəsi və alma qurusu sənayesində yerli xammaldan istifadə edilsə, alma istehsalının indiki həcmləri  daxili tələbat üçün belə yetərli olmaz.
Üzüm istehsalında da eyni durumdur. Dünyada əhalinin təzə süfrə üzümləri istehlakı orta hesabla 15-20 kq təşkil edir. Məsələn, qonşu Türkiyədə bu rəqəm 18 kq-dır. Azərbaycanda daxili istehsalın adambaşına həcminin 16 kq təşkil etdiyini nəzərə alsaq, bu həcm nəinki ixrac üçün, hətta şərab sənayesi və quru üzüm emalı üçün minimum həcmdə xammal vermək üçün belə yetərli deyil.  
Məhsulun azlığı yalnız meyvə sahələrinin həcminin məhdudluğu ilə bağlı deyil. Məhsuldarlığın aşağı olması da ciddi problemdir. Məsələn, rəsmi statistikaya görə Azərbaycanda alma bağlarının orta məhsuldarlığı 8 ton təşkol edir. Dünya üzrə bu göstərici 15.5 ton, yüksək məhsuldarlığa malik Fransa, Avstraliya və Niderland kimi ölkələrdə 40-50 ton intervalında dəyişir. Türkiyədə də bizdən 2 dəfə yüksəkdir – 18 ton.
İndi bir müqayisəyə baxaq: fermerlərin hazırkı ixrac qiymətləri ilə alma və üzüm bağlarının hər hektarından mövcud məhsuldarlıq çərçivəsində 5-8 min dollar ümumi gəlir əldə etmək imkanı mövcuddur. Məhsuldarlığın ən azı Türkiyə səviyyəsinə çatıdırıması bu gəlirlərin 25-30%-ə qədər artırılmasına imkan verər. Lakin hökumətin indi üstünlüyünü təbliğ etdiyi pambığın hər hektarından ən yüksək məhsuldarlıq (4 ton) şəraitində belə fermerin əldə edə biləcəyi ümumi gəlir bundan 7-8 dəfə azdır. Üstəlik, meyvəçilik ölkənin ekosisteminin tənzimlənməsində mühüm rol oynamaqla yanaşı, yan sektorların (məsələn, arıçılıq) da inkişafı üçün mühüm təbii mühit rolunu oynayır.       
Meyvəçilik sektorunu inkişaf etdirmək üçün təcili qarşıda duran bir neçə vəzifə var: bu sektorun inkişafına yönəlik sahə proqramı qəbul edilməli, bir neçə vacib meyvə növü üzrə rəqabət imkanlarının və istehsal potensialının dəyərləndirilməsinə imkan verən master-planlar hazırlanmalı, meyvə bağları əkmək istəyən fermerlərə  hökumətin güzəştli kreditləri hesabına müddəti 10 ildən az olmayan, faizsiz və girovsuz, dövlət zəmanəti ilə kredit xətləri açılmalıdır.   

Qeyd: idxal-iracla bağlı  bütün məlumatlar Rusiyanın rəsmi mənbələrindən götürülüb.

Tags:


REAL İH-nin üzvü iqtisadçı Rövşən Ağayev deyib:[Son günlər Azərbaycanda hava şəraitinin sərtləşməsi, paytaxtda və rayonlarda yağışların intensiv xarakter alması sel daşqınlarıyla müşahidə olundu. Yaranmış vəziyyət kənd təsərrüfatına ziyan verməklə bərabər insanaların qayğılarını da artırdı. Xüsusilə evlərə qaz verilməsindəki problemlər adiləşməyə başladı. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə yaranmış durumun səbəblərini açmağa çalışdıq]'Bütün dünyada iqlimlə bağlı təsərrüfatlar ziyan çəkir, heç bir ölkə də bunu öz ziyanı kimi hesablamır, daha çox fermerin ziyanı sayır''


Son günlər Azərbaycanda hava şəraitinin sərtləşməsi, paytaxtda və rayonlarda yağışların intensiv xarakter alması sel daşqınlarıyla müşahidə olundu. Yaranmış vəziyyət kənd təsərrüfatına ziyan verməklə bərabər insanaların qayğılarını da artırdı. Xüsusilə evlərə qaz verilməsindəki problemlər adiləşməyə başladı. İqtisadçı Rövşən Ağayevlə söhbətimizdə yaranmış durumun səbəblərini açmağa çalışdıq.

- Rövşən bəy, son bir həftədə Beyləqan, Cəlilabad, Goranboy, Masallı, Lerik və digər rayonlarda sel daşqınları nəticəsində fermer təsərrüfatına və iaşə obyeklərinə ciddi ziyan dəyib. Sual yaranır; son 13 ildə regionların sosial-iqtisadi inkişafı ilə bağlı üç proqram qəbul edilib. Proqramların icrası necə olub ki, havalar sərtləşən kimi böhranlı durum yaranır?

- Ümumiyyətlə, regionların sosial-iqtisadi inkişafıyla bağlı proqramların icra olunduğu dövrdə çox böyük investisiyaların qoyulması barədə statistik məlumatlar var. Bu məlumatların nə dərəcədə real olduğunu kənara qoyuram, amma rəsmi statistikaya istinad etsək, regionların inkişafı ilə bağlı proqramların icra edildiyi son 13 ildə ölkənin bölgələrinə 25 milyard dollara qədər investisiya qoyulub. Bura təhsil, səhiyyə sektoruna, melorasiya, içməli su, qaz, elektrik və yol təsərrüfatının qurulmasına, turizm obyektlərinin inşasına qədər bütün istiqamətlər üzrə sərmayələr daxildir. Söhbət kifayət qədər həcmli bir vəsaitdən gedir. Amma bir neçə vacib məqam var ki, deyilməlidir. Birinci, Azərbaycanda proqram əsaslı büdcələşmə, xərcləmə yoxdur. Biz regionların sosial-iqtisadi inkişafına, əyalətlərdə hər bir sahəyə nə qədər xərcləndiyi barədə detallı məlumatlar əldə edə bilmirik. İldə bir dəfə İqtisadi İnkişaf Nazirliyi "Regionların sosial-iqtisadi inkişafı" proqramının icrasına dair illik hesabat hazırlayır və orada çox ümumi şəkildə hansı işlərin görüldüyü sadalanır. Amma bu hesabat keyfiyyət hesabatı deyil. Dünyada buna nəticə hesabatı deyirlər. Proqram çərçivəsində öhdəlik olaraq hər bir rayon üzrə hansı problemlərin həlli nəzərdə tutulmuşdu, nələr edildi və insanların həyatında, regionların iqtisadiyyatında hansı keyfiyyət dəyişikliləri baş verdi, bunlar qeyd olunmalıdır. Məsələn, tutaq ki, 2004-cü ilə qədər kənd əhalisinin neçə fazinin mərkəzləşdirilmiş su təminatına çıxışı vardı, 2016-cı ildə bu rəqəm neçədir? Yaxud 2004-cü ildə əyalətlərdə yaşayan ev təsərrüfatlarının hansı hissəsinin qaza təminatı vardı, bu gün həmin göstərici necədir? 10 il öncə regionlarda neçə faiz ev təsərrüfatının 24 saat elektirk təminatı vardı, hazırda vəziyyət necədi? Bu yanaşma keyfiyyət hesabatı adlanır.

Keyfiyyət hesabatı vermək üçün əvvəlcədən proqramın özü də keyfiyyət göstəriciləri əsasında hazırlanmalıdır. Təəssüf ki, hər üç proqramda keyfiyyət göstəriciləri yoxdur. Bunun üçün hökumət Gürcüstan və ya Türkiyədə olduğu kimi hər bir iqtisadi rayon üzrə ayrıca sosial-iqtisadi inkişaf proqramı hazırlamalı, hər bir region üzrə ayrıca hesabatlılıq olmalıdır. Tutaq ki, hökumət Cəlilabad, Lerik üzrə hansı öhdəlikləri götürür, hansı problem var, onu dəqiqi sadalayır və 5 ilə bu iş görüləcək, nəticəsi də belə olacaq. Misal üçün, torpaqların sağlamlaşdırılması ilə bağlı filan qədər xərc çəkiləcək, bu qədər torpaq əlavə dövriyyəyə cəlb olunacaq, məhsuldarlıq filan qədər atacaq. Bundan əlavə, 5 ildən bir prezidentin iştirakıyla beş illik təqdimat olur. Həmin proqramlarda keyfiyyət göstəriciləri yoxdur. Yəni, dediyim formada nə proqram tərtib olunur, nə də ona uyğun hesabat verilir.

- O zaman sualı fərqli qoyaq, müşahidələriniz sizə nə deyir?

- İlk əvvəl deyim ki, regionlarda vətəndaşların iştirakına və nəzarətinə əsaslanan idarəetmə yoxdur. Yəni vəsaitlər necə gəldi, xərclənir. Azərbaycanda regional proqramların effektiv olması üçün regional idarəetmə islahatları aparılmalıdır. Bundan əvvəl ehtiyaclılıq düzgün qiymətləndirilməlidir. Kəndlərdə yaşayan insanların ehtiyacları, problemləri birbaşa özlərindən öyrənilməldir. İcra hakimiyyəti başçıları öz otaqlarında problem siyahısı hazırlayıb yuxarı göndərməməlidir. Dünya təcrübəsində bu problemi həll etmək üçün vətəndaş iştirakçılığına əsaslanan idarəetmə yaradılır. Azərbaycanda bu yoxdur. Müşahidə göstərir ki, faktiki olaraq regional proqramların hazırlanması və icrası üçün sərf olunan vəsaitlər mərkəzləşmiş qaydada və yerli icra hakimiyyətlərinin baxışı əsasında həyata keçirilir. Vəsaitlər necə gəldi ayrılır, onların icrasıyla bağlı ciddi nəzarət olmur. Məsələn, Beyləqanda bir kənd qrunt sularından ciddi əziyyət çəkir, 10 ildir kənd suyun altındadır, 2 il əvvəl dövlət büdcəsindən 1 milyon vəsait ayrılsa da, effektiv xərclənmədi və ictimai nəzarət olmadığından infrastruktur keyfiyyətsiz quruldu. Və kənd yenə də suyun içindədir. Bax, bu canlı şahidi olduğum bir faktdır. Yaxud məktəblər tikilir, külək olan kimi damı uçur. Çayların qarşısında bənd vurulur, çox da güclü olmayan sel bəndləri dərhal yuyub aparır

- Bütün baş verənlər göstərmirmi ki, keyfiyyətli iş yoxdur və mənimsəmə var?

- Keyfiyyətli iş üçün ciddi şəkildə ictimai iştirakçılığa, vətəndaş nəzarətinə əsaslanan regional idarəetmə qurulmalıdır. Xəstənin diaqnozu düzgün qoyulmayanda müalicəsi səhv gedir, nəticədə pasient ölür. Diaqnoz odur ki, Azərbaycanda keyfiyyətli regional inkişaf proqramları hazırlanmır, hesabatlılıq keyfiyyətli deyil. Amma daha fundamental problem odur ki, proqramı icra edən strukturlar vətəndaş nəzarətinə əsaslanmır və onun səsi ilə qurulmur. Tam mərkəzləşmiş qaydada hökm sürən bu idarəetmə şəraitində başqa cür mümkün deyil. Nəticə belə də olmalıydı. Hətta indi Cinayət Məcəlləsi sərtləşdirilir, büdcə vəsaitlərini yayındıranların cəzası ağırlaşdırılır. Əmin edirəm ki, hətta güllələnmə hökmü çıxarılsa da, situasiya yenə dəyişməyəcək. Çünki problemin həlli qanunvericilikdə olan cəzaların sərt olub-olmamasıyla yox, idarəetmə mexanizmlərinin düzgün qurulmamasıyla bağlıdır. Sadəcə, sanksiyaların gücləndirilməsi əvəzinə idarəetmə mexanizmlərini yüngül dəyişirsən və problemlər ardıcıl olaraq aradan qalxır. Bunun yolu yerli səviyyədə bələdiyyələrin və yerli özünüidarənin digər formalarının ciddi şəkildə qurulmasından keçir. Vəsaitləri insanlar yerli büdcələr vasitəsilə xərcləməlidir. Vətəndaş bilməlidir ki, vurulacaq bəndə nə qədər vəsait xərclənəcək. Yəni vətəndaşların iştirakıyla tender elan olunmalıdır, vətəndaş şirkəti tanıyır və nəzarət edir. Nə qədər ki, bu mexanizmlər qurulmayıb çoxlu pulların xərclənməsi barədə hesabat veriləcək, amma regionların infrastrukturunun hansı səviyyədə olmasını adi təbiət hadisələrində görəcəyik. Bir daha deyirəm, işlərin keyfiyyətli qurulmaması idarəetmə mexanizmlərinin vətəndaş iştirakına əsaslanmamasıdır.

- Bilirsiniz ki, hansısa rayona, kəndə qaz veriləndə, rəsmi mətbuat bunu nümayişkəranə şəkildə təqdim edir. Ancaq son günlər əksər yaşayış yerlərində qazın verilməməsi bildirilir. Bu barədə nə deyə bilərsiniz?

- Belə layihələr siyasi təbliğat üçün istifadə olunur. Yenə gəlib idarəetmə problemlərinə dirənirik, idarəetmənin vətəndaş qarşısında hesabatlılığı, məsuliyyəti olmayanda insanları rahat şəkildə aldada bilirlər. Dəfələrlə söhbət olub ki, ölkə başçısı rayonların birinə gedib, belə söhbətlər gəzib ki, həmin vaxt qaz xətti hazır olmadığından qaz balonu vasitəsilə açılışı ediblər. İndi bilmirəm, bu barədə danışılanlar doğrudur, yoxsa lətifə. Ancaq düzgün hesabat verməyən icra hakimiyyətlərindən bundan artığını gözləməyin. Qaz məsələsinə gəldikdə, problem bu il daha çox hiss olunmağa başladı, xüsusən də Bakıda. Məsələ ciddi şəkildə araşdırılmalıdır, çünki iş düzgün təşkil olunsa, Azərbaycanın qaz ehtiyatı tələbatı ödəməyə imkan verir.

- Həmkarınız Natiq Cəfərli son həftələr yaranan qaz problemini hökumətin xarici qaz öhdəlikləriylə bağlayır, bölüşürsünüzmü onun fikirlərini?

- Bu barədə danışmağa çətinlik çəkirəm, çünki öhdəliklərimiz müqavilələrlə dəqiq məlumdur və bp də Azərbaycana səmt qazı vasitəsilə xeyli qaz kütləsi verir. İl ərzində sırf ev təsərrüfatlarının tələbatı üçün təxminən 3 milyard kubmetr qaz lazımdır. Məncə, bu həcmi təmin etmək Azərbaycan hökuməti üçün problem olmamalıdır, çünki rəsmi statistikaya inansaq, bizə çatan qaz həcmi illik 10 milyard kubmetrdən az deyil. Yenə rəsmi statistikaya gorə, bundan 5-6 milyard kubmetri də sənayenin ehtiyaclarına getsə, ciddi problem olmamalıdır -yenə deyirəm, ən azı bu məsələdə rəsmi statistika səhihdirsə. Düşünürəm ki, bu məsələdə təsərrüfatsızlıq var, işlər düzgün təşkil olunmur, infrastruktur problemləri də yetərincədir. Bu il hava tez soyudu, oktyabr əvvəlki illərdən soyuq oldu, bəlkə hökumət düzgün hesablamadı və təsərrüfatsızlıq özünü göstərdi.

- Nəhayət, yekuna gələk, yağışların yağması pambıq və digər təsərrüfat sahələrinə hansı ziyanı verəcək?

- Yəqin ki, hökumət tərəfindən dəyərləndirmə olacaq.

- Hökumət itkiləri açıqlayacaqmı?

- Ən azından insanlarla ünsiyyət vasitəsilə ayrı-ayrı rayonlarda miqyası təsəvvür edə biləcəyik. Amma reallıq odur ki, hökumətin pambıqla bağlı gözləntisi xeyli itkiyə məruz qalacaq. Bu il üçün 100 min tona yaxın pambıq gözləyirdilər. Amma gələn məlumatlar göstərir ki, ən yaxşı halda bunun yarısını da yığa bilməyəcəklər. Meyvə-tərəvəz təsərrüfatlarına ciddi ziyan dəydi. Əsas pambıq və meyvə-tərəvəz təsərraftları ziyan çəkdi. Məsələ yalnız ölkənin ziyan çəkməyində yox, təsərrüfatların ziyan çəkməyindədir. Bütün dünyada iqlimlə bağlı təsərrüfatlar ziyan çəkir, heç bir ölkə də bunu öz ziyanı kimi hesablamır, daha çox fermerin ziyanı sayır. Bizdə problem kənd təsərrüfatının sığorta sisteminin işləməməsidir, fermerlər tam müdafiəsiz şəkildədir. Fermerlər bazarla bərabər təbiətin qarşısında müdafiəsiz, sığortasız qalıb. Təbii fəlakət kəndlinin gözləmədiyi hadisədir, amma onun dəydiyi ziyana görə heç bir sığortası yoxdur. Ziyanı da özləri aradan qaldırır. Ona görə də təbii fəlakətdən danışarkən hökumətin yox, ayrı-ayrı fermer təsərrüfatlarının ziyanlarından danışmaq lazımdır. Çünki fermerlər çox böyük ziyana düşdülər.

Profile

Resulzade
o55
O.Rza

Latest Month

June 2019
S M T W T F S
      1
2345678
9101112131415
16171819202122
23242526272829
30      

Page Summary

Syndicate

RSS Atom
free counters
Powered by LiveJournal.com
Designed by yoksel